Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mirfəxri Soruşur Yazılma Tarixi:02.01.2019 09:47:48

Salam. Mən ali təhsil alıram və bu il təhsilimi bitirib hərbi xidmətə gedirəm. Hərbi xidmətdən neçə müddət öncə mən ölkəni bir neçə günlük turizm məqsədi ilə tərk edə bilərəm?

Bildiririk ki, müddətli həqiqi hərbi xidmətə çağırılacaq vətəndaşlara çağırış ayınadək sərhədkeçməyə məhdudiyyət qoyulmur.
Ramil Soruşur Yazılma Tarixi:02.01.2019 09:37:30

demey olarki hami dusduyu yeri bilir .mene hele mesaj gelmiyib

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
MİRİSMAYIL Soruşur Yazılma Tarixi:30.12.2018 14:38:19

SALAM MƏNDƏ UMUMİ XƏSTƏLİK SƏBƏB İLƏ MƏRKƏZİ SİNİR SİSTEM XƏSTƏLİKLƏRİ QRUPUNA DAXİL OLAN DİPLEGİK SPASTİK SERBRAL İFLİC DİAQNOZUDUR MƏNİM HƏQİQİ HƏRBİ XİDMƏTƏ YARARLILIQ MEYARIM DİNC DÖVR ÜÇÜN YARARSIZ MÜHARİBƏ DÖVRÜ ÜÇÜN MƏHDUDD HESAB EDİLİB MƏN MƏLÜMAT ALAMAQ İSTƏYİRƏM Kİ MƏNİM DÖVLƏT STRKTURLARINDA ÇALIŞMAQ HÜQUQUM MÖVCUDDUR?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qəbul etdiyi qərarlardan biri də “dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında” qərardır. Bu qərarlar çağırışçıların hərbi xidmətə olan münasibətini müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. Müraciətinizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3-cü maddəsində məlumat əldə edə bilərsiniz. Əlavə olaraq bildiririk ki, bununla bağlı xidmət etmək və ya qulluq keçmək istədiyiniz müvafiq icra hakimiyyəti orqanının rəhbərliyinə müraciət etməyiniz məqsədəmüvafiqdir.
Pərviz Soruşur Yazılma Tarixi:29.12.2018 12:43:03

Salam Xahiş edirəç cavablandirasınız Məni Hərbi komissarlığdan Göndəriblər Zərifə Əliyeva Adına göz klinikasına . Ordan sağlam cavab yazılıb . Bu Məlumat Qax Rayon Hərbi kamisarlığına Göndərilməlidir ki , Yanvar Ayında Hərbi xidmətə gedim

Məlum olmuşdur ki, Siz 2019-cu ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Qax rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Kamran Soruşur Yazılma Tarixi:29.12.2018 00:37:28

Salam yanvar ayında xidmətə gedəcəm,FHN-nə təyin olunmuşam,lakin bilmirəm ki,hansı bölgəyə .Onu necə oyrənə bilərəm

Qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyininə müraciət etməyiniz tövsiyə olunur.
Rəşad Soruşur Yazılma Tarixi:28.12.2018 23:01:31

Salam mən Dövlət Sərhəd Xidmətinə yanvarda hərbi çağrıs gəlib amma ünvan qeyd edilməyib

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik.
Azad Soruşur Yazılma Tarixi:28.12.2018 20:56:55

Salam,mən yanvar çağırışçısıyam.FHN MMQ Biləcəriyə düşmüşəm Sumqayıt Qeydiyyatıyam Biləcəridən hansı bölgələrə düşə bilərəm?Birdəki MMQ hansı rayon(şəhər)lərdə var zəhmət olmasa cavablayarsız.

Qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyininə müraciət etməyiniz tövsiyə olunur.
Yaşar Soruşur Yazılma Tarixi:28.12.2018 13:24:27

Salam oglumun 14 yaşı tamam olub SHXCDX də hərbi qeydiyyata düşmək ücün hansı sənədlər tələb olunur?

Bildiririk ki, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməli və aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. doğum haqqında şəhadətnamənin surəti;        
2. ailə tərkibi haqqında arayış;

3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
5. tərcümeyi-hal;
6. 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
Xəzər Soruşur Yazılma Tarixi:28.12.2018 11:03:12

Sualıma cavab verin zəhmət olmazsa.Yanvar çağırışçısıyam hələdə çağırış gəlmiyib səbəb

 Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Şamil Soruşur Yazılma Tarixi:28.12.2018 09:59:19

Hərbi xidmətə hara düşdüyümü maraqlanirdim, hara düşdüyümü mene diyerdiz

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.  Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897