Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Orxan Soruşur Yazılma Tarixi:16.08.2018 11:25:35

Psoriaz ( saçda kəpəklənmə - ayda 1 dəfə təkrarlanan forma ) diaqnozu , hansı kateqoriya , maddə və bəndlə xidmət keçməyə maneçilik törədir ? Ətraflı məlumat versəniz sevinərəm.

Psoriaz xəstəliyi olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər.
COŞQUN Soruşur Yazılma Tarixi:15.08.2018 17:00:21

Men siz yazdiginizi bilirem.İyul 03 cagiris gelib mene ne qeder eledim herbi kamisarlik dedi yox gede bilmezsen qanunuda gosterdim dedi arayis getir universitetden.Soruşdum universitetde hecne vermeli deyil.Men oktyabr ayinda akademik mezuniyyet goturub gede bilerem?

Təkrar müraciətinizlə əlaqədar bildiririk ki, Siz təhsil aldığınız universitetdən akademik məzuniyyət götürərək 2018-ci ilin oktyabr çağırışı zamanı müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb edilə bilərsiniz.
ŞƏRQİYƏ Soruşur Yazılma Tarixi:15.08.2018 11:21:11

salam sualıma niyə cavab vermirsiz, 08 iyuldan sual vermişəm. burda başqalarına cavab var mənə yox .

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz haqqında ətraflı məlumat təqdim etdikdən sonra barənizdə müvafiq qərar qəbul oluna bilər. Nəzərinizə çatdırırıq ki, işə qəbulla bağlı müraciət edən vətəndaşların test imtahanında ümumi bilik səviyyələri və dünya görüşləri yoxlanılır. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulu keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrindən asılı olaraq müəyyən edilir. İşə qəbulla bağlı müraciət etmiş vətəndaşlar Xidmətin Aparatına müsabiqəyə (test imtahanı) dəvət olunmaları növbəli qaydada həyata keçirilir.  
Nihad Soruşur Yazılma Tarixi:15.08.2018 09:36:44

Salam mən könüllü şəkildə ərizə yazıb hərbi xidmətə gedəbilərəm?

Bildiririk ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.
Rövşən Soruşur Yazılma Tarixi:13.08.2018 23:59:41

Salam. Mən 20 ilə yaxın müddətdə dövlət qulluğunda çalışmışam. 14 il Gənclər və İdman Nazirliyinin rayon idarəsinin rəisi vəzifəsində işləmişəm. İşimin ən əsas hissəsini yeniyetmə və gənclərlə iş, onlarda vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi tutmuşdur. İşlədiyim dövrdə SHXCDX-nin rayon şöbəsi ilə vətənpərvərlik mövzusunda mütəmadi birgə tədbirlər həyata keçirmişik. 14 il Xidmətin rayon şöbəsində hərbi komissiyasın üzvü olmuşam. Hazırda dövlət qulluğundan ayrılmışam. Sizin xidmətdə mülki işlərdə işləyə bilərəmmi?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Marif Soruşur Yazılma Tarixi:13.08.2018 19:23:45

Salam.19.07.2018 ci ildə imtahan vermişəm. İmtahan nəticəm işə qəbul üçün qənaətbəxş hesab olunmayıb. Bilmək istəyirəm ki, nə vaxt yenidən imtahan verə bilərəm.? Vaxtından əvvəl imtahan vermək mümkündürmü? Bir də imtahanda iştirak etmək üçün yaş həddi nə qədər müəyyən olunub.?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bir daha nəzərinizə çatdırırıq ki, 19.07.2018-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizə baxılması məqsədəuyğun hesab edilməmişdir.
Şahin Soruşur Yazılma Tarixi:11.08.2018 12:11:00

Salam. Mən 2015-ci ildə Bakı Mühəndislik Universitetinə 657 balla qəbul olmuşam. Təhsil məni qane etmədiyi üçün 2 il həmin universitetdə oxuduqdan sonra təhsilimi yarımçıq qoyaraq Türkiyənin Ankara Universitetinə qəbul olmuşam və orada 2-ci kursda təhsil alıram. Ankara Universitetinin tələbə kartı və orada oxuduğum haqda arayışım var. Sadəcə bilmək istəyərdim ki, mənə hərbi xidmətlə bağlı möhlət verilirmi.

