Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əziz Soruşur Yazılma Tarixi:29.09.2018 00:44:03

Şəmkir 193də bölünür harasa ? Bölünürsə hansi rayonlara bölünür ?

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. 
Rüstəm Soruşur Yazılma Tarixi:29.09.2018 00:18:58

salam men oktyabr ayinin 1 gedmeliyem ve mesajda gəlməyib və sizin elektronla da göndərdim və yazir ki belə cagirişçi adi yoxdu 9100 də mesaj göndərdim və mesaj geldiki belə çağirişçı yoxdu mən onun ucun nə edə bilərəm və özüm İsmayillidanam

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rüstəm Soruşur Yazılma Tarixi:29.09.2018 00:07:19

salam men burda yaziram hara düşdüyum bilinmir 9100 şexsiyetin nomresin göndərmişəm mesaj bilinmir ozum İsmayillidanam yəniki men oktyabirin 1 gedmeliyimem amma mesaj gəlmədi həmçinin onu nece öyrənmək olar ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Samir Soruşur Yazılma Tarixi:28.09.2018 21:35:51

Salam. Müraciətim barədə ətraflı olaraq elektron müraciətdə qeyd etmişəm. Bilmək istərdim ki, ehtiyyatda olan zabit SHXCDX-də işləyə bilərmi.22 il xidmət etmişəm öz arzumla, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsindən, polkovnik-leytenant hərbi rütbəsində ehtiyyata buraxılmışam. Əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Həsən Soruşur Yazılma Tarixi:28.09.2018 16:35:49

Salam məndə ventilyasiya pozğunluğu qeyd olunub həkim mənə dediki sən əsgər getmiyəcəksən getmək istəyirsənsə qeydiyyatda olduğun vaynkamatla danışmalısan.İndi mən əsgər getmək istəyirəm oktyabr çağrışçısıyam.Əgər bir problem olsa könüllü olaraq gedə bilərəmmi xahiş cavab yazasınızda

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, şəxsi işinizin müayinə nəticələri ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunması nəzərdə tutulmuşdur. Şəhadətləndirilmə nəticəsində müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
İlkin Soruşur Yazılma Tarixi:28.09.2018 10:18:52

Salam. Mən işə qəbul ilə əlaqədar sizə poçt və internet vasitəsilə müraciət göndərmişəm. Cavabı necə örgənə bilərəm?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Ramil Soruşur Yazılma Tarixi:28.09.2018 01:20:05

Salam. Bilmək istəyirdim ki, əgər müayinənin nəticəsi barədə müvafiq səhiyyə müəssisəsindən komissarlığa göndərilmiş sağlam vəziyyəti barədə akt əsasında çağırışçının hərbi xidmətə yararlı olub-olmamasını dəqiqləşdirmək üçün şəxsi işi Mərkəzi hərbi-həkim komissiyasına göndərilmişsə, bu komissiya qərarı maksimum neçə gün ərzində hazır eləyib şəxsi işi komissarlığa qaytarır? Çünki məndə vəziyyət hal-hazırda bu cürdür və yanvara qalmaq istəmirəm ((

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, şəxsi işiniz 02.10.2018-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuş və müayinənin nəticəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlıdır” hesab edilmisiniz.
Həsən Soruşur Yazılma Tarixi:28.09.2018 00:01:56

Salam mən oktyabr 1 əsgər gedəcəm. Vaynkomatdan məni döş defermansiyasına görə 3-saylı Sabunçu şəhər xəstəxanasına göndərdilə.Sabunçu xəstə xanası məni müalicə edəndən sora Ağ ciyər xəstəlikləri elmi təqdiqat inustutuna göndərdilər orda spitormaniya yoxlanışından keçdim və analiz kağızında yazıldı ki ventilyasiya pozğunluğu qeyd olunur.İndi mən əsgər getmək istəyirəm və bilmək istəyirəm ki ventilyasiya pozğunluğu mənə heç bir problem yaratmaz

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, şəxsi işinizin müayinə nəticələri ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunması nəzərdə tutulmuşdur. Şəhadətləndirilmə nəticəsində müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Ülvi Soruşur Yazılma Tarixi:27.09.2018 23:22:03

Salam hər vaxtınız xeyir.Zəhmət olmasa hansi hərbi hissəyə düşdüyüm barədə məlumat almağıma köməklik edəsiniz.Öncədən təşəkkürlər.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Həsən Soruşur Yazılma Tarixi:27.09.2018 21:56:19

Salam mən oktyabrn 1 əsgər gedirəm.Ancaq adımı SHXÇDX-nin saytında adım çıxmadı İndi mən hara düşdüyümü nə vaxt öyrənə bilərəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14891