Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nicat Soruşur Yazılma Tarixi:12.10.2018 18:38:03

Salam. Zəhmət olmasa diaqnozumu deyərdiz. Təvəllüd 1996. Gəncə şəhəri Kəpəz rayonu.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün şəxsi işinizin müayinə nəticələri ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunması nəzərdə tutulmuşdur. Şəhadətləndirilmə nəticəsində müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
POLAD Soruşur Yazılma Tarixi:12.10.2018 14:30:43

SALAM. MENIM 18 YASIM OKTYABR AYININ 14 TAMAM OLUR MEN BU AY CAGIRILACAM?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Eltun Soruşur Yazılma Tarixi:12.10.2018 00:51:27

Mən Qədirov Eltun Afiq oğlu 22.10.2018 tarixde herbi xidmete yola düşmək üçün Xaçmaz rayon vayinkomatına yola düşəcəm .Mən Düşdüyüm yeri qabaqcadan bilmək istəyirəm .Çoxunun çıxır Cavabları İnternetə Mənim yox . Niyə?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Aynur Soruşur Yazılma Tarixi:11.10.2018 22:52:39

Salam, Ahəngari Noel Əlihüseyin oğlu 1993 cü il 14 yanvar tarixindә, Qarabağ uğrunda gedәn döyüşlәrdә şәhid olmuşdur. Möhtәrәm Prezidentimizin 19 aprel 2018-ci il sәrәncamına әsasәn, şәhid ailәlәrinin vәrәsәlәrinә , birdәfәlik 11 min manat ödәnilsin. Әmәk vә Әhalinin Sosial Müdafiәsi Nazirliyindә tәqdim olunan siyahıda, adı çәkilәn şәxsin adı qeyd olunmayıb.Xahiş edirem bununla bağlı bizi məlumatlandırasız

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli         1 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı”nda, 123 saylı hərbi hissənin tərkibində 14.01.1993-cü il tarixdə döyüş əməliyyatlarında həlak olmuş, 1961-ci il təvəllüdlü Ahəngari Noel Əlihüseyn oğlunun adı var.
Mehran Soruşur Yazılma Tarixi:11.10.2018 22:42:58

Hər vaxtınız xeyir. Mən Yusifov Mehran Mahir oğlu 2015-ci ildə C.Naxçıvanski adına hərbi liseyi bitirib Heydər Əliyev adına AAHMə daxil olmuşam. 2017-ci il avqust ayında məzuniyyətə gəldiyim vaxt barəmdə cinayət işi açılmışdır. 2018-ci ilin avqust ayına qədər həbsdə olmuşam və həmin tarixdə də barəmdə Bakı Hərbi Məhkəməsi hökm elan etmişdir. CM-nin ağır maddələriylə, yəni 182.2.1, 182.2.3, 182.2.4 və s. maddələrlə məhkum olunmuşam. 3 il müddətinə azadlıqdan məhrum edilmişəm və 2 il, yəni cəzamın çəkilməyən hissəsini şərti olaraq tətbiq edilib 6 ay sınaq müddəti təyin olunubdur. Hökm çıxandan dərhal sonra AAHM-nin hüquqşünası zəng edib bildirir ki, gəlib xidmət etməlisən. Hərbi vəzifə və Hərbi xidmət haqqında AR Qanununun 40.2 maddəsində açıq aydın bildirilir ki, əgər kursant ağır cinayət törədərsə müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən istefaya göndərilirlər. Cənab Prezidentimizin 23 dekabr 2011-ci il tarixli fərmanına əsasən müvafiq İcra Hakimiyyəti orqanı Müdafiə Nazirliyidir. Mən bilmək istəyərdim ki, hara və necə müraciət etməliyəm? Xidmət, yəni müddətli həqiqi hərbi xidmətdə olmalıyam? Kimə müraciət edim ki, mən istefaya buraxılım?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan kursantlar həqiqi hərbi xidmətdə sayılırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsinə görə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on ildir. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.2-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 41.0.3-cü, 41.0.5-ci, 41.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanunun 41.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 42.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edildikdə həqiqi hərbi xidmətdən istefaya buraxılırlar. Qeyd olunan məsələ ilə əlaqədar, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyyə olunur.
Kənan Soruşur Yazılma Tarixi:10.10.2018 23:42:32

Salam men oktyabr 16 esger gedirem bara duwduyumu nece melumat ala bilerem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Nicat Soruşur Yazılma Tarixi:10.10.2018 23:34:37

Salam. Zəhmət olmasa hərbiyə yararsız olmağım ilə əlaqədar diaqnozumu deyərdiz?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Vahid Soruşur Yazılma Tarixi:10.10.2018 18:40:33

Salam. Mən Sizin saytda olan İsmayıllı rayonunun Mulux kəndindən (əslində Nanıc) olan 1992-ci ildə itkin düşən və sonradan şəhid statusu alan Şıxalıyev Elxan Şıxalı oğlunun qardaşıyam. Ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında olan birdəfəlik yardım siyahısında onun adı çıxmayıbdır? Buna aydınlıq gətirməyinizi Sizdən xahiş edirəm.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli   1 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı”nda qardaşınız 1973-cü il təvəllüdlü Şıxəliyev Elxan Şıxəli oğlu kimi qeyd edilmişdir. Odur ki, qardaşınızın soyadında və ata adında müvafiq düzəlişlərin edilməsi üçün ölüm haqqında şəhadətnamə və məhkəmə qətnaməsi ilə Xidmətin İsmayıllı rayon şöbəsinə müraciət etməyiniz xahiş olunur.
Seda Soruşur Yazılma Tarixi:10.10.2018 10:07:18

Həyat yoldaşım polis nəfəri olub və dövlətimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub, həmin fakta görə mən şəhid ailəsi kimi pensiya almışam, hal hazırda prezident təqaüdü alıram, övladlarım isə təhsil haqqı ödəməkdən azad edilib, lakin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti tərəfindən tərtib edilməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilən və birdəfəlik ödəmə almaq hüququ olan şəxslərin siyahısında yoldaşımın adı yoxdur, yenə qeyd edim ki, yoldaşım polis əməkdaşı olub və vaxtilə onunla işləmiş və şəhid olmuş polis əməkdaşlarının adı siyahıda vardır. Bununla bağlı biz kimə və ya hansı orqana müraciət etməliyik, ümumiyyətlə adları siyahıya salınmış polis əməkdaşları hansı prinsip əsasında seçilib?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli         1 nömrəli Fərmanının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı tərtib edilmişdir. Tərtib olunmuş siyahılar bir daha dəqiqləşdirilmiş və hərbi qulluqçu olmayan şəxslər siyahıdan çıxarılmışdır.
Nicat Soruşur Yazılma Tarixi:10.10.2018 09:30:40

Salam. Mən iyul çağırışçısıydım. Yoxlanış zamanı gözümdə zəif görmə aşkar edib göndəriş verdilər Zərifə Əliyeva göz instituna. Ordan nə nəticə gəldisə bilmirəm və iyul ayında çağırışçıların sırasında adım çıxmadı. Dünən vayenkomatdan çağırıb hospitala apardılar. Ordanda bir söz demədilər. Bilmək istəyirəm haqqımda qərar necə oldu? Oktyabrda hərbi xidməti çəkə biləcəm?

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir. 
Cədvəldə sətir sayı :14891