Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sücayət Soruşur Yazılma Tarixi:09.10.2018 20:17:22

Salam birdefenlik müavinet verilen siyahıda emim Şükürov Malik Sabir oğlunun adın yazırıq çıxmır.Xahiş edirik bize köməklik göstərəsiniz.Emimde 1997-ci ilə qədər döyüşlərdə iştirak edən ve Şehid düşən hərbiçilərdən olub.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli         1 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı”nda əminiz Şükürov Malik Sabir oğlunun adı kecmir. Əlavə olaraq bildiririk ki, siyahıda 1971-ci il təvəllüdlü “Şirinov Malik Sabir oğlu” soyadlı şəxs qeyd edilmişdir. Odur ki, araşdırmanın aparılması və ya müvafiq düzəlişlərin edilməsi üçün təsdiqedici sənədlərlə (ölüm haqqında şəhadətnamə, bildiriş və s.) Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz xahiş olunur.
Rəşad Soruşur Yazılma Tarixi:09.10.2018 20:01:41

Salam men universitetnen elaqedar olaraq mohlet almisam ayin 20 kimi vayonkamantdan cagirdilar ve ayin 8 ne cagiris indi men bilmek isteyirem ki hara dusmusem ve mesaj gonderirem bele cagirisci yoxdur yazir zehmet olmasa cavablandirardiz

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Elçin Soruşur Yazılma Tarixi:09.10.2018 12:58:49

Salam, Hәsәnov Nәcәf Heydәr oğlu. 1994-cü il 28 yanvar tarixindә, Qarabağ uğrunda gedәn döyüşlәrdә şәhid olmuşdur. Möhtәrәm Prezidentimizin 19 aprel 2018-ci il sәrәncamına әsasәn, şәhid ailәlәrinin vәrәsәlәrinә , birdәfәlik 11 min manat ödәnilsin. Әmәk vә Әhalinin Sosial Müdafiәsi Nazirliyindә tәqdim olunan siyahıda, adı çәkilәn şәxsin adı qeyd olunmayıb. Halbuki mәn 10 dәqiqә әvvәl sizin qurumda oldum vә mәnә dedilәr ki, göndәrilәn siyahıda adı vardır. Xahiş edirәm mәsәlәni aydınlaşdırasınız.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli         1 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı”nda, 1994-cü ilin yanvar ayında döyüş əməliyyatlarında həlak olmuş, 702 saylı hərbi hissənin mərhum əsgəri, 1970-ci il təvəllüdlü Həsənov Nəcəf Heydər oğlunun adı var.
Camal Soruşur Yazılma Tarixi:09.10.2018 11:59:41

Salam Men ayin 22si gedirem eserliye burdada vayenkamatdada deyirler 20den sonra hara dusduyunuz aydinlasacaq 20sinden sonra ne ediremki hara dusduyumu qabagcadan bilmek isteyirem ne ede bilerem xais edirem eyni seyleri kopya edib atmayin vacibdir

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəsul Soruşur Yazılma Tarixi:09.10.2018 11:55:49

Mən Hacıqabul rayon qeydiyyatındayam. Universitetə, magistr təhsilinə davam etdiyim üçün iki dəfə təhsil möhləti almışam və hər birində yoxlama vaxtı Bakıya müayinəyə göndərilmişəm. Bu ilin İyul çağırışında bir daha müayinəyə göndərildim və nəticələr gəldikdən sonra bir daha Bakıya göndərildi. Oktyabr ayında çağırışşçılar arasında adımın olmadığını görüb rayonumuzun SHXÇDX müraciət etdim. Mənimlə ayın 5inə kimi Bakıdan əlaqə yaradılacağı söylənildi. Artıq ayın 9udu lakin hələ də bir xəbər yoxdu. 3 ayımı boşuna itirdiyim halda indi də işsizəm və nəticələr gəlmədikcə də bu gündəlik yaşamıma maneə yaradır. Hansı quruma müaricət edə biləcəyim barədə məlumatlanmaq istərdim

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmusunuz. Şəhadətləndirilmənizin nəticələri barədə qeydiyyatda olduğunuz Xidmətin Hacıqabul rayon şöbəsi tərəfindən məlumatlandırılacaqsınız.
Taleh Soruşur Yazılma Tarixi:09.10.2018 10:22:33

Salam mən oktyabr çağırışçılarının siyahısındayam deyilir mənə həm rayon voenkamat üzrə həm də baş komisarlıqda . Lakin siyahıda mənim adım çıxmır bu sualıma cavab olaraqsa deyilirki ayın 15 dən sonra siyahıda adım çixacaq bu nə dərəcə doğrudur ? siyahi bir dəfəlik sentyabrın 30 da təyin olunmurki ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Murtuzəli Soruşur Yazılma Tarixi:08.10.2018 22:24:46

Salam mən psoriaz xəstəliyindən əziyyət çəkirəm. oxuduğum ali təhsil müəssisəsindən arayış alaraq 4illik möhlət verilib .bilmək istəyirəm ki, mənə yararsız bilet indi verilə bilər?

Siz qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərar Xidmətin Mərkəzi hərbi həkim komissiyası tərəfindən təsdiq olunduğu halda, Siz hərbi biletlə təmin olunacaqsız.
Ehtiram Soruşur Yazılma Tarixi:06.10.2018 22:34:26

Salam.Men bilmək istəyirdim ki yenədə Əfqanıstana və ya başqa ölkəyə xidmətə əsgər gönderilirmi? Əgər gönderilirse oraya könüllü şəkildə getmək mümkündürmü?

Sülhməramlı Qoşunlar Müdafiə Nazirliyinin tabeliyində olduğu üçün qeyd etdiyiniz məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. 
Rəşad Soruşur Yazılma Tarixi:06.10.2018 17:28:28

Salam Mən Aprel Döyüşləri işdirakçısıyam mən müharibə veteranı vəsiqəsini necə və hardan ala bilərəm? Çox Sağ Olun

Məlum olduğu kimi, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri (o cümlədən, onun dublikatı), vətəndaşların hansı qoşun növündə xidmət keçməsindən asılı olaraq tələb olunan sənədlər (nizami hissə üzrə əmrdən çıxarışlar və ya arxiv arayışları mütləqdir) əsasında Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Bu səbəbdən “Müharibə veteranı” vəsiqəsinin verilməsi ilə əlaqədar hərbi xidmət keçdiyiniz aidiyyəti dövlət orqanına müraciət etməyiniz məqsədəuyğundur.
Vüsal Soruşur Yazılma Tarixi:05.10.2018 16:08:08

mən 2012-ci il ildən bu günə qədər hərbi xidmətə müvəqqəti yararsız hesab edilirəm...artıq 2 dəfə 3 illik yararsız hesab edilmişəm..3-cü dəfə birdaha 03.10.2018-ci il tarixində həkim müayyinəsindən keçmişəm və hesab edirəm ki, yenidən yararsız hesab ediləcəm..artiq çəkidən yararsız hesab olunuram...bu nə zamana kimi bele olacaq? yəni hər il mən müayinədən keçməliyəm?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövr üçün hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar
Cədvəldə sətir sayı :14891