Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rəşid Soruşur Yazılma Tarixi:29.06.2019 19:30:12

Salam hansi qosun novune dusduyumu oyrenmek isteyerdim

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Əliman Soruşur Yazılma Tarixi:29.06.2019 17:30:09

Salam mən İyul ayı çağırışçılarındanam lakin hara düşdüyüm barədə məlumat almaq istədikdə. Göndərilən məlumatlara uyğun çağırışçı tapılmadı yazılır.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Nicat Soruşur Yazılma Tarixi:29.06.2019 11:42:58

Salam men hansı herbi xidmete ve hansı bölgeye düsdüyümü öyrenmek isteyirem.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Elnur Soruşur Yazılma Tarixi:29.06.2019 10:42:46

Salam. Mən hal-hazırda BDU-nin sonuncu kursunda oxuyuram. Yalnız bir kəsrim olduğuna görə dövlət imtahanı verə bilməmişam. Bu il magistraturaya qəbul olmuşam, amma dövlət imtahanına görə qəbul olduğum universitetə sənəd verə bilmirəm. İyunun əvvəli voyenkomatdan (Şəki) zəng vurub dedilər ki, yoxlanışa gəlməyinizə ehtiyac yoxdur, çüki magistra imtahan vermisiz. Mən indi bilmək istəyirəm ki, məni nə vaxt əsgərliyə çağıracaqlar? Yəni sentyabra kimi möhlət veriləcəkmi mən sonuncu dövlət imtahanında iştirak edim?

Bildiririk ki, ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul imtahanlarında iştirak etməyiniz barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər. 
Taleh Soruşur Yazılma Tarixi:29.06.2019 10:26:56

Salam, mən daxili qoşunlara düşmüşəm. Bilmək istəyirəm ki, daxili qoşunlara düşənlərin hamısı karantin üçün Bakıya gəlir ya digər rayonlarda (məsələn, Gəncədə və s. ) da var?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına müraciət etməyinizi tövsiyə edirik.
Cahangir Soruşur Yazılma Tarixi:29.06.2019 03:20:29

salam 22si tarixinə çağırışım gəlib lakin sms gəlməyib nömrəm düz qeyd olunub

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəcəb Soruşur Yazılma Tarixi:28.06.2019 23:48:36

Salam aleykum axwaminiz xeyr.Adim Receb. ozum Zaqatala Rayonunanam. Demeli rayon vayonkamati meni yoxlanisa caqirdi ve eseb prablemim olduqu ucun meni iyun ayinin 20 si yoxlanisa Bakida Respublikaniski balinsaya gonderdiler orda yoxlandim neticelri bilmedim men neticeleri nevax bilecem esgerliye iyula dusurem ama pavesqa vermeyibler zehmet olmasa sualimi cavablandirardizda.Tesekkurler

Məlum olmuşdur ki, Siz 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar Zaqatala rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Sərxan Soruşur Yazılma Tarixi:28.06.2019 20:43:00

Harda xidmət edəcəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Sabir Soruşur Yazılma Tarixi:28.06.2019 14:26:34

Mənə pavesqa iyun ayının 24ü yazıldı, iyul ayının 22 si üçün , mənə maraxlı olan budurki , hansı qoşun növünə düşdüyüm nə zamana kimi örgənə biləcəm? Mənə hələdə mesaj gəlmiyib

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Xəyal Soruşur Yazılma Tarixi:28.06.2019 13:38:39

Salam. Adım Əliyev Xəyal Azər oğlu du təvəllüdüm 20.11.1997 ci ildir. Hərbi xidmətə getmək üçün həkim yoxlanışına getdim və mənə həkim İkinci dərəcəli skolioz diaqnozu təyin etdi. SHÇDX nin rayon şöbəsi də elektron xidmətdən də sülh dövründə hərbi xidmətə yararsız olduğunu bildirdi . İndi mənə hərbi bilet nə zaman verilə bilər? Zəhmət olmasa məlumat verərdiniz

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, şəxsiyyətinizi təsdiq edən sənədlə qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə şəxsən müraciət etməyiniz məqsədəuyğundur.
Cədvəldə sətir sayı :14897