Bildiririk ki, Sizə təhsilə görə müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi məsələsinə baxılması üçün Türkiyə Respublikasının Ankara Universitetində təhsil almağınız barədə arayışı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə təqdim etməlisiniz.
Sənan Soruşur Yazılma Tarixi:10.08.2018 20:54:34

Hər vaxtınız xeyir. Sualım hərbi xidmətə yararsızlıqla bağlıdır. Mən anadangəlmə onurğamdakı fəqərə arası disk yetməzliyi ilə doğulmuşam. Həkimlər həm özəl xəstəxanalar həm də dövlət xəstəxanalarında müayinədən keçmişəm və hər birində eyni diaqnoz qoyulub. Mən bu qüsur üzündən yerişimdə addım atma qüsuru, bir müddət yeridikdən sonra ayağımı işlədə bilməmə qüsurları var. Məni bu ilin may ayının 16 sı Qəbələ rayonunda hərbi komissiyaya çağırdılar və bu qüsurları hərbi komissiyaya bildirmişəm. Məni müayinədən keçmək üzrə NEVROCƏRRAHİYƏ xəstanasına müayinəyə göndərdilər. Xəstəxanadan akt gəldiki bu adam bu fiziki qüsurlara sahibdir və yenidən məni Mirqasımov adına Respublika mərkəzi xəstəxanasına müayinədən keçmək üçün göndəriş yazıldı. Mən xəstanaya getdikdə isə mənə dedilər ki həkimlər yay istirahətindədi və sentyabr ayının 3 dən sonra gəlməyimi məsləhət gördülər. Qəbələ rayon çağırış məntəqəsi məni bu müayinədən keçməyi gözləmədən yenidən bu avqust ayının 15 nə çağırış məntəqəsində müayinədən keçmək üçün dəvət edib. Qəbələ rayon hərbi çağırış məntəqəsi mənə yararsız olduğum halda hərbi bileti vermək istəmir. Sizə sualım mən yararsızlıq haqqında hərbi bileti necə və hara müraciət etməklə əldə edə bilərəm və mənim hüquqlarım nədir ?

Məlum olmuşdur ki, səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq, Xidmətin Qəbələ rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən aidiyyəti üzrə əlavə müayinəyə göndərilmisiniz. Müayinədən sonra barənizdə tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” əsasında Xidmətin Qəbələ rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
COŞQUN Soruşur Yazılma Tarixi:10.08.2018 10:25:22

Salam. Men magistraturatya qebul olmuşam ve herbi xidmete getmek isteyirem. Qebul olduğum universitet herbi xidmete mohlet huqu verir. Konulluluk esasinda herbi xidmet keçmek isteyenler tehsilini 1 illik dondura biler.Men getmek istedim herbi komissarliq dedi hele qanun yoxdu. Ne ede bilerem?

Bildiririk ki, magistraturada təhsilini hərbi xidmətini başa vurduqdan sonra davam etdirmək istəyən vətəndaşlar akademik məzuniyyət götürərək hərbi xidmətə gedə bilərlər.
İlqar Soruşur Yazılma Tarixi:09.08.2018 16:03:33

Salam mən 2018-ci ilin oktyabir ayinda herbi xidmete yolanacam ama , olduğum. Rayonun komissarliğinda muayineden keçdim. Onurğa sümüyümde eyrilik var deyilir. Özüm güleş idmani ile meşğulam ve. Respublika 5-ci siyem ve. Bütün yarişlardan derecem var yeni demek isteyiremki mende eyrilik normal bir şeydi. Herbi xidmetimden qalmag istemirem. Getmek isteyirem xaiş. Mene bir yol görsedin getmek üçün?

Məlum olmuşdur ki, Siz səhhətiniz ilə əlaqədar Xidmətin Ağstafa rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən aidiyyəti üzrə əlavə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Ağstafa rayon şöbəsinə təqdim edildikdən sonra, Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Cədvəldə sətir sayı :14891