Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Həsən Soruşur Yazılma Tarixi:07.12.2018 17:39:14

n Azərbaycan Texnplogiya Universetində əyani təhsil alıram. Bildiyimiz kimi təhsil müdətini 4 ilik bitirənlər hərbi xidmətə yollanır. Amma mənim kəsirlərim olduğu üçün təhsilimi davam etdirəcəm. Bu halda mənə rəhsilimi bitirənə dək möhlət verilə bilərmi?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırışdan təhsilə görə möhlət bir dəfə verilir. Təhsilə görə kredit borcu olan vətəndaşlara müddətli həqiqi hərbi xidmətə çağırışdan təkrar möhlət verilməsinə qanuni əsas yoxdur.
Mircəlal Soruşur Yazılma Tarixi:07.12.2018 12:48:00

Saatlı SHXÇX 2017-ci il iyul çağırışçısı idim. Belimdə yaranan problemlə bağlı dəfələrlə yoxlanışda olmağıma baxmayaraq hələdə sağlamlıq vəziyyətimlə bağlı qərar verilmiyib. Noyabr ayında sonuncu müayinədən keçmişəm. AMa bu müayinənin də nəticəsi barədə məlumat ala bilmirəm. Xahiş edirəm ki məni məlumatlandırasınız. Onu da qeyd edimki qeydiyyatda olduğum SHXÇX-dan doğru düzgün bir məlumat ala bilmirəm.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Sizin şəxsi işiniz 2019-cu ilin yanvar çağırışında Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqdır. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Ramin Soruşur Yazılma Tarixi:05.12.2018 13:26:48

salam, əvvəlcədən təşəkkürümü bildirirəm. Sualım ondan ibarətdirki, mən 2018 yanvar ayında hərbi xidmətə işə qəbulla bağlı imtahan verdim və imtahanının nəticələri qənaətbəxş olmadı. 1 il keçdikdən sonra yenidən imtahan verə bilərəmmi?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, 28.10.2016-cı il və 08.12.2017-ci il tarixlərdə keçirilmiş müsabiqələrdə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizə baxılması məqsədəuyğun hesab edilməmişdir.
Fərid Soruşur Yazılma Tarixi:04.12.2018 12:17:50

Salam. Mən bilmək istəyirdim ki, ali təhsilli və həqiqi hərbi xidməti keçmiş şəxs SHXÇDX-yə həqiqi hərbi xidmətə (işə) qəbul ola bilər və ərizədə qeyd olunub istənilən respublikanın istənilən bölgəsində bu Xidətin bölmələrinə aiddir yoxsa hərbi hissələrdədə işə gedə bilər? Cavaba görə əvvəlcədən təşəkkür edirəm

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə (test imtahanı) və müsahibə yolu ilə təhsilinə, ixtisasına uyğun vakant vəzifələrə həqiqi hərbi xidmətə (işə) qəbul oluna bilərlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla bağlı müraciət etmiş vətəndaşlar müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçdikdən sonra ixtisaslarına uyğun vakant vəzifələrə yaşadıqları şəhər (rayon) üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə işə qəbul olunurlar. Həqiqi hərbi xidmətə isə qəbulla bağlı müraciət etmiş vətəndaşlar Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Müraciətinizdə özünüz haqqında ətraflı məlumat (Ali tədris müəssisənin adı, fakültəsi, mülki ixtisas, təvəllüd) vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir.
Ağaəli Soruşur Yazılma Tarixi:03.12.2018 17:08:51

Bayaq cavab yazdım sualıma çox sağolun.Amma mən öz istəyim ilə xaric olmuşam universitetdən.Mən yanvarda hərbi xidmətə getmək istirəm.Neyniyim indi mən?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsinə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır.
Natiq Soruşur Yazılma Tarixi:03.12.2018 15:45:48

05.10.2003 bu tarixdə anadan olmuşam meni vainkamata ne vaxt çagiracaglar 10 - cu sinifde oxuyuram

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Mahir Soruşur Yazılma Tarixi:02.12.2018 13:52:31

salam.2018 iyul cagiriscisi idim. zehmet olmasa diaqnozum haqqinda melumat verin.Mahir Tahir oglu. Qaradag

Məlum olmuşdur ki, Siz 2018-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar, Xidmətin Qaradağ rayon idarəsinin hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilmiş, səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş “Anadangəlmə ikitərəfli III (üçüncü) dərəcəli yastıayaqlıq. Funksiyanın mülayim pozulması. Sağ ayağın üst səthinin termiki yanıqdan sonrakı atrofik çapığı” diaqnoza əsasən rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin «Xəstəliklər cədvəli»nin I qrafasına əsasən “Dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmişdir. Bildiririk ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz şəxsi işiniz ilə birgə 10.12.2018-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmağınız nəzərdə tutulmuşdur.  
Zaur Soruşur Yazılma Tarixi:02.12.2018 00:03:36

Salam mən hal hazirda motoatici manqa komandiri vızifəsində calişiram.Kicik cavuş rütbəsində.İstərdimki mən xidmətimi Vayankamatda davam etdirim.Quru Qoşunlarindan bir başa perevod varmi vayankamata?cavuş və ya gizir kimi.Texnikom təhsilim var.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Ağaəli Soruşur Yazılma Tarixi:30.11.2018 21:48:18

Salam mən bu ay universitetdən xaric oldum.Amma mənə çağırış gəlmiyib.Bilmək istirəm nə vaxt gələcək çağırış?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında “Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Famiq Soruşur Yazılma Tarixi:30.11.2018 16:23:54

Salam.Men ehtiyyatda olan zabitem.Rutbem Leytinatdir. Seferberlik ve herbi xidmete cagris uzre dovlet xidmetine mufettis kimi ise duzele bilermi.Zehmet olmasa mene melumat veresiniz.

Nəzərinizə çatdırırıq ki, Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınız məqsədəuyğun hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14891