Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Tural Soruşur Yazılma Tarixi:20.07.2018 15:14:32

Salam mən bilmək istəyirəm ki gözü zeif olanlar eynəklə hərbi xidmətə yararlıdı? Mənim gözüm zeifdi herbi xidmətə getmək istəyirəm və müddətdən artıq xidmət etmək istəyirəm bu mümkündü? Təşəkkürlər..

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Çağırışçıların eynək taxması xüsusi qoşun növləri istisna olmaqla digər qoşun növlərində həqiqi hərbi xidmət keçməyə maneçilik törətmir.
Ramin Soruşur Yazılma Tarixi:20.07.2018 14:11:14

Salam. Mənə iyul ayının 2-nə çağırış vərəqəsi verilməsinə baxmayaraq bu günə kimi heç bir mesaj gəlməyib. Neçə dəfə rayon hərbi komissarlığına da baş çəkmişəm və onlar adımın 1-ci etapın siyahısında olmadığını dedilər. Yəqin adın 2-ci etapın siyahısındadır, dedilər. Lakin hələ də nə 2-ci etapın siyahısından xəbər var, nə də mənə hələ də mesaj gəlir. Zəhmət olmasa, baxıb ad soyadımla öz sisteminizdə araşdırardınız, çünki düşünürəm ki, səhlənkarlıq nəticəsində sənədlərimi çağırışa qeyd etməzlər...

Bildiririk ki, çağırışçılar 21.07.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 
Samir Soruşur Yazılma Tarixi:20.07.2018 12:59:09

23.07.2018 tarixinde cagiriw vereqi verilibdir. Hansi herbi hisseye duwduyum ne vaxt bilinecek ?

Bildiririk ki, çağırışçılar 21.07.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar. 
Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 

Anar Soruşur Yazılma Tarixi:20.07.2018 09:03:29

Bu gün artıq ayın 20sidir. Amma men hələ də hansı hərbi hissədə qulluq edəcəyim barədə məlumat ala bilmirəm. Bunu necə öyrənə bilərəm?

Bildiririk ki, çağırışçılar 21.07.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar. 
Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 

Xəyal Soruşur Yazılma Tarixi:20.07.2018 08:49:59

Salam. Məni vayenkomatdan 2 dəfə həkim yoxlanışına göndərdilər axırda hərbi xidmətə yararlı olduğum təstiqləndi. Axırıncı həkim yoxlanışı bu ilin iyul ayını 2-də oldu. O vaxtdan bəri mənə hərbi xidmətə cağırış vərəqi gəlmədi. Dedilər qeyfiyyata alıb göndərmişik nazirliyə. İmdidə ayın 20 si hara düşdüyümü öyrənmək istəyirəm və məlumatları düzgün yazıram amma belə çağırışçı yoxdur yazılır. Mən nə edim?

Bildiririk ki, çağırışçılar 21.07.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar. 
Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 

Taleh Soruşur Yazılma Tarixi:19.07.2018 23:34:05

salam men ayin 20 si herbi xitmete gedirem. ama sms gelmeyib. deyiblerki sms gelecek. gozledim gelmedi. hara dusduyum bolgeni bilmek isteyirem.

Bildiririk ki, çağırışçılar 21.07.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar. 
Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 

Kənan Soruşur Yazılma Tarixi:19.07.2018 17:56:17

Salam. Mən 20.07.2018 ci il tarixində Həqiqi hərbi xidmətə çağırılmışam lakin hansı bölgəyə düşdüyümü bilmirəm. Hansı bölgəyə düşdüyüm nə zaman bilinəcək?

Bildiririk ki, çağırışçılar 21.07.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar. 
Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 

Nadir Soruşur Yazılma Tarixi:19.07.2018 11:02:48

Mənə çağırış vərəqəsi verilməyib amma deyilib ki bu ay hara dusduyun barədə mesaj göndəriləcək mənim Adımın hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinde olub olmamagini öyrənmək istəyirəm və mənə mesaj gelecekmi

Bildiririk ki, çağırışçılar 21.07.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar. 
Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur. 

İsa Soruşur Yazılma Tarixi:18.07.2018 17:26:35

Salam, bilmek isteyirem Səfərbərlik Xidməinə işə qəbul imtahanında hansı tip suallar olur ?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır.Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir. 
Mehman Soruşur Yazılma Tarixi:18.07.2018 13:46:54

Salam,Muraciet ucun qeydiyyatdan kecdiyim zaman xeta bas verdi, beleki emailme gelen aktivasiya mesajini tesadufen silmisem ve hal hazirda sisteme daxil ola bilmirem, cunki emaili qeydiyyat yerinde daxil etdiyim zaman bele email movcuddur deyir. emaili ve kodu daxil edirem orada ise bele email sistemde movcud deil yazir. zehmet deilse komek edin. Onceden tesekkurler

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin portalına müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətinizə əsasən istifadə edə bilmədiyiniz üçün portalda qeydiyyatınız ləğv edilmişdir. Yenidən qeydiyyatdan keçə bilərsiniz. 
Cədvəldə sətir sayı :14890