Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Cəmilə Soruşur Yazılma Tarixi:06.09.2018 22:38:09

Salam.Xahiş edirəm mənim sualımın dəqiq cavabını veresiz. Dövlət qulluğu üzrə sertifikatla işə qəbulda iştirak edə bilərəm yoxsa yene imtahan verməliyəm? Qadınlar üçün vakansiyanin olmadiğini bilirəm . Xahiş sualımı cavablandirasiz .Təşəkkürlər

Bildiririk ki, "Dövlət qulluğu" haqqında Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. 
Həmin Qanunun 28.5-ci maddəsinə əsasən, dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. 

Şamo Soruşur Yazılma Tarixi:05.09.2018 22:28:49

Men qeydiyyatdan kecmisem qeydiyyatdan kecdiyim email baglanib deye men portala giris ede bilmirem yeniden qeydiyyatdan kecirem yazilirki evvel istifade etmisiz xais edrem komey edesiniz

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin portalına müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətinizə əsasən istifadə edə bilmədiyiniz üçün portalda qeydiyyatınız ləğv edilmişdir. Yenidən qeydiyyatdan keçə bilərsiniz. 
KƏNAN Soruşur Yazılma Tarixi:05.09.2018 02:06:00

Od kisesinde polipi olan sexs herbi xidmet kecmeye gede bilermi bu mumkundur

 Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyaların pozulmasından və davamlılığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən şəhadətləndirilirlər. “Xoşxassəli yenitörəmələr: funksiyaların mülayim və ya cüzi dərəcədə pozulması ilə” diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
KƏNAN Soruşur Yazılma Tarixi:05.09.2018 01:57:25

salam od kisesinde polip olan sexsin polipin derecesine gore teyin edilir hebi xidmete yararli olub olmamasi ? zehmet olmasa cavablandirardiniz

 Xəstəliklərin dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyaların pozulmasından və davamlılığından asılı olaraq çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən şəhadətləndirilirlər. “Xoşxassəli yenitörəmələr: funksiyaların mülayim və ya cüzi dərəcədə pozulması ilə” diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Cəmilə Soruşur Yazılma Tarixi:03.09.2018 21:00:30

Salam.Mənim dövlət qulluğu üzrə sertifikatim var.Bu sertifikatla işə qəbulda iştirak edə bilərəm? Yoxsa müsabiqədə mütləq iştrak etməliyəm?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Həsən Soruşur Yazılma Tarixi:01.09.2018 02:29:46

Salam.Mən 01.10.2018-cil Bakı şəhəri,Binəqədi rayonu hərbi komisarlıqdan çağrış almışam.Yəni 01.10.2018-ci ildə həqiqi hərbi xidmətə çağrılmışam.Və bilmək istəyirəm mən harda və hansı qoşun növündə xidmət edəcəm?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Əli Soruşur Yazılma Tarixi:31.08.2018 15:49:58

Salam. Sağ əlin orta barmağın birinci falanqaya qədər olan hissəsi olmadiği təqdirdə həmin insan hərbi xidmətə yararlı sayılırmı? Yararlı sayılırsa və yaxud yararsız sayılırsa bunların səbəbini izah edə bilərsiniz zəhmət olmasa. Çox xahiş edirəm sualıma ətraflı və tez zaman ərzində cavab verersiniz. Teşekkürlər.

Sağ əlin orta barmağın I falanqaya qədər olan hissəsi olmadığı təqdirdə, çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 67 “ç” maddəsinin (funksiyaların pozulması olmayan obyektiv əlamətlər olduqda) I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər.
İzzət Soruşur Yazılma Tarixi:31.08.2018 02:37:07

Salam men fevral ayinda böyreyimdeki kistaya göre möhlet almisam möhletin vaxtdi oktyabrda bitir gonderiş ne vaxt gelecek mene onu bilmek isteyirem

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Ruslan Soruşur Yazılma Tarixi:30.08.2018 20:30:52

salam mən iki gündü müraciət göndərirəm sual verirəm nə mənim sualım saullar içərisində görsənmir nədə mənə hec bir məlumat verilmir xahiş mənim müraciətimlə baxlı mənə məlumat verib cavablandırasız

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin portalına müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətinizə əsasən istifadə edə bilmədiyiniz üçün portalda qeydiyyatınız ləğv edilmişdir. Yenidən qeydiyyatdan keçə bilərsiniz. 
Eltac Soruşur Yazılma Tarixi:30.08.2018 12:33:34

Salam,mən qicimda toxumada şiş olduğuna görə həkim komissiyasından Onkologiya mərkəzində konsultasiyada oldum və mənə ,mənim hərbi xidmətə yararsız olduğum deildi amma buna baxmayaraq artıq iki ildən çoxdur ki herbi komissarlığı ildə bir dəfə məni yene oraya yollayıb eyni cavabı alırlar,,bilmək istəyirəm mən herdefe eyni hala görə dəyişiklik olmadığına baxmayaraq xəstəxanaya getməyə məcburam?hərbi biletimi nə vaxt tələb edə bilərəm? Cavablandirmaginizi xaiş edirem

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Cədvəldə sətir sayı :14891