Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nasif Soruşur Yazılma Tarixi:28.06.2019 12:49:14

Salam Mən Nasif Əzizov 01.07.2019 tarixinə çağiriş vərərqəsi verilib ancaq hara düşdüyüm bilinmir.

   Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Milad Soruşur Yazılma Tarixi:28.06.2019 11:38:18

Salam. Mən guləs idman novu ilə məsğul olmusam idman deərəcəm 1 ci dərəcədi 5-6 il olarki birbalaca zədələndiyimə gorə idmani buraxdim və o dərəcəm hərbi xidmətdə keçərli olacaq xidmətdə idmana davam etmək olar ? Sərhəd Qosunlarına Daxil Olmusam.

Bu barədə xidmət edəcəyiniz qoşun növünün rəhbərliyinə müraciət etməyiniz tövsiyə olunur.
İmran Soruşur Yazılma Tarixi:28.06.2019 11:23:38

Salam,mən hələ də harada hərbi xidmət keçəcəyim barədə məlumat almamışam.Bu nə üçün baş verə bilər? Səbəb nədir?

   Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Elnur Soruşur Yazılma Tarixi:28.06.2019 10:27:43

Salam. Mən hal hazırda BDU-nin sonuncu kurs tələbəsiyəm. Bu gün yalnız bir kəsirim olduğuna görə dövlət imtahanına buraxılmıram. Bu il magistraturaya qəbul olmuşam. Ancaq bilmirəm universitetə qeydiyyatdan keçə biləcəmmi. Vayenkomatdan yoxlama üçün zəng vurduqlarında magistraturaya imtahan verdiyimi dedim və daha gəlməyimə ehtiyac olmadığını dedilər. Bilmək istəyirəm ki, əgər magistra qeydiyyatda iştirak edə bilməsəm mən nə vaxt əsgərliyə gedəcəm?

   Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Xasay Soruşur Yazılma Tarixi:28.06.2019 07:53:50

Salam men iyulun cagirişinda xidmete getmeliyem vaynkomatdan kamisiyadan da kecmiwem lakin mene duwduyum herbi hisse haqqinda mesaj gelmir Sualim ondan ibaretdirki men hardan oyrene bilerem hansi herbi hisseye duwduyumu ve niye menim adim sayta cixmir ve mene niye mesaj gelmir

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Uğur Soruşur Yazılma Tarixi:28.06.2019 04:19:23

Hekim komissiyasından haçana qeder keçmeye qanunla icaze var?

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2019-cu ilin iyul çağırışına hazırlıq may və iyun aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 30 iyun 2019-cu il tarixdə başa çatdırılır.  
Nihad Soruşur Yazılma Tarixi:28.06.2019 01:10:08

Salam. Mən 1 iyul tarixində çağırılmışam ama mesaj və ya hər hansı bildiriş ilə harda xidmət edəcəyim haqqında məlumat almamışam. Xaiş edirəm Köməklik edin.

   Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
İlkin Soruşur Yazılma Tarixi:27.06.2019 23:26:32

Salam, bilmək istəyirəm ki, sıradankənar hərbi xidmət nə deməkdir?

Sıradankənar hərbi xidmətə yararlı və (və ya) müəyyən qoşun növündə hərbi xidmətə yararsız sayılmış hərbi qulluqçular həmin qoşun növündə arxa xidmət mütəxəssislərinin xidmət heyəti vəzifələrinə, inzibati-təsərrüfat və digər vəzifələrə təyin edilirlər. 
Yusif Soruşur Yazılma Tarixi:27.06.2019 17:37:07

Salam. Oyrenmek istiyirdimki hara duşmüşem, mene ne sms gelibdi nedeki saytda gonderilern cagirişci haqqinda mellumat yoxdu.

   Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Məhəmməd Soruşur Yazılma Tarixi:27.06.2019 16:01:52

Salam men öyrenmek isteyirdim ki hansı bölgeye gedecem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897