Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Şahin Soruşur Yazılma Tarixi:22.09.2018 12:00:20

Salam men mektebi 2 il sonra bitirecem qiyabi üniversitet oxumaq isteyirem herbi mohlet huququ verilirmi.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.4-cü maddəsinə əsasən, ali təhsil müəssisələrində və onların filiallarında  əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada, ali baza tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ verilir.
Vüqar Soruşur Yazılma Tarixi:21.09.2018 21:06:50

salam.hərbi hissədə xəstəliyə tutularaq xəstəliklər cədvəlinin 15 ci maddəsinin 2- ci qrafasına görə hərbi ucotdan çıxardılaraq hərbi xidmətə yararsız hesab olunaraq qeydiyatdan çıxardılan vətəndaş hansı halda hərbi xidmətini yenidən yerinə yetirə bilər.?Yerli bölmədə bele halın qanunvericilikdə nəzərdə tutulmadığı bildirilir .bu hansı hallarda mümkündür.?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsinə əsasən, hərbi qulluqçular xəstəliyə görə hərbi həkim komissiyası tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda həqiqi hərbi xidmətdən istefaya buraxılırlar. Həmin Qanunun 2.0.12-ci maddəsinə əsasən, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş şəxslər hərbi qeydiyyata götürülməli olmayanlardır. Qeyd olunanlara əsasən, bu kateqoriyadan olan şəxslərin təkrar hərbi xidmətə çağırılması qanunvericilikdə nəzərdə tutulmamışdır.
Rizvan Soruşur Yazılma Tarixi:21.09.2018 18:55:12

Salam. Bu gun xestelik ile elaqeder meni 3 nomreli poliklinikaya yolladilar.Bilmek istiyirem eger eyni xestelik ile elaqeder hec bir irelleyis yoxdursa mene nece defe istiqamet verecekler?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Nurlan Soruşur Yazılma Tarixi:21.09.2018 18:28:21

Salam.Müraciətim xidmətə işə qəbul ilə əlaqədardır.23 yaşım var.Hərbi mükəlləfiyyətli,Ali təhsilliyəm(BDU-Kimya).Xarici dil biliyim vardir.22 aprel 2018-ci il tarixdə Dövlət Qulluğuna qəbul imtahanında inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq 6-7-ci təsnifat üzrə ən yüksək BB1 sertifikatı əldə etmişəm və 5 il qüvvədə olma müddəti vardır.Bilmək istəyirdimki,işə qəbulla əlaqədar müraciət etdikdə musabiqə(test imtahanı) mərhələsindən azad olunub tək müsahibə mərhələsinə buraxılacağam? Növbəti sualım hansı sənədləri kadlar idarəsinə təqdim etməliyəm? Digər sualım isə leytenant rütbəsi üzrə vəzifəyə qəbul olunacağam yoxsa gizir? Öncədən təşəkkürlər

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Amid Soruşur Yazılma Tarixi:20.09.2018 10:40:28

Salam, Mən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə işə qəbulla bağlı müraciyyət etmək isdəyirəm.Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi ixtisasi uzrə təhsil almisam.Bu quruma müraciyyət edə bilərəmmi?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Toğrul Soruşur Yazılma Tarixi:20.09.2018 00:14:58

Salam men oktyabirin 3 esgerliye getmeye cagiris vereqimi almisam hara dusduyumu oyrene bilerem?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Nicat Soruşur Yazılma Tarixi:19.09.2018 15:20:35

Salam. Mən iyul ayında komissiyadan keçmişəm (həm rayonda həm da Bakıda xəstəxanalarda), halbuki rayondakı müvafiq hərbi xidmət məntəqəsindən hərbi xidmətə yararlılığım barədə məlumat əldə edə bilmirəm (neçə ay keçməsinə baxmayaraq mənə məlumat vermirlər). Mən bunu necə öyrənə bilərəm?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Toğrul Soruşur Yazılma Tarixi:19.09.2018 00:19:53

Men oktyabrin 3 esger gedirem ve hara dusduyumu oyrenmek isdeyirem

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.           Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər.           Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Ayşad Soruşur Yazılma Tarixi:18.09.2018 20:16:15

Salam.oktyabirin 1-i herbi xidmetde cagrisda hara dusduyumu oyrene bileremmi?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Ayaz Soruşur Yazılma Tarixi:18.09.2018 16:35:34

Ehtiyatda olan mayoram. 15 təqvim ili xidmət etmişəm. Mənə Silahlı Qüvvələrin yaranmasının 100 illiyi Medalı düşürmü. Xahiş edirəm məlumat verəsiniz.

Bildiririk ki, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı haqqında Əsasnamənin 2-ci maddəsinə əsasən, yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təltif edilirlər. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə Müdafiə Nazirliyinə müraciət etməyiniz məqsədəuyğundur.
Cədvəldə sətir sayı :14891