Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
ELMƏDDİN Soruşur Yazılma Tarixi:25.06.2019 12:01:27

Salam, mən könullü hərbi xidmətdə olmaq üçün hara müraciət edə bilərəm?

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarının 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bağlaşma əsasında xidmət keçmək üçün aidiyyəti üzrə xidmət keçmək istədiyiniz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
Elvin Soruşur Yazılma Tarixi:25.06.2019 11:51:26

Salam. Mən iyul ayı çağırışçısıyam və bilmək istəyirəm ki, hansı hərbi hissəyə düşdüyümüz nə vaxt bilinəcək? Əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti 30 iyun  tarixdən etibarən aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər.            Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Zaur Soruşur Yazılma Tarixi:25.06.2019 11:36:48

Salam mən 1998 çi təvəllüdlü cavrisçiyam.İyul ayının 10 u çağırış gunumdur.Hara duşduyumu bilmək istəyirəm

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti 30 iyun  tarixdən etibarən aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər.            Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Şamil Soruşur Yazılma Tarixi:24.06.2019 22:00:21

Salam bağışlayın narahat edirem. Panik atak, panik pozğuntu xesteliyi olan insanlar herbiye yararlıdır mı ?

Qeyd edilən xəstəlik ilə bağlı stasionar şəraitdə müayinədən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar verilir.
Şamil Soruşur Yazılma Tarixi:24.06.2019 18:58:10

salam, mənim sualım budur ki mənim şəxsi məlumatlarımı rayon hərbi komisarligi ailemle boluşə bilər ?

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir.
Sabirə Soruşur Yazılma Tarixi:24.06.2019 14:48:25

Salam. Bilmək istəyirəm magistr dərəcəsini bitirənlərin hərbi xidmət keçmə müddəti nə qədərdi ? Əvvəlcədən təşəkkürlər.

Bildiririk ki, qanunvericiliyə müvafiq olaraq ali təhsilli vətəndaşların (bakalavr və magistr bitirənlər) həqiqi hərbi xidmət müddəti 1 (bir) ildir.
ELMƏDDİN Soruşur Yazılma Tarixi:24.06.2019 14:29:02

Salam men Lerik sakini Həsənov Elməddin 1996 ci il dogumluyam.dişlərimdə olan problemlə əlaqəli kamisyada yararsiz kimi qeyd etdilər.könüllü olaraq həebi xidmətdə olmaq istəyirəm.

Məlum olmuşdur ki, səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq, Siz Xidmətin Lerik rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən 27.05.2019-cu il tarixdə təkrar tibbi müayinəyə göndərilmisiniz. Müayinədən sonra barənizdə tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”ı əsasında Xidmətin Lerik rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
KAMRAN Soruşur Yazılma Tarixi:24.06.2019 11:10:16

Hansi xerbi xidmete dusmusem

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti 30 iyun  tarixdən etibarən aktivləşir.           
Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər.
          
Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Emil Soruşur Yazılma Tarixi:24.06.2019 10:53:47

Salam. Mən iyul ayında xidmətə gedəcəyəm. Bilmək istəyirəm SHXÇDX nin nəzdində sürücülük və ya hansısa peşə üzrə təhsil ala bilərəmmi?

Bildiririk ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün sürücü ixtisası üzrə hazırlığa 17 yaşına çatmış vətəndaşlar cəlb edilir. Əlavə olaraq bildiririk ki, siz iyul çağırışına cəlb edildiyiniz üçün sürücülük kursu keçməyiniz mümkünsüzdür.
Vəli Soruşur Yazılma Tarixi:24.06.2019 00:09:52

Salam. İyul cağırıçıların hara düşdüyü internetdə ayın 30 olacaq. Bəs qısa sms göndərməklə nə zaman bilinəcək

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti 30 iyun  tarixdən etibarən aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər.            Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Cədvəldə sətir sayı :14897