Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Turqay Soruşur Yazılma Tarixi:27.09.2018 00:03:46

Salam. Men işe qebulla bağlı müraciet etmek isteyirem ancaq her defe bir problemle qarşılaşıram tercümeyi hal yazıram yadda saxla eliyirem cıxıb tezeden girende tapa bilmirem. Ali tehsili tesdiq eden senedi gonderirem 630 kn hecminde sistem qebul elemir. Daima yazır ki 1 mb ölçüsünü keçmemelidir. Her defe sayta daxil olanda xidmet reisinin adına erize göndermeliyem ki sonra anketi doldurum.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Müraciətinizlə əlaqədar həftənin tək günləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulu, keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrinə, eləcə də fiziki hazırlıq göstəricilərinə (qəbul olunmuş normativlərə) uyğun olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyəsi və dünya görüşü yoxlanılır. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Elşən Soruşur Yazılma Tarixi:26.09.2018 21:22:38

Salam bagiwliyin narahat edirem Zerife Eliyeva goz klinikasina getdiyim cavablar saglam gelibdi indi gonderirler bu senedleri hospitala hekim eksperta bilmek isterdim cavab nece gune gelecey hospitaldan vaenkomata ? Zehmet olmasa xahiw edirem cavab vererdiz ? Men esgerliye getmek istiyirem bu oktyabr cagiriwina duwe bilerem ?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, razılaşdırılmış qrafikə əsasən şəxsi işiniz Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuş və şəhadətləndirilmə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. Siz, 2018-ci ilin oktyabr çağırışına cəlb olunacaqsınız.
Ruslan Soruşur Yazılma Tarixi:26.09.2018 21:14:58

İşə qəbul üçün müraciət ünvanlamışam müraciətimdə elaqə nömrəsi yerində ev nömrəmi göstərmişəm mənim müraciətimlə bağlı her hansı məlumat ve ya informasiya üçün 055 201 32 42 nömrəsinə məlumat vermeyinizi xahiş edirəm.

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla və ya poçt vasitəsilə, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar (rəsmi ərizə ilə) müraciət edə bilərsiniz. Ərizəyə əlavə olunan İlkin sənədlər: - tərcümeyi-hal; - şəxsiyyət vəsiqəsinin sürəti; - diplomun sürəti (təhsil haqqında sənəd); - hərbi biletin sürəti. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
İlkin Soruşur Yazılma Tarixi:26.09.2018 21:03:20

Salam. Mən işə qəbul ilə əlaqədar sizə poçt və internet vasitəsilə ( mail) müraciət göndərmişəm. Bunun nəticəsini necə bilmək olar?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Əliyar Soruşur Yazılma Tarixi:26.09.2018 18:46:28

herbi xidmete cagriwin oktyabr prizivlerinin hara duwduyu cixib? onu sms den oyrenmek olar?

Bildiririk ki, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. 
Yunus Soruşur Yazılma Tarixi:26.09.2018 14:33:16

Salam. Mən Məmmədov Yunus Arif oğlu Suraxanı rayon vaynkamati məni 3ilden sonra təkrar müayinə üçün 5nomreli xəstəxanaya gonderis verdi. Keçdim müayineden 12barmag bagirsagda xora capiglari, qastroduedenit medede sepkiler var məndə usaglugdan bu problem var pəhrizlə qaliram.her dəfə agrilarimda olur. Ama 5nomreli xəstəxanada düzgün diaqnoz qoymurlar. Mən bilməy istəyirəm nə qərar verilib haqqımda.

Şikayət ərizəniz Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində araşdırılmış və Sizin Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilməniz üçün Xidmətin Suraxanı rayon idarəsinə göstəriş verilmişdir. Müayinənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Pərvin Soruşur Yazılma Tarixi:26.09.2018 13:07:32

salam MN-999 herbi hisse harda yerlesir?

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. 
Camal Soruşur Yazılma Tarixi:26.09.2018 13:06:24

Salam. Bu ayin evveleri olardi bakiya mualice ucun getmisem vayenkamat terefinden gonderilmisem bu ay erzinde ucuncu defedir gedirem vayenkamata deyirlerki senedler hele gelmeyib bakidan 1ay erzinde bu senedler niye elmeyir kimlere muraviyet ede bilerem hele gedis kagizini almamisam 4gunden sonra gedisler baslayir

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Valeh Soruşur Yazılma Tarixi:25.09.2018 21:42:58

MN- 950 sayli berbi hisse harda yerleşir?

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. 
Sənan Soruşur Yazılma Tarixi:25.09.2018 21:30:03

Salam Ayin 2 si Naxcivana Dusenler gedir. Bakiya dusenler nevaxt gedir bes. Birde 25.09.2018 bu gun Naxcivana dusenlere mesaj geldi baki ya sumqayita dusenler nevaxt bilnecek

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14891