Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zaur Soruşur Yazılma Tarixi:19.12.2018 20:48:14

Bilmək isdərdim Kecmiş Respublika Hərbi Komisarlığı tərəfindən verilmiş Qarabağ müharibəsi veteranı vəsiqəsi itdikdə və ya korlandıqda onun dublikatını sizin xidmət tərəfindən necə almaq olur

Bildiririk ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən veteran adı və müvafiq vəsiqələri (o cümlədən, onun dublikatı) (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar, Ədliyyə Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat, Xüsusi Dövlət Mühafizə, Dövlət Sərhəd, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Əlavə edirik ki, həmin qərara əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Odur ki, mövcud sənədləriniz ilə (hərbi bilet, şəxsiyyət vəsiqəsi, döyüşlərdə iştirakınızı təsdiq edən sənədlər, 3x4 ölçüdə 2 ədəd fotoşəkil və.s) aidiyyəti üzrə müraciət etməyiniz məqsədəuyğundur.
Tural Soruşur Yazılma Tarixi:18.12.2018 23:32:16

salam meni yanvar ayinin 5i herbi xidmete cagiriblar DTX emekdaslari meni cagirib sorgu sual elediler ve senedlerimi istediler verdim ama hele bir cavab yoxdur qebul eliyibler yoxsa yox xais eliyirem cavablandirasiz

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumat 26-28 dekabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Məzahir Soruşur Yazılma Tarixi:18.12.2018 22:30:57

Salam. Size sual ünvanlamışdım, zehmet olmasa cavablayın

Salam hörmətli Məzahir Məcidov. Müraciətiniz araşdırılır, Sizə qanunvericiliyin tələblərinə uyğun olaraq cavab veriləcək.
Məzahir Soruşur Yazılma Tarixi:17.12.2018 21:54:11

Salam, Qasımov Eleddin İbrahim oğlu 1992-ci ildә, Qarabağ uğrunda gedәn döyüşlәrdә şәhid olmuşdur. Möhtәrәm Prezidentimizin 19 aprel 2018-ci il sәrәncamına әsasәn, şәhid ailәlәrinin vәrәsәlәrinә , birdәfәlik 11 min manat ödәnilsin. Әmәk vә Әhalinin Sosial Müdafiәsi Nazirliyindә tәqdim olunan siyahıda, adı çәkilәn şәxsin adı qeyd olunmayıb.Xahiş edirem bununla bağlı bizi məlumatlandırasız.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı”nda 02.11.1992-ci il tarixdə döyüş əməliyyatlarında həlak olmuş, 1972-ci il təvəllüdlü Qasımov Ələddin İbrahim oğlunun adı var.
Anar Soruşur Yazılma Tarixi:17.12.2018 15:39:06

Salam. Mənə yanvar ayının 7sinə hərbi xidmətə çağırış gəlib harda xidmət edəcəyimi necə öyrənə bilərəm ? Öncədən təşəkkürlər

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumat 26-28 dekabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Elfaq Soruşur Yazılma Tarixi:17.12.2018 14:35:51

Salam. Mənim qardaşım 2017 İyul ayından 2018 iyul ayına qədər Naxçıvan MR xidmət edib. Xidmət zamanı Xarici pasportu xidmət keçdiyi hərbi hissə tərəfindən tələb edilmişdir və qardaşım tərəfindən Batareya komandirinə verilib. Xidməti başa çatana yaxın deyiblər ki, özümüz göndərəcəyik.Hal-hazırda biz pasportu əldə edə bilmirik çünki xidmət keçdiyi yerlə əlaqə saxlayırıq hərkəs bir şey deyir. xahiş edirəm bu barədə bir tədbir görəsiniz.

daxil olmuş elektron müraciətinizlə əlaqədar araşdırma aparılmış və sizə məxsus ümümvətəndaş vəsiqəsi hərbi qeydiyyatda olduğunuz Xidmətin Tovuz rayon şöbəsində  aşkar edilməmişdir. Qeyd olunan məsələ ilə əlaqədar qulluq etdiyiniz hərbi hissə komandanlığına və ya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət etməyiniz tövsiyə olunur.
Kamran Soruşur Yazılma Tarixi:17.12.2018 13:52:33

Salam Bu ilin yayi Her bi xitmetle bagli tibbi ekspert reyinden kecmishem Dalagim olmadigi ucun 2 Sayili xestexanada Muayine olunmagimi isdemishdider ordaki yoxlanishdan sonra cavabi Seferberlik xitmetine gonderilecek deyildi heleki menim veziyyetimle bagli melumat verilmeyib. Xarice cixib cixa bilmeyeceyimi deqiqleshdirmek isteyirdim ve eger Herbi xidmete yararsizamsa bu barede mene sened verilmelidirmi ?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 83-cü maddəsinin “b” bəndinin I qrafasına əsasən dalağı olmayan çağırışçılar ““Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”dır hesab edilirlər.
Mətləb Soruşur Yazılma Tarixi:14.12.2018 17:00:08

Vərəm xəstəliyi keçirmiş vətəndaş hərbi xidmətə çağırıla bilərmi.

Ağciyər vərəmi keçirmiş vətəndaşlar hərbi xidmətə çağırılarkən, əsas müalicə kursu başa çatdıqdan sonra yaxın 3 (üç) il müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 2c maddəsinin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər. Kliniki müalicə olunmuş vətəndaşlar, dispanser qeydiyyatından çıxarıldıqdan sonra keçirilmiş vərəmin qalıq əlamətlərindən aslı olaraq şəhadətləndirilirlər. Siz ,çağırış yaşına çatdıqda, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda qərar qəbul olunacaqdır.
XANƏLİ Soruşur Yazılma Tarixi:14.12.2018 15:48:33

Evvala salam alekum men yanvar ayinin 3u herbi xidmete yola duscem hara dusduyumu nevaxt bile bilerem ? tesekkurler

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
ŞƏRQİYƏ Soruşur Yazılma Tarixi:14.12.2018 11:50:59

salam öncədən təsəkkürlər. men nece defelerle size işə qəbul ilə bağlı müraciət etmişəm . ama her defesində cavab olaraq menim ixtisasımın SHXÇDX-nin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığı bildirilir. bir defe de cavab olaraq qadınlar üçün vakant yerlər mövcüd olmadığı bildirilmişdir. ama bildirirəm ki , maraqlandığıma görə mənim yaşadığım rayon üzrə və mənə yaxın rayonda qadınlar üçün boş vakant yerlər vardır. orada çalışanların bəzilərinin də ixtisası mənim kimi müəllimlikdir. bəs niyə mənə imtina gəlir?bunun üçün kimə və hara müraciət etmək lazımdır ? xahiş edirəm ətraflı cavablandırasınız.

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətə baxılmışdır. Bir daha nəzərinizə çatdırırıq ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qadınlar üçün nəzərdə tutulmuş vəzifələr üzrə vakant yerlər olmadığı üçün, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14891