Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Təranə Soruşur Yazılma Tarixi:24.12.2018 14:27:33

16.08.2018-ci il tarixdə Yevlax şəhərində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimovun qəbulunda olanda mən bildirdimki 11.12.2014-cü ildə ailə həyatı qurduğum üçün öz ərizəmlə işdən çıxmışam. İndi isə yenidən işə qayitmağ istəyirəm. Xidmət rəisi isə mənə yenidən bir şans verəcəyini dedi və göstəriş verdiki mənim adımı imtahana yazsınlar. Və mənə orda bildirildiki sentyabrın 20-sindən sonra test imtahanına dəvət olunacağsan. Zəruri sənətləri hazırlayıb Xidmətin Tərtər rayon şöbəsinə verdim ordan isə həmin sənətlər Xidmətin Aparatına göndərilib. Yəni mənim imtahana çağırılacağıma Xidmət rəisi cənab general-leytenant Arzu Rəhimov göstəriş verib. 4 ay müddət keçib indi isə deyirsiz işə qəbulun məqsədəuyğun hesab edilməyib. Yəni məni Xidmət rəisi qəbul edib ordada mən bildirmişəmki əvvəl işləyib ailə həyatı qurduğum üçün işdən ayrılmışam bütün bunları Xidmət rəisinə bildirmişəm və özü mənə bildirdiki imtahana çağırılacağsan. İndi xahiş edirəm hansı səbəbə görə mən imtahana çağırılmıram onu mənə izah edin. Hansı səbəblərə görə məqsədəuyğun hesab edilməyib? Xahiş edirəm bu məsələni araşdırıb mənə ətraflı məlumat verin. Çünki mən bir şeyi başa düşə bilmirəmki Xidmət rəisi məni qəbul edib mənə imtahana çağırılacağımı deyibsə kim mane olur bəs mənim imtahana çağırılmağıma bu qərarı kim verir? Başa düşmürəm Xidmət rəisinin göstərişi niyə yerinə yetirilmir? Hansı səbəbə? Səbəbi mənə izah edilsin.

Sizin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız məktuba baxılmışdır. Bir daha nəzərinizə çatdırırıq ki, tərəfinizdən əvvəllər göndərilmiş işə qəbul ilə bağlı eyni məzmunlu məktubunuza 20.11.2018-ci və 12.12.2018 il tarixli məktublarla cavab verilərək, Sizin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızın məqsədəuyğun hesab edilmədiyi bildirilmişdir.
Ramin Soruşur Yazılma Tarixi:23.12.2018 14:06:14

Əsgərə hara düşmüşəm

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Ramin Soruşur Yazılma Tarixi:23.12.2018 14:02:17

Əsgərə hara düşmüşəm

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Ramin Soruşur Yazılma Tarixi:23.12.2018 14:00:01

Əsgərə hara düşmüşəm

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Şahin Soruşur Yazılma Tarixi:22.12.2018 12:25:39

salam men bilmek isterdimki muddetden artiq herbi qulluqcular olke serhedlerinden kenara nece cixa bileller sadece hanisisa bir sefer ucun cox xais edirem tam cavab veresiniz

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu  ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 154-cü maddəsinin altıncı hissəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər. Odur ki, qeyd olunan məsələ ilə əlaqədar həqiqi hərbi xidmət keçdiyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Rəşad Soruşur Yazılma Tarixi:22.12.2018 11:57:17

Salam. Mən 2015-ci il iyul çağrışçıyam. Mənim haqqımda həmin il yastıpəncəliklə əlaqədar olaraq məhdud yararlı qərarı verildi və mənə hərbi bilet təqdim olundu. 2018ci ildə məni yendidən müayinədən keçmək üçün çağırdılar. İndi nəticəni bilmək istərdim. Rəşad Əsədullayev Elşən oğlu 23.04.1994. Suraxanı rayonu. Öncədən təşşəkkür edirəm.

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz.
İzzət Soruşur Yazılma Tarixi:20.12.2018 19:23:06

Hansı hərbi hissədə xidmət edəcəm öyrənmək istəyirəm

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumat 26-28 dekabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Elmir Soruşur Yazılma Tarixi:20.12.2018 17:39:48

Salam. Mən Q-6FD (irsi enzimopatiya - qlukoza -6 fosfat-dehidrogenoza fermentinin catişmamazlığı) diaqnozu ile B.Eyvazov adına ET Hematologiya və transfuziologiya institutu Klinik diaqnostika laboratoriyasinda qeydiyyatdayam . 1 il 9ay -dir ki ,Herbi Komisarlıq meni bu diaqnozla saxlayıb. Ne herbi xidmete aparırlar nede Herbi bletimi verirler . Bu diaqnozla meni herbi xdmete apara bilerler ?

Qanda qlükoza-6-fosfat-dehidrogenaza fermentinin çatışmazlığı olan çağırışçılar qanyaradıcı sisteminin funksiyalarının pozulması dərəcəsindən asılı olaraq “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80-cı maddəsinin I qrafasına uyğun şəhadətləndirilirlər.
Musa Soruşur Yazılma Tarixi:20.12.2018 16:39:47

Salam, men Laçin rayonu herbi komisarliqinan avgust ayinda yoxlanişdan keçmişem, meni oktiyabir çagrişinda niye aparmadiglari haqqinda zehmet olmasa melumat verersiz. Hal hazirda yanvar ayinin çagrişçisiyam.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumat 26-28 dekabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Məzahir Soruşur Yazılma Tarixi:20.12.2018 13:35:26

Salam. Bundan elave, qeyd edim ki, adı çekilen şehid Ucar rayon qeydiyyatındadır. Şehidin adı sizin resmim saytdakı şehidler siyahısında gösterilir. 1992-ci il şehididir. Bes niye adı Emek ve Ehalinin Sosial Müdafiesi Nazirliyinin resmi saytında Birdefelik Ödeme ile temin olun şehidler siyahısında yoxdur? Buna sebeb nedir?

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı”nda 02.11.1992-ci il tarixdə döyüş əməliyyatlarında həlak olmuş, 1972-ci il təvəllüdlü Qasımov Ələddin İbrahim oğlunun adı var.
Cədvəldə sətir sayı :14891