Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Valeh Soruşur Yazılma Tarixi:02.11.2018 01:12:34

Salam.Mən 9 cu sinifdə məktəbi bitirmişəm və məktəbdən çıxmışam bu dəqiqə 16 yaşım var . Vaoenkomata qeydiyyat üçün hansı sənədləri toplamalıyam

Bildiririk ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. doğum haqqında şəhadətnamənin surəti;         2. ailə tərkibi haqqında arayış; 3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün); 4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış; 5. tərcümeyi-hal; 6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
Turqay Soruşur Yazılma Tarixi:01.11.2018 15:54:54

Salam. Men sizin orqana heqiqi herbi xidmete qebulla bağlı sened vermişem ve senedler qebul olunub ama növbeti imtahan haqqında heç bir melumat verilmedi. İmtahan haqqında melumatları kimnen öyrene bilerem?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı müraciət etmiş vətəndaşların sayı çox olduğundan onların Xidmətin Aparatına müsabiqəyə (test imtahanı) dəvət olunmaları növbəli qaydada həyata keçirilir. Müsabiqəyə dəvət olunmağınız barədə Sizə (telefon rabitəsi vasitəsi ilə) əlavə məlumat veriləcəkdir.
Rövşən Soruşur Yazılma Tarixi:30.10.2018 16:23:31

Salam men bu ay herbi xidemete çagrilmişdim daxili qoşunlara.Lakin öd kisemde problem olduquna gore geri qaytarildim.Yanvar ayi mene yeniden çagiriş vereqesi gele biler?

Məlum olmuşdur ki, Siz hərbi hissədən geri qaytarıldıqdan sonra təkrar 2019-cu ilin yanvar çağırışına cəlb olunmusunuz. Səhhətiniz bağlı Xidmətin Yardımlı rayon bölməsi tərəfindən göndərişlə Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına və Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə göndərilmisinz. Dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”ları Xidmətin Yardımlı rayon bölməsinə təqdim edildikdən sonra, Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Mehti Soruşur Yazılma Tarixi:28.10.2018 18:00:55

Salam Mən 1996 ci il Sumqayıt komisarlıqında qediyyatdayam bilmək istərdim adımda sərhədkeçməyə məhdudiyyət varmı yoxmu deye Zəhmət olmasa cavablandırardınız .

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin Sumqayıt şəhər idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Məcid Soruşur Yazılma Tarixi:26.10.2018 18:30:02

Mənim atam Alıyev Telman Qənbər oğlu 20.04.1993 ildə 67987 saylı hərbi hissənin tərkibində Ağdam rayonu uğrunda gedən döyüşdə şəhid olub.Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdiyi 1997 ilə kimi şəhid olan hərbi qulluqçuların siyahısına atamın adını naməlum səbəbə görə daxil etməyib.Bunun nəticəsindədə Cənab Prezidentimiz İLHAM ƏLİYEVİN şəhid ailələrinə veriləcək 11000 manat yardımnan kənarda qalmışıq.Atamin hərbi bileti döyüşlər gedən zaman itib.Xahiş edirik bu məsələnin həllinə köməklik edəsiniz.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Xidmətin Ağdam rayon şöbəsi tərəfindən tərtib olunan, aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilən “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı”nda mərhum atanız Alıyev Telman Qənbər oğlunun adı kecmir. Bu səbəbdən, mərhum Alıyev Telman Qənbər oğlunun 67987 saylı hərbi hissənin tərkibində hərbi xidmət keçməsi və 20.04.1993-cü ildə Ağdam rayonunun Qalayçılar kəndində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması barədə məlumatların əldə edilməsi üçün, Xidmətin Aparatı tərəfindən Daxili Qoşunların Baş İdarəsinə sorğu göndərilmişdir. Edilmiş sorğuya cavab alındıqdan sonra məktubda qeyd olunan məsələyə yenidən baxılacaq, nəticəsi barədə Sizə və Xidmətin Ağdam rayon şöbəsinə əlavə məlumat veriləcəkdir.
Şamo Soruşur Yazılma Tarixi:26.10.2018 01:28:19

Salam Mən dəfələrlə iş ücün elektron müraciət göndərirəm amma deyəsən baxılmır müraciət etdiyim gündən 15 iş günü 30 iş günü keçsədə mənə cavab gəlməyib .Xaiş edirəm müraciətimə baxasınız

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir. Nəzərinizə çatdırırıq ki, tərəfinizdən əvvəllər daxil olmuş müraciətinizə 28.09.2018-ci il tarixli məktubla elektron ünvanınıza eyni məzmunlu cavab verilmişdir.
Rövşən Soruşur Yazılma Tarixi:24.10.2018 18:02:47

Hər vaxtınız xeyir. Mənim atam polkovnik-leytenant Məhərrəmov Məhərrəm Məhəmmədəli oğlu, 2 fevral 1997-ci il tarixdə xidmət zamanı YNQ nəticəsində ölmüşdür. Ölümündən sonra birdəfəlik müavinət verilməmişdir. DSMF saytında siyahıda adı yoxdur. Sizə müraciət etməyi məsləhət verdilər. Yasamal rayonun SHXÇÜD xidmətində isə DSMF müraciət etməyimizi dedilər. Bu məsələ ilə bağlı köməklik göstərməyinizi Sizdən xahiş edirəm. 0556539080

Bildiririk ki, aparılan araşdırmalara və Müdafiə Nazırliyi tərəfindən təqdim   edilən müvafiq siyahıya əsasən, mərhum atanız Məhərrəmov Məhərrəm Məhəmmədəli oğlu 02.02.1997-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən Bakı şəhərində avtomobil – yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə (vərəsələrinə) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur.
Mehti Soruşur Yazılma Tarixi:24.10.2018 16:40:58

Salam Mən 1996 ci il təvəllüdlüyəm menim öd kisəmdə 6 mm polip olduğuna görə Sumqayıt şəhər hərbi komisarlıqı Məni Bakıya Milli Onkologiya mərkəzinə göndəriş verdi və orda yoxlanışdan keçdim ama 1 aydan artıqdır ki muayinənin cavabını bilmirəm zəhmət olmasa muayinənin cavabını haqqında mənə məlumat verərdiniz yararlıyam ya yararsız.

Məlum olmuşdur ki, Siz, 2018-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Xidmətin Sumqayıt şəhər idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Nicat Soruşur Yazılma Tarixi:24.10.2018 15:24:22

Salam. Mən sizə bir dəfədə müraciət etmişdim. Dediniz ki, sənədləriniz hərbi komissarlığa göndərildikdən sonra müayinənizin nəticəsini öyrənə bilərsiniz. Məni oktyabr ayının 9 u hərbi hospitala göndərib müayinə apardılar. Ancaq nə müayinənin nəticəsindən xəbər var nə də oktyabr ayında hərbi xidmət çəkəcəyəmmi o sualıma cavab tapa bilmirəm.

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Ürfət Soruşur Yazılma Tarixi:24.10.2018 14:12:58

Salam Oktiyabırın 20 si 18 yaşım tamam Olub Çagrış vərəqimidə Veriplər ama Hara düşəcəyim hakta məlumatım Yoxdu Necə örgənə bilərəm?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14891