Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ƏLİMUSTAFA Soruşur Yazılma Tarixi:14.12.2018 11:08:39

Salam bildirmək isterdimki men Ali tehsilliyem 28 yasim var Hal hazirda Mudafie Sənayesi Nazirliyi Tehlukesizlik ve Muhafize İdaresinde isleyirem vezifem Boyuk Aticidir.Men sizde herbi xidmete cagiris(vayinkomat) zabit kimi isleye bilerem???bunun ucun nə etmeliyəm?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
ƏLİMUSTAFA Soruşur Yazılma Tarixi:14.12.2018 10:48:44

Salam bildirmək isterdimki men Ali tehsilliyem 28 yasim var Hal hazirda Mudafie Sənayesi Nazirliyi Tehlukesizlik ve Muhafize İdaresinde isleyirem vezifem Boyuk Aticidir.Men sizde herbi xidmete cagiris(vayinkomat) zabit kimi isleye bilerem???bunun ucun nə etmeliyəm?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş ehtiyatda olan zabitlərin qəbul edilməsi məsələsinə baxıldığına görə, Sizin həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Camal Soruşur Yazılma Tarixi:13.12.2018 16:11:33

Salam. Mən 2018-ci ilin May ayında Xətai rayon idarəsində tibbi komissiyadan keçdim və mənə artıq çəkiyə görə Sabunçu xəstəxanasına göndəriş verdilər. Endokrinoloji müayinədən keçdikdən 6 ay sonra yenidən komissarlığa getdim və mənə hərbiyə yararsız olduğumu dedilər və hərbi bileti götürməyi təklif elədilər. Araşdırasınız hansı səbəbə yararsız hesab olunmuşam?

Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün bədən indeksindən (BÇİ) istifadə olunur. Boy ölçüsü - 174,0 sm, bədən çəkisi – 130,0 kq olduğu halda bədən çəkisi indeksi (BÇİ) 43,2-51,1 bərabər və 18-25 yaşlı şəxslər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “a” bəndinə əsasən “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları IV (dördüncü) dərəcəli alimentar piylənmə”yə aiddir. Hərbi xidmətə çağırış zamanı IV dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13 “a” bəndi ilə “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilirlər. Nəzərinizə çatdırırıq ki, Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” sayılan vətəndaşların təkrar tibbi müayinədən keçirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Ramin Soruşur Yazılma Tarixi:11.12.2018 18:19:17

cavaba görə çox sağolun, bildirmək istəyirəmki mənim həqiqi hərbi xidmətə, işə qəbul olmaq üçün verdiyim imtahandan bir il ötüb, hətda cənab general-leytenant Arzu Rehimov vətənaşları qəbul etmək üçün rayonumuza gələndə, bildirdiki imtahan verib lazımı bal toplamadiqda növbəti dəfə imtahanda 1 il tamam olmadan iştirak etmək olmaz. Bunun üçündə sizə müraciət etmək istəyirəmki təkrar imtahanlarda iştirak etməyim üçün komeklik göstərəsiniz

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bir daha nəzərinizə çatdırırıq ki, 28.10.2016-cı il və 08.12.2017-ci il tarixlərdə keçirilmiş müsabiqələrdə zəif nəticə göstərdiyiniz üçün, Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizə baxılması məqsədəuyğun hesab edilməmişdir
Kamran Soruşur Yazılma Tarixi:11.12.2018 01:53:48

Salam ,Ali təhsilliyəm ,yanvar ayında hərbi xidmətə gedəcəm.Valideynim 2-ci qrup gözdən əlildir .Öyrənmək istəyirəm ki ,hərbi xidməti Bakı şəhərində keçə bilərəm?Öncədən sonsuz təşəkkürümü bildirirəm.

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Ramin Soruşur Yazılma Tarixi:09.12.2018 20:15:43

cavaba görə çox sağolun, bildirmək istəyirəmki mənim verdiyim imtahandan bir il ötüb, hətda cənab general-leytenant Arzu Rehimov vətənaşları qəbul etmək üçün rayonumuza gələndə, bildirdiki imtahan verib lazımı bal toplamadiqda növbəti dəfə imtahanda 1 il tamam olmadan iştirak etmək olmaz. Bunun üçündə sizə müraciət etmək istəyirəmki təkrar imtahanlarda iştirak etməyim üçün komeklik göstərəsiniz

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bir daha nəzərinizə çatdırırıq ki, 28.10.2016-cı il və 08.12.2017-ci il tarixlərdə keçirilmiş müsabiqələrdə zəif nəticə göstərdiyiniz üçün, Sizin yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizə baxılması məqsədəuyğun hesab edilməmişdir
Tural Soruşur Yazılma Tarixi:09.12.2018 02:03:59

salam men yanvar ayinin 5i herbi xidmete cagiriblar DTX xidmet elemek isteyirem ora duse bilerem? cox sagolun

Bildiririk ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin müddətli həqiqi hərbi xidmət qulluqçuları ilə komplektləşdirilməsi üçün çağırışçıların seçimi adı göstərilən qurum tərəfindən aparılır.
Elşən Soruşur Yazılma Tarixi:08.12.2018 22:28:30

Salam bilmək istərdim ki, hansı qanuna əsasən məni hərbi uçotdan çıxarmirlar? Baxmayaraq ki, dinc dövrdə yararsız, müharibə şəraitində məhdud yararlı olaraq qeydiyyata alınıb.Deməli mən 17 yaşımda sol gözümdən travma alaraq görməni tam olaraq itirmişəm. Sol gözün görməsi sıfırdır. 18 yaşım olduqdan sonra hərbi komissarlıq müvafiq olaraq çağırış edib. Həmin vaxtdan hər 3 ildən bir təkrar çağırış edilirlər. Hər çağırışda müvafiq olaraq göndəriş əsasında tibb müəssisəsindən müayinə olunaraq rəsmi tibbi arayış təqdim edirəm. Bu vaxta kimi təqdim etdiyim tibbi arayışlarda sol gözün görməsi sıfır olması qeyd olunur. Lakin Sumqayıt Hərbi Komissarlıq məni hərbi uçotdan çıxarmır və hər 3 ildən bir təkrar çağırış edir. Həmçinin mənə ömürlük 3-cü qrup gözdən əlil vəsiqəsi verilib. 3-cü qrup üzrə müvafiq pensiya verilir. Qeyd edim ki, sol gözümdən travmanı 01.2004-cü ildə almışam. İlk çağırış 01.2005-ci ildə olub. Həmin ildən etibarən hər 3 ildən bir Sumqayıt Hərbi Komissarlığı məni çağırışçı kimi çağırırlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Bilal Soruşur Yazılma Tarixi:08.12.2018 16:29:30

Salam menim belimde 2 dereceli eyrilik var 4-5 kq -dan artiq yuk goture bilmirem bele herbi xidmete gede bilerem mi

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66 “c” maddəsinin I qrafasına əsasən “Onurğanın II mərhələ skoliozu, əyilmə bucağının 11-25 dərəcə arasında olan” çağırışçılar “Dinc dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
FƏRİD Soruşur Yazılma Tarixi:08.12.2018 13:00:01

Salam. Men 2017ci il SHXÇDX-nin Neftçala rayonu şobesinden voenkomata çağirilmişam. Durumum haqqinda mene konkret heçne demirler. Her cagirişda yeniden çağirirlar. Xahis edirem aydinliq getirerdiz. Cox tesekkur edirem önceden.

Bildiririk ki, müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin qeydiyyatda olduğunuz Neftçala rayon şöbəsinə daxil olduqdan sonra Sizin müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır.
Cədvəldə sətir sayı :14891