Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elşən Soruşur Yazılma Tarixi:22.10.2018 11:50:25

Salam men bilmek isterdim esgerliye hara duwmuwem siz demiwdiz ayin 20-25 cixacaq ve yerler heleki cixmiyib

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cəfər Soruşur Yazılma Tarixi:22.10.2018 09:25:08

Salam.Men Sadiqzadə Cəfər Ceyhun oğlu oktyabrin 22sine cagiriss yazilmwdi ama hele de dusduyum herbi hisse bilinmir.Bugun artiq ayin 22sidir Ne vaxt bilinecek??

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
orxan Soruşur Yazılma Tarixi:21.10.2018 11:24:31

salam . Bu size sayca 2 ci muracietimdi zehmet olmasa cvblandirasiz . menim qeydiyatda oldugum herbi komisarliqdan melumat verildiki 2018 oktiyabr ayinda esger gedecem ama hara duwduyum ne vaxt gedeceyimi bilmirem . artik ayin 21 idi tam deqiq bilmek isteyerdim gedecem ? qeyd edimki men 2014 ci ilde bir defe herbi xidmetde olmuwam. 4-5 ay . bilmek isterdim menin evvel etdiyim xidmet qeyde alinacag ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.5-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada hərbi xidmət müddəti başa çatmamış və müddətli həqiqi hərbi xidmət dövründə müəyyən müddətə azadlıqdan  məhrumetmə cəzasına məhkum edilmiş müddətli həqiqi hərbi xidmət qulluqçuları ( ağır və ya xüsusilə ağır cinayətlər istisna olmaqla ) məhkumluğu ödənildikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışın son yaş həddinə çatmamışlarsa və onlar hərbi xidmətə yararlı hesab olunurlarsa, müddətli həqiqi hərbi xidmətin çəkilməmiş hissəsini keçmək üçün hərbi xidmətə çağırılırlar.         Əlavə olaraq qeyd edirik ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Kənan Soruşur Yazılma Tarixi:21.10.2018 04:00:06

Salam mənim 18 yaşım 2.1.2019 tamam olur sualım budur ki mən hansı ayda yoxnalışa çağırlacağam?

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2019-cu ilin yanvar çağırışına hazırlıq 2018-ci ilin noyabr və dekabr aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 dekabr 2018-ci il tarixdə başa çatdırılır.
Cavidan Soruşur Yazılma Tarixi:20.10.2018 18:49:18

Salam. oktayabr 22 cağırış bildirişi gəlib amma hələdə hara düşdüyümlə bağlı məlumat yoxdur . Nə zaman çığacaq məlumatlar ?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Emin Soruşur Yazılma Tarixi:20.10.2018 12:50:34

25 cagiriliw olub hara duwduyunu bilmek isteyirem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Rəhim Soruşur Yazılma Tarixi:20.10.2018 11:35:40

Bu siz ikinci müraciətimdir əvvəldə qeyd etdiyim kimi sizi və sizin qurumunuzu yüksək orqan olaraq bilib sizə müraciət edib yardım istəmişəm lakin sizdə mənə yardım etmərsiniz səbəbi nədir mən xarici bir dövlətdə işləyirəm və evlənmişəm valideyinlərim belə ordadır sizdən xayiş elədim ki məni Həqiqi Hərbi Xidmətə göndərəsiniz lakin siz və Füzuli rayon Hərbi komisarlığı bunu ləngidir və bu səbəblə məni işimdən azad etdilər və ailəmdə prablemler yarandı xarici pasportim itib yenisimi ala bilmirem artıq bezdim ölüm həddindəyəm Füzuli rayon herbi komisarlığı SHXÇDX rəisi və qəbul nəfərləri və də Hərbi kamisarından şikayet etmək məcbiriyətindəyəm. Xayiş edirəm mənə şablon olan söz yazmayın bunu yazmaqda meqsədim heç bir kəs məndə bu məsələ ilə bağlı günah görməsin

Müraciətinizlə əlaqədar araşdırma aparılmış və məlum olmuşdur ki, Siz Xidmətin Füzuli rayon şöbəsi tərəfindən 2018-ci ilin oktyabr çağırışına cəlb edilərək müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissəyə təyin edilmiş, 23.10.2018-ci il tarixdə isə təyin olunduğunuz hərbi hissəyə təhvil verilmisiniz.
orxan Soruşur Yazılma Tarixi:20.10.2018 08:12:05

salam menin 22 yasim var men birdefe herbi xidmetde olmuwam amma xidmetim tam bawa catmayib. ve meni 5 oktiyabr tarixinde oldugum herbi komisarlikdan esger gedeceyim bildirildi. ayin 15 nen sonra hansi bolgeye duweceyimle bagli melumat alacagim deyilmiwdi amma helede hecneden xeberim yoxdu. men evvel herbi xidmetde olmuwam 4-5 ay men yeniden herbi xidmete getdyimde 18 ay xidmet edecem yoxsa evvel elediyim xidmet cixilacag ? zehmet olmasa meni bu barede melumatlandirasiniz.

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.5-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada hərbi xidmət müddəti başa çatmamış və müddətli həqiqi hərbi xidmət dövründə müəyyən müddətə azadlıqdan  məhrumetmə cəzasına məhkum edilmiş müddətli həqiqi hərbi xidmət qulluqçuları ( ağır və ya xüsusilə ağır cinayətlər istisna olmaqla ) məhkumluğu ödənildikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırışın son yaş həddinə çatmamışlarsa və onlar hərbi xidmətə yararlı hesab olunurlarsa, müddətli həqiqi hərbi xidmətin çəkilməmiş hissəsini keçmək üçün hərbi xidmətə çağırılırlar.         Əlavə olaraq qeyd edirik ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Nail Soruşur Yazılma Tarixi:19.10.2018 19:14:01

Salam mən bilmək istəyirəmki, Bakıdan sənədim gəldi ki hərbi xidmətə yararlıdır.Problemim isə, ayağımdakı yanıqdan sonrakı çapıqlar idi.Xidmətə gedə biləcəyəmmi mən ?

Sualınızla bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (şöbəsinə, bölməsinə) müraciət etməyiniz məqsədəuyğundur.
Camal Soruşur Yazılma Tarixi:19.10.2018 19:09:01

Salam . Ne oldu bes ayin 20sidi helede hara dusduyum ne sms gelib nedek burda cixir 22si gedirem

Bildiririk ki, çağırışçılar 22.10.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.            Eyni zamanda nəzərinizə çatdırırıq ki, qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.  
Cədvəldə sətir sayı :14891