Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elnur Soruşur Yazılma Tarixi:14.06.2019 17:32:46

Salam iyulda müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar sayta nə zaman yerləşdiriləcək ? Bu haqqda məlumat verə bilərsinizmi ? İndidən Təşəkkürlər

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti 30 iyun  tarixdən etibarən aktivləşir. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Leyla Soruşur Yazılma Tarixi:13.06.2019 20:03:11

qardashim 1997ci il tevelluddur,unini bu il bitirir ve 1iyul cagirishina gore zeng etmishdiler,artiq xestexanata gonderilib ve mede xorasi ve infeksion xesteliyine gore yararsiz oldugu bildirilib.Her il ki kimi bu ilde mualice ucun olkeni terk etmek isteyir,o iyul cagishidirsa olkeden ne zaman cixa biler?mutleq herbi bileti almalidirmi yoxsa komissiyyadan kecmesi serheddeki qadagani aradan qaldirir?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə vətəndaşın adı, atasının adı, soyadı, təvəllüdü və qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Orxan Soruşur Yazılma Tarixi:12.06.2019 18:52:16

Salam men 2008 cilde herbi xidmete cagirildim ancaq hemin ilde ag ciyer xesteliyinnen mualice aldigimcun bir defelik herbi xidmetden mehrum oldum. Ama herbi bilet hazir olsada mueyyen sebebe gore komisarligdan herbi bileti ala bilmedin. Aradan uzun muddet kecmesine baxmayaraq helede herbi bileti almamışam. Indi men hemin herbi bileti nece ve hardan ala bilerem.

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, şəxsiyyətinizi təsdiq edən sənədlə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməyiniz məqsədəuyğundur.
Vladislav Soruşur Yazılma Tarixi:28.01.2019 20:57:20

Salam.men 3 defe elektron xidmeten canab general Arzu Rehimova muraciet etmisem,yalniz cavab olmadi..cababi arda yazillar?berke yaziblar men bilmirem harda

Barəsində rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün 1994-cü il təvəllüdlü Mancari Mixail Vladislavoviç Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən 3 (üç) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmişdir. Möhlət hüququ bitdikdə övladınız təkrar tibbi müayinəyə cəlb olunacaqdır.
Rəşad Soruşur Yazılma Tarixi:28.01.2019 11:33:19

Salam mən 3 cü kurs tələbəsiyəm . 1 ci kursda universitetdən oxuduğum haqqda arayışı vayonkamata vermişəm və universitet her kurs oxuduğumu təsdiq edən arayışı özü göndərir lakin xarici pasport alarkən mənə ağ biletə möhlət vurdurmaq lazım olduğunu bildirdilər . Vayonkamata getdikdə məndən yenidən 3 cü kursda oxuduğumu təsdiq edən arayış isdənildi universitetdə onun tələbə vasitəsilə verilmədiyini və sentyabrda özlərinin göndərdiklərini bildirdi belə halda nə edə bilərəm?

Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 25.07.2014-cü il tarixli 65 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili və aparılması qaydaları haqqında Müvəqqəti Təlimat”ın müvafiq bəndinə əsasən, vətəndaşlara təhsilini davam etdirmək üçün çağırışdan möhlət verilməsi haqqında qərar çağırış komissiyaları tərəfindən təhsil müəssisələrinin verdiyi arayış (Forma № 10) əsasında qəbul olunur.         Əlavə olaraq qeyd edirik ki, təhsilini davam etdirmək üçün çağırışdan möhlət hüququ verilmiş çağırışçılar hər il oktyabr ayının 1-nə qədər şəxsən Xidmətin idarə, şöbə və bölmələrinə təhsillərini davam etdirmələri haqqında arayış təqdim etməlidirlər. Həmin arayış təqdim edildikdə, Sizə çağırışdan möhlət verilərək «İlkin hərbi qeydiyyata alınma haqqında» (çağırış komissiyasına təhkim edilmə haqqında şəhadətnamə) vəsiqədə müvafiq qeydlər aparılacaqdır.  
Gülnar Soruşur Yazılma Tarixi:27.01.2019 21:58:22

Salam.1-ci maddenin b bendi hansi xestelikdi deye bilersiz zehmet olmasa.?

Çağırışçılarda “Yoluxucu və parazitar xəstəliklər” üzrə tibbi şəhadətləndirilmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 1-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən aparıIır. 
Fuad Soruşur Yazılma Tarixi:24.01.2019 18:25:21

Salam. Aprel prizivinin çağırışı haçandır? Və paveska haçan gələcək və haçan həkimlərdən keçmək lazım olacağ?

Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə çağırış ildə 4 dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək keçirilir.    Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2019-cu ilin aprel çağırışına hazırlıq fevral və mart aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 mart  2019-cu il tarixdə başa çatdırılır.
Elxan Soruşur Yazılma Tarixi:24.01.2019 17:42:29

Salam... Boy 187-188, Ceki 130... Herbi Xitmete Yararlidir? Zehmet Olmasa Tam Məlumat.. Birde 13A Ne demekdir?

Qidalanmanın vəziyyətini qiymətləndirmək üçün bədən çəkisinin indeksindən (BÇİ) istifadə olunur. Boy ölçüsü - 188,0 sm, bədən çəkisi – 130,0 kq olduğu halda bədən çəkisi indeksi (BÇİ) 35,0-39,9 bərabər və 18-25 yaşlı şəxslər üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddəsinin “ç” və “b” bəndlərinə əsasən “Endokrin sisteminin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozulmaları III (üçüncü) dərəcəli alimentar piylənmə”yə aiddir. Hərbi xidmətə çağırış zamanı ilk dəfə III (üçüncü) dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar “ç” bəndi ilə “6 (altı) ay müddətinə hərbi xidmətə müvəqqəti yararsızdır” sayılırlar. Zərurət olduqda, belə qərar təkrar çıxarıla bilər, lakin müalicə səmərəsiz olduqda, onlar “b” bəndi üzrə “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilirlər Əlavə olaraq bildirirk ki, IV (dördüncü) dərəcə alimentar piylənmə aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 13-cü maddənin “a” bəndi ilə “Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır” hesab edilirlər.
AYGÜN Soruşur Yazılma Tarixi:24.01.2019 16:32:57

Salam mən hərbidə işləmək istəyirəm hara müraciət edə bilərəm

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyən-ləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilir. Bu səbəbdən qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növü üzrə aidiyyəti nazirliyə və ya müvafiq hərbi hissə komandanlığına müraciət etməyiniz məqsədəuyğundur.
Fərid Soruşur Yazılma Tarixi:22.01.2019 13:56:07

Salam Aleykum Mən 25-i xidmətə gedirəm hansı hərbi hissəyə düşdüyümi bilmirəm növbəti məlumat 20-25-ə yazmısuz e-xidmət bölməsində boş xanaları doldururam ancaq hərbi hissənin adı göstərilmir nəzərə alın bu sualımı vayenkomatada getddim orda da məlumat vermədilər sualımı cavablıyın zəhmət olmasa

Bildiririk ki, çağırışçılar 21.01.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar. Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897