Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sənan Soruşur Yazılma Tarixi:25.06.2019 21:07:23

Salam mən sol qulağımda ağır eşitməyə görə gedə bilmədim amma mən könüllü olaraq iştirak edə bilərəm?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədi ilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
EMİL Soruşur Yazılma Tarixi:25.06.2019 20:22:48

Salam adım Emildi mən Dövlət Sərhər Xidmətinə düşmüşəm amma hansı həbi hissəyə düşdüyümü bilmirəm bunu nəcə bilmək olar.

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır.
Elxan Soruşur Yazılma Tarixi:25.06.2019 17:39:21

Salam mən iyul cagrişcisiyam hami hara düşdüyünü bilir mesaj vasidəsiylə göndərilib mənə gəlməyib niyə .?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Təbriz Soruşur Yazılma Tarixi:25.06.2019 17:10:48

Salam.Mən şəxsiyyət vəsiqəmin nömrəsin 9100-a göndərirəm amma çagirişçı tapılmadı yazır.xaiş edirem köməklik ederdiz.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Sahib Soruşur Yazılma Tarixi:25.06.2019 17:02:17

Salam. 9100-na vəsiqənin nömrəsini göndərirəm. Cavab gəlir ki, bu nömrəyə uyğun çağırışçı tapılmadı. Necə öyrənim hara düşməyi?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Maşallah Soruşur Yazılma Tarixi:25.06.2019 16:36:44

Salam. Vaynkomatdan yoxlanisdan kecdim Ceki azligina gore xestexanaya gonderdiler ki yoxlanisdan kec 10 gun icinde xeber eliyeciyik biz, yoxlanisdan kecdim amma 1ay olar vaynkomatdan zeng elemirler ne vaxt xeber eliyecekler?

Məlum olmuşdur ki, Siz 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar Füzuli rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 1 (bir) il müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Günel Soruşur Yazılma Tarixi:25.06.2019 15:05:38

Salam.Qardaşım 2019-cu ilin iyul ayı çağırışçısıdır.MN-193 saylı hərbi hissəyə düşüb.MN Milliya aiddirmi? Sərhəddirmi?

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır.
Emin Soruşur Yazılma Tarixi:25.06.2019 15:03:57

MN-950 saylı herbi hisse haradı ?

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır.
Şamxal Soruşur Yazılma Tarixi:25.06.2019 12:29:25

salam.Mən təhsilimi doktorantura pilləsi üzrə davam etdirmək istəyirəm.Möhləti necə ala bilərəm?

Bildiririk ki, ali təhsil pilləsinin doktorantura səviyyəsinə qəbul imtahanlarında iştirak etmələri barədə sənədi Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölməsinə təqdim edən çağırış yaşlı vətəndaşlara imtahanın nəticələri  məlum olanadək şərait yaradılır. Qəbul imtahanlarında müvəffəqiyyət qazananlara isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.4 və 21.1.5-ci maddələrinin tələblərinə əsasən çağırışdan möhlət verilir.
Cavad Soruşur Yazılma Tarixi:25.06.2019 12:05:48

Salam. Bilmək istəyirəm, mən hansı hərbi xidmətə duşmuşəm.

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti 30 iyun  tarixdən etibarən aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər.            Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Cədvəldə sətir sayı :14897