Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Qasim Soruşur Yazılma Tarixi:08.01.2019 14:39:19

Salam mene yanvar ayina cagiris gelib amma 9100 a sexsiyet vesiqesinin nomresin gonderende melumat verilmir yeni melumat yoxdur hemcinin saytdada melumatlara uygun cagirisci tapilmir nece olur

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Fərid Soruşur Yazılma Tarixi:07.01.2019 16:39:28

Əvvəla Salam Aleykum bu gün vayinkoma gedmişdim hansi regiona düşdüyümü öyrənmək üçün orda mənə dedilər ki,Qobustana aparacaqlar ordan regionlara bölünəcəysiz.Ancaq hansı qoşun növünə düşdüyümü saytdan öyrənmişəm.Bu hal nə dərəcədə doğrudur?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik.
Xəlil Soruşur Yazılma Tarixi:06.01.2019 22:17:54

Salam mən daxili qoşunlara düşmüşəm nece saylı hərbi hissəyə düşmüşəm bilmək istəyirəm

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.
Orxan Soruşur Yazılma Tarixi:05.01.2019 14:21:13

Salam men 2017 aprel ayi esger getmeliydim meni cekime gore saxladilar 6ay ariqlamadim ve tezden yene 6ay mohlet yazdilar mende 100kq dan 73kq ya dusdum ve saqlam cixdim xestelyime falan cixdimadi sonra meni caqirdlar 10gunen sonra 28maydaki pisxiyatira herbi hospitalina gonderdiler 3 orda yatdim f.48 diyaqnozu qoydular inid men esgerliye yararliyam ya yox mende her bir genc kimi xidmete getmek isdyirem

Verilmiş möhlət hüququ bitdiyindən 2019-cu ilin yanvar çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Bakı şəhəri, Xətai rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə tibb müəsissəsinə müayinəyə göndərilməniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” qeydiyyatda olduğunuz Xidmətin Bakı şəhəri Xətai rayon idarəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Orxan Soruşur Yazılma Tarixi:05.01.2019 03:29:40

Salam meni size bezi sualarim var demeli men 2017 aprel ayini caqrsicisyam ve xetayi rayonun herbi kamisarliqnda qeydiyatdayam meni hemin il cekime gore saxladirlar ve 6ay mohlet qoydular ve men hemin caqirisa kimi 100kq da qaldim ve yene kamisaya basladim yene 6ay qaldim ve 2018 aprel ayina kimi normal cekiye dusdum mene dediler cekivi at gel aparcyiq xidmete saqlam cixdim ve esgerliye yararli dediler sonra meni caqirdilar 28mayda yerlsen pixsiyatira hospitalina gonderdiler ve f.48 diyanqozu qoyuldu eqli cehden geri indi men esgerliye yaraliyam ya yox

Verilmiş möhlət hüququ bitdiyindən 2019-cu ilin yanvar çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Bakı şəhəri, Xətai rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə tibb müəsissəsinə müayinəyə göndərilməniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” qeydiyyatda olduğunuz Xidmətin Bakı şəhəri Xətai rayon idarəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Aybəniz Soruşur Yazılma Tarixi:04.01.2019 15:55:54

Salam. Görməsi zəif olanlar hərbi xidmətə aparılırmı? Normativlər nələrdir?

Çağırışçıların göz və onun əlavə aparatının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 29-36-cı maddələrinin I qrafasının tələblərinə əsasən hər gözün görmə itiliyinin, refraksiyanın və ya akkomodasiyanın pozulma dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Kəmal Soruşur Yazılma Tarixi:04.01.2019 15:14:43

Salam.Mən İktisad Universitetini bitirmişəm.Qeydiyyatda olduğum vayonkamatda müfəttiş vəya məsləhət görülən hər hansı bir vəzifədə işləmək üçün hara ve necə müraciət etməliyəm?Eşitdiyimə görə imtahan vermək lazımdır,amma ilk öncə hardansa qeydiyyatdan keçilmelidir.Hansı sənətləri,hara təqdim etməliyəm və imtahana nə zaman çağrıla bilərəm.Bu suallarıma cavab almaq istəyirəm.Cavab mesajınızı mail adresimə də göndərsəniz şad olardım.Əvvəlcədən təşəkkürlər

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Ağababa Soruşur Yazılma Tarixi:03.01.2019 10:10:03

Salam mənim oğluma hələdə cağırış gəlmiyib və saytda məlumatlarını yazıram heç bir cavab çıxmlr cağırşçı tapılmadı deyir bunu necə başa düşüm mənim oğlum yanvar ayında hərbi xidmətə yola düşəcəy ya yox indidən təşşəkürlər

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 yanvar tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Həsən Soruşur Yazılma Tarixi:02.01.2019 20:14:14

Salam. Mən bu il əsgər getməliyəm. Gedib vayınkamat şotna sürücülük oxuya bilərəm? Bunu etməy üçün nə etməliyəm bu haqqda məlumat verərdiz zəhmət olmasa.

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Peyman Soruşur Yazılma Tarixi:02.01.2019 14:31:13

Men hansi bölgeye duwmuwem bilmek isdeyirem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897