Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
MÖHLƏT Soruşur Yazılma Tarixi:26.12.2018 11:04:56

Salam Mən hansı Hərbi hissəyə təyin olunduğmu bilmək istiyirəm. Ama mənim Nömrəmə sms Vasitəsilə bildiriş gəlməyib. Halbuki Mənlə eyni kənddən olan uşaqların çoxsuna gəlib,ama mənə yox Səbəbini Bilmək istiyirəm. və birdə 9100 a şəxsiyyət vəsiqəmin seriya nömrəsin yolluyuram getmir

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur
Xəzər Soruşur Yazılma Tarixi:26.12.2018 09:33:41

alam.Mən Naxçıvan Mr Babək rayonuna qeydiyyatdayam iyulda cagırış gəldi getdim yoxlanışda saglıgla baglı problem oldu sora gəldim Bakıya müalicə oldum 6 ay müalicə müddəti vermişdilər. 2 ay olar mənə sənəd yolladılar Bakıda Respublika xəstəxanasınan yoxlanışdan keçim.yoxlanışdan keçdim cavablar yaxşı cıxdı. Ama hələdə cagırışım gəlməyib.səbəb? Qeyd edim ki yanvarda

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Xəzər Soruşur Yazılma Tarixi:26.12.2018 09:08:47

Salam.Mən Naxçıvan Mr Babək rayonuna qeydiyyatdayam iyulda cagırış gəldi getdim yoxlanışda saglıgla baglı problem oldu sora gəldim Bakıya müalicə oldum 6 ay müalicə müddəti vermişdilər. 2 ay olar mənə sənəd yolladılar Bakıda Respublika xəstəxanasınan yoxlanışdan keçim.yoxlanışdan keçdim cavablar yaxşı cıxdı. Ama hələdə cagırışım gəlməyib.səbəb? Qeyd edim ki yanvarda cagırış olmalı idi.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Raya Soruşur Yazılma Tarixi:26.12.2018 07:01:12

Salam. Oğlum Moskva Dövlət Universitetinin Bakı filialını bitirib. Əsgərlik müddətinin 1 il olması üçün hansı sənədləri təqdim etməlidir.

Bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər. Ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Vəfadar Soruşur Yazılma Tarixi:25.12.2018 22:10:55

Kərimov vefadarın hərbi xitmət edəcəyi bölgə haradı?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Namiq Soruşur Yazılma Tarixi:25.12.2018 20:13:10

hara dusmeyimi bilmek isdeyirem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Əhməd Soruşur Yazılma Tarixi:25.12.2018 16:24:55

Salam,Yanvar çağırışçısıyam əməliyyat olduğumdan möhlət veriləcəyi deyilmişdi.Bilmək istərdim hansı əməliyyat növü qeyd olunub və neçə ay möhlət hüququna malikəm əvvəlcədən təşəkkürlər.

Cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən sonra fəsadlaşmalar olmadıqda, müalicə müəssisəsindən çıxarıldıqdan sonra hərbi xidmətə çağırış zamanı vətəndaşların 6 ay müddətinədək müvəqqəti yararsızlığı haqqında qərar çıxarılır. Möhlət hüququ bitdikdə çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Tofik Soruşur Yazılma Tarixi:24.12.2018 19:02:21

Hansı hərbi hissədə xidmət edeceyimi öyrənmək isteyirəm

Bildiririk ki, çağırışçılar 25.12.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Ramil Soruşur Yazılma Tarixi:24.12.2018 17:46:11

Salam men qiyabi tehsil aliram. Yeni ilde 1 defe 1 ay muddetinde universitet derslerinde istirak edirem. Menim sualim bundan ibaretdir ki, men shxcdx-ne heqiqi herbi xidmete qebul edile bileremmi?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, təhsiliniz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas dərəcəsinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Ramil Soruşur Yazılma Tarixi:24.12.2018 17:39:13

Salam men qiyabi tehsil aliram . Yeni ilde 1 defe 1 ay muddetinde universitet derslerinde istirak edirem. Menim sualim bundan ibaretdir ki, men shxcdx-ne heqiqi herbi xidmete qebul edile bileremmi?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, təhsiliniz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas dərəcəsinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14891