Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ramil Soruşur Yazılma Tarixi:11.07.2018 11:32:11

Salam. Mən bu ayın çağırışçısıyam. Bütün analizlərimin cavabı normaldır, qaydasındadır, lakin təkcə onurğamda funksiyanın cüzi dərəcədə pozulması və II dərəcəli skolioz aşkarlanmışdır. Amma bu hal həmdə heç bir şikayətə və narahatlığa səbəb olmur, xarici görünüşdə özünü bildirmir. Bununla belə qeydiyyat olduğum komissarlıq məni yararsız kimi qiymətləndirərək şəxsi işimi mərkəzi hərbi həkim komissiyasına göndərib və qeyd edib oradan gələn rəyə əsasən yararlı və ya yararsız olduğun müəyyənləşəcək. Bu nə dərəcədə düzgündür? Mənim yararsız sayılacaq səviyyədə xəstəliyim yoxdur axı. Hərbi həkim haqqında əsasnaməyə baxmışam bu hal həqiqi hərbi xidmət keçməyə mane olmur. Xahiş edirəm bu məsələyə aydınlıq gətirəsiniz.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən onurğanın II mərhələ skoliozu olan çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Mətləb Soruşur Yazılma Tarixi:11.07.2018 00:20:23

Salam.335 nömrəli hərbi hissə hardadır?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
SEYMUR Soruşur Yazılma Tarixi:10.07.2018 16:04:21

salam sualim odurki mənə hərbi çagrılış 20.07.2018 bu tarixdə emr gəlmişdir.Hara düşdüyümlə bagli necə məlumat ala bilərəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Camal Soruşur Yazılma Tarixi:10.07.2018 12:46:41

Salam Mən ad günüm oktiyabrdadır böyük ehtimallada oktiyabrda yollanacam hərbi xidmətə sualım ondurki hərbi xidmətə getməzdən1.2 ay əvvəl yoxlanış üçün vayenkamata çağırılır hansı ay olduğunu öyrenmek isteyirdim qaldığım rayonda olmadığım üçün

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2018-ci ilin oktyabr çağırışına hazırlıq avqust və sentyabr aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 sentyabr 2018-ci il tarixdə başa çatdırılır.
Emin Soruşur Yazılma Tarixi:10.07.2018 12:39:43

Salam mən hərbi xidmət keçmək üçün Dövlət Sərhəd Xidmətinə düşmüşəm və çağırışımı iyulun 10-a yəni bugünə veriblər. Ancaq mənim dişlərimdə yaranmış problemə görə ( 1 plomb, 1 qapaq və 1 əlavə diş) 2 gün əlavə müddət istəyirəm və bu problemimə görə mənə 2 gün müddətin verilməsini xahiş edirəm bu nə dərəcədə qiymətləndirilməlidir? Və mənə bu müddət verilməlidirmi? Xahiş edirəm tez cavablandırın. Çox sağ olun

Qeyd edirik ki, Siz, fərdi çağırış vərəqəsində göstərilən tarixdə qeydiyyatda olduğunuz Xidmətin yerli idarə, şöbə və ya bölməsində olmağınız tövsiyyə olunur və qanunvericiliyin tələblərinə uyğun olaraq ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb ediləcəksiniz.
Şamil Soruşur Yazılma Tarixi:10.07.2018 05:25:03

Salam artiq 3cu defedir yaziram sizə. Mən sifiliz xəstəsiyəm . Mənə mualice mohləti veriləcək?

Sifilisin tam müalicəsindən 12 ay sonra klassik seroloji reaksiyaların mənfiləşməsi baş vermədiyi halda, çağırışçılar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
Elxan Soruşur Yazılma Tarixi:10.07.2018 00:24:35

Salam.Qardasimin iyul ayinin 20 cagirisi olub amma hara dusduyunu hec cur oyerene bilmirik.Zehmet olmasa bize hansi bolgeye dusduyunu deyerdiz.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəşad Soruşur Yazılma Tarixi:09.07.2018 23:12:59

Salam. Bakalavr təhsilini bu il bitirən 4-cü tələbəsi magistratura imtahanından uğurla keçmiş və buna dair sənədi hərbi komisarlığa təqdim olunmuşdu.Lakin qəbul olduğu universitetdə qeydiyatdan keçmədiyi üçün avtomatik qəbul olunmur.Buna görə həmin şəxs nə zaman hərbi xidmətə çağırılacaq yenidən.

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.  
Sənan Soruşur Yazılma Tarixi:09.07.2018 20:11:01

Salam Sualım Mən bilmək istəyirəm ki hansı hərbi hissəyə dusmusem? bunu cavablandirsaz sevinerem tesekurler

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Kənan Soruşur Yazılma Tarixi:09.07.2018 18:09:32

Salam.mənim sizə bir sualım olacaq.çiynimin üstündə ləkə var.vaykamant dan məni həkim yoxlanışa göndərdilər.mərkəzi komissiyadan belə yoxlandim..dedilər ki,yararlisan gede bilərsən.amma mənim hələdə harda qulluq edecəyim yer bilinmir.vaykamantdan da deyirlər ki,bu ayın 20-in dən sora gedəsən...bilmək istəyirəm ki nə vaxt mənim harda qulluq edəcəyim yer bilinəcək.çox xaiş bir məlumat verərsiz

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14891