Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Murad Soruşur Yazılma Tarixi:18.09.2018 14:01:46

Salam Men Quliyev Murad Ehtibar oglunun Dusduyu Bolgeni bilmey ısdıyerdım .

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
RƏVAN Soruşur Yazılma Tarixi:17.09.2018 22:45:06

Esgerliye hara duşmuşem

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Şahvələd Soruşur Yazılma Tarixi:17.09.2018 17:28:05

Salam. Mən Naxçıvan MR, Şahbuz rayonunda hərbi qeydiyyatdayam. Yaşadığım yer Bakı şəhəri Nəsimi rayonudur. Faktiki yaşadığım adresdə qeydiyyata düşmək üçün şəxsiyyət vəsiqəsini dəyişmək məqsədi ilə ASAN Xidmətə müraciət etmişəm. Qeydiyyat yerini dəyişmək üçün qeydiyyatda olduğu səfərbərlik idarəsindən qeydiyyatdan cixmalı olduğumu bildirdilər. Qeydiyyatdan çıxmaq üçün müraciət etdim, amma Şahbuz ray.Səfərbərli İdarəsi hec bir hüquqi əsas gətirmədən məsələni həll etmədi. Xahiş edirəm köməklik edəsiniz.

Portala daxil olan müraciətinizlə bağlı bildiririk ki, Xidmət rəisinin 18 sentyabr 2012-ci il tarixli Təlimatına uyğun olaraq, yaşayış yerini dəyişmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatdan çıxarılması üçün yerli idarə, şöbə və bölmə rəisinin adına ərizə, hərbi bilet, yeni yaşayış və ya olduğu yer üzrə DİN-nin qeydiyyat və şəxsiyyət vəsiqələrinin verilməsi şöbələri tərəfindən verilmiş sənəd (müvəqqəti vəsiqə və ya ərizə-anket) və mülkiyyət hüququnu təsdiq edən sənəd (yaşayış sahəsinin orderi və ya çıxarış) əsas sayılır. Müraciətdə qeyd etdiyiniz məsələnin həlli üçün qeyd olunan sənədlərlə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şahbuz rayon şöbəsinə müraciət etməyiniz məqsədəuyğundur.
Süleyman Soruşur Yazılma Tarixi:17.09.2018 17:19:12

Mən 2017ci il 22 noyabr tarixində Türkiyənin Ankara şəhərində bacımdan alınan böyrək sayəsində böyrək köçürülmə əməliyatı keçirtmişəm. Yaxın tarixdə Ankaradakı həkimimin sentyabr ayının 10 - na təyin etdiyi yoxlama və müalicə prossesləri üçün ölkədən çixmağa cəhd göstərdiyimdə ölkədən giriş ve çıxışıma məhdudiyyət qoyulduğunu öyrəndim. Sizdən yazıb xahiş edirəm ki bu məhdudiyyəti tez bir zamanda aradan qaldıra və mənim müalicəmi davam etdirməyimə şərait yaradasınız. Hörmətlə

Bildiririk ki, 1993-cü il təvəllüdlü Qurbanzadə Süleyman Hacıağa oğlu barəsində yekun qərarın təsdiq edilməsi üçün Xidmətin Yasamal rayon idarəsi tərəfindən şəxsi işi ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmağı nəzərdə tutulmuşdur.  Müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğu Yasamal rayon idarəsinə daxil olduqdan sonra barəsində qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Xaliq Soruşur Yazılma Tarixi:17.09.2018 11:27:38

Salam Men Oktuyabır 19 Esgerlik getmeye çagırış vereqemi almışam hara düşdüyümü orgene bilerem ?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
İSMƏT Soruşur Yazılma Tarixi:17.09.2018 10:41:11

Salam.Menim sag boyreyimde 5mm das var.Bilmek isteyirem herbi xidmete yararliyam ya yox?zehmet olmasa cavablandirardiz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən böyrəklərin ifrazat funksiyasının pozulması olmadan böyrəklərin, sidik axarlarının tək-tək daşları (0,5 sm və daha iri) xəstəliyi olan çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Camal Soruşur Yazılma Tarixi:16.09.2018 23:39:36

Salam meni dislerime gore bakiya respublika xestexanasina gonderdiler getdim mualice oldum ne lazim idi oldu sonra dediler gede bilersen oyrenmek isteyiremki ne vaxt cagiracaqlar meni vayenkamata ne vaxt gedis kagizi yazilacaq bunu bilmek isteyirdim

Müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. 
Seymur Soruşur Yazılma Tarixi:16.09.2018 22:26:40

Salam mənim bir gözüm - 5 biri - 1 dir. Başqa heçbir problemim yoxdur. Səhətimlə əlaqədar olaraq mənə möhlət verilib. Bilmək isterdim möhlət bitmədən məhdud yararlı olaraq hərbi xidmətə gedə bilərəm? Və ya könüllü şəkildə? Xahiş edirəm məlumat verərdiz.

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Arif Soruşur Yazılma Tarixi:16.09.2018 22:23:16

Arzu Rəhimovun qəbuluna düşmək isdiyirəm. Xaiş edirəm mənə bir cədvəl təyin edəsiniz, birdə zəhmət olmasa ünvanı qeyd edərsiniz.

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin e-mail ünvanına göndərdiyiniz  müraciətinizə  tərəfimizdən baxılmışdır.          
Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən vətəndaşların qəbulu hər ayın sonuncu şənbə günü həyata keçirilir. Qəbulda iştirak etmək üçün hər ayın sonuncu həftəsinin istənilən günü şəxsiyyət vəsiqənizlə birlikdə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Aparatına gəlməli (Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva  küçəsi 30) və müvafiq qaydada qeydiyyatdan keçməlisiniz.
Azər Soruşur Yazılma Tarixi:16.09.2018 14:22:09

salam. oktyabr cagirişçilarin hansi qoşun növünde kecmeleri barede melumat ne vaxt yerlesdirilecek?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Cədvəldə sətir sayı :14891