Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mehman Soruşur Yazılma Tarixi:18.07.2018 13:46:54

Salam,Muraciet ucun qeydiyyatdan kecdiyim zaman xeta bas verdi, beleki emailme gelen aktivasiya mesajini tesadufen silmisem ve hal hazirda sisteme daxil ola bilmirem, cunki emaili qeydiyyat yerinde daxil etdiyim zaman bele email movcuddur deyir. emaili ve kodu daxil edirem orada ise bele email sistemde movcud deil yazir. zehmet deilse komek edin. Onceden tesekkurler

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin portalına müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətinizə əsasən istifadə edə bilmədiyiniz üçün portalda qeydiyyatınız ləğv edilmişdir. Yenidən qeydiyyatdan keçə bilərsiniz. 
Arif Soruşur Yazılma Tarixi:18.07.2018 13:19:58

Salam. Mən Naxçıvan MR -da hərbi xidmət keçməliyəm. Lakin, təyyarənin gəlişi yubanır.Sualım odur ki, təyyarə nə vaxt gələ bilər?

Bildiririk ki, vətəndaşlar həqiqi hərbi xidmətə iyul ayının 1-dən 30-dək qeydiyyatda olduqları idarə, şöbə və ya bölmə tərəfindən əvvəlcədən təyin olunmuş qrafikə əsasən göndərilirlər.
Zaur Soruşur Yazılma Tarixi:17.07.2018 22:49:59

Salam men nizami rayon vayenkamatdinda qeydiyatdayam ve 2ci dereceli skalioz diqnozu qoyulub mene lakin meni yeniden herbi vetenperverlik ve mutexessis hazirligi yerlesen binaya apararaq orda yeniden hekim baxisindan kecdim sebebini anlaya bilmedim ne ucun meni ora apardilar? Ne ucun mene yararsiz oldugum barede ag biletime mohlet peçati vurulmur ve ya arayis verilmir?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün şəxsi işiniz 16.07.2018-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuşdur. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır.
Məhyəddin Soruşur Yazılma Tarixi:17.07.2018 19:49:11

20.07.2018-ci ildə hərbi xidməte çagırılmışam.Bilmək istəyirəm ki hansı bölgəyə düşmüşəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Nicat Soruşur Yazılma Tarixi:17.07.2018 18:20:44

Salam meni iyulun 20 sine yaziblar hara duwduyum bilinse hemin gun gede Bilerem?

Bildiririk ki, çağırışçılar 21.07.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar. 
Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 

Əmrah Soruşur Yazılma Tarixi:17.07.2018 11:01:50

Mən hərbi xidməti hansı qoşun növündə keçəcəyimi bilmək isdirəm hansıki 3 gün sonra əsgər gedirəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Mahir Soruşur Yazılma Tarixi:17.07.2018 09:55:24

Salam, Mənim xarici passport almaqla bağlı çətinliyim var. Belə ki mənim hərbi biletim (ağ bilet) üzərində bakalavt təhsili səbəbi ilə göstərilmiş icazə 10 iyul 2018 tarixində bitib. Magistraturada təhsilimi İqtisadi Universitetində davam etdirəcəm. Universitetdən hərbi çağırış məntəqəsinə təqdim etmək üçün aldığım kağızı çağırış məntəqəsi qəbul etmir. Bildirirlər ki universitetin verdiyi kağızda təhsil alacağım tarix göstərilməlidir. Bununçün də mən o kağızı yalnız 15 sentyabrdan sonra ala bilərəm. Və mənə xarici pasport bu həftə ərzində lazımdır mütləq şəkildə. Əgər mənim sentyabr ayına kimi möhlətim varsa niyə peçat vurulmur ? Və ya niyə universitetin möhürlü şəkildə verdiyi sənədi qəbul etmirlər ? Zəhmət olmasa köməklik edin təşəkkürlər, Mahir Hacıyev Rizvan oğlu

Bildiririk ki, Respublikanın ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul olan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün  təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.          Həmin arayış təqdim edildikdə, Sizə cağırışdan möhlət verilərək «İlkin hərbi qeydiyyata alınma haqqında» (çağırış komissiyasına təhkim edilmə haqqında şəhadətnamə) vəsiqənizdə müvafiq qeydlər aparılacaqdır.   
ilkin Soruşur Yazılma Tarixi:16.07.2018 20:55:51

salam sualim odurki mənə hərbi çagrılış 20.07.2018 bu tarixdə emr gəlmişdir.Hara düşdüyümlə bagli sms gelmeyib

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Tural Soruşur Yazılma Tarixi:16.07.2018 14:40:53

18.07.2018 tarixində hərbi xidmətə gedirəm hansı bölgəyə düşdüyüm haqda məlumat istəyirəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Taleh Soruşur Yazılma Tarixi:16.07.2018 13:21:41

salam.men 2 sayli xestexanada yatmisam.amma menim senedlerim herb komissarliga gedib catmayib.men senedlerimin harda olmasiyla bagli ve niye komissarliga gedib cixmamasiyla bagli melumati kimden ve ya hardan deqiqlesdire bilerem?

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Sual-cavab” bölümünə göndərdiyiniz müraciətinizə tərəfimizdən baxılmışdır. Təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilmədiyi üçün müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması mümkün olmamışdır.
Cədvəldə sətir sayı :14891