Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
İsmayıl Soruşur Yazılma Tarixi:26.01.2018 11:09:51

Salam.Təkxayalılıq zamanı iki hal olduğu barədə məlumatım var( andangəlmə və əməliyyat nəticəsində) .Bu hallardan hansı hərbi xidmətə yararlıdır.Zəhmət olmasa cavablandırardınız. Öncədən təşəkkürlər.

Bir xayanın anadangəlmə, xəstəliklərə (qeyri-spesifik və xoşxassəli xarakterli), yaralanmalara və ya digər zədələnmələrə görə çıxarılmasından sonrakı yoxluğu hərbi xidmətkeçməyə, hərbi təhsil müəssisələrinə (hava-disant ixtisasından başqa) və hərbi liseylərə daxil olmağa mane olmur.
Rəsul Soruşur Yazılma Tarixi:25.01.2018 23:34:13

Salam. Təhsillə əlaqedar hərbi xidmətdə olmayan şəxsə, buna görə ölkədən çıxışına qadağa qoyulurmu?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan vətəndaşlara möhlət hüquqları qüvvədə olan müddətdə sərhədkeçməyə məhdudiyyət qoyulmur.   
Orxan Soruşur Yazılma Tarixi:25.01.2018 20:54:58

Men herbi xidmete hara düşeceyimi ve ne vaxt gedeceymi öyrenmek isteyirem

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Fuad Soruşur Yazılma Tarixi:25.01.2018 14:52:25

Salam 2002-ci ildən mənə sol bud çanaq oynağının funksiyasının pozulması ilə əlillik verilmişdir.2016-cı ildən isə 3-cü qrup müddətsiz əlillik verilib.Buna baxmayaraq Şəki Şəhər Hərbi komissarlığından mərkəzi çağırış komisayasına göndərilmişəm ancaq orda mənim şikayətlərimə əhəmiyyət verməyərək mənim hərbi xidmətə yararsız protokolumu ləğv edib yararlıdır əmri verilib.Mən hərbi komisarlığa ərizəylə müraciət etdim ki,mənə yenidən komissiya təşkil olunsun.Ancaq onlar isə məni təzədən əlilliyimə təkrar baxılmasına göndərdilər. Bu nə dərəcədə doğrudur? Xaiş edirəm sualımı cavablandırasınız.

Bildiririk ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, Siz, nəzarət qaydasında 24.10.2017-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz. Nəzərinizə çatdiririq ki, əlillik qrupları, əlilliyin, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Bu səbəbdən əmək qabiliyyətinin müəyyən edilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaşadığınız ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət etməyiniz məqsədəuyğundur. 
Əli Soruşur Yazılma Tarixi:25.01.2018 12:24:26

Hərbi xidmətin müddətinin 2 il olması dogrudur

Bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər.
Rövşən Soruşur Yazılma Tarixi:24.01.2018 23:52:03

Salam.Mən Şükürov Rövşən 10.09.1996. 2017ci ilin may ayında herbi komisyadan keçdiyim zaman 2 ci dərəcəli skalyoz və ürək döyüntüm çox olduğuna görə mənə 6 ay möhlət verildi.Noyabr ayında qeyd etdiyim xətəliyə görə mənə yenidən 6 ay möhlət verilir. Mənim hərbi xidmətə yararlı olub,olmayacığım haqqında dəqiq məlumat nə zaman bəlli olacağ?

Müalicə üçün verilmiş möhlət hüququ bitdikdə, Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçirilərək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız barədə rayon çağırış komissiyası tərəfindən qərar qəbul ediləcəkdir. 
Tamerlan Soruşur Yazılma Tarixi:24.01.2018 13:34:08

Men 4-cu kurs telebesiyem.Univeristet terefinden meni Turkiyede Erasmus proqramiyla beynelxalq layiheye gonderirler.Layihenin baslama tarixi mayın 20 si,bitme tarixi 15 iyundur.Bilmek isteyirdim men hemin traixden olkenden cixa biliremmi? senedlerimide teqdim ede bilirem

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olan vətəndaşlara möhlət hüquqları qüvvədə olan müddətdə sərhədkeçməyə məhdudiyyət qoyulmur.   
Bəhmən Soruşur Yazılma Tarixi:24.01.2018 13:12:30

Salam. Əgər hərbi xidmətə 3 cu dərəcəli sağ yastıayağlılıq diaqnozu ilə mən yararsız hesab olunuram? Qeyd edim ki, hərbi geymdə və hərbi patinkada heç bir narahatlılığ hiss etmirəm. Bu halda mən qanuna əsasən yararsız hesab edilirəm?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar.
Aleks Soruşur Yazılma Tarixi:23.01.2018 21:21:16

Salam menim sualimi etrafli cavablandrasiniz. May ayinda 18 yaşım tamam olur iyul ayinda herbi xidmete getmeliyem eğer may ayindaki imtahanda bal toplaya bilsem herbi xidmetden yayina bilerem?

Müraciətinizlə əlaqədar bildiririk ki,  2018-ci ildə respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının nəticələri dərc edildikdən sonra barənizdə qanuna müvafiq qərar qəbul ediləcəkdir.
Cavid Soruşur Yazılma Tarixi:23.01.2018 20:04:51

Salam. Mən orta məktəbi bitirdikdən sonra 2006-cı il tarixdə Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasına daxil olmuş və 2011-ci ildə həmin xüsusi təhsil müəssisəsini bitirmişəm və 2016-cı il tarixədək DİO-da müxtəlif vəzifələrdə çalışmışam. Hal-hazırda DİO-da ximətimdən öz arzumla xaric edilmişəm. Yaşadığım rayonun SHXÇİ-dən bələ bildiriblər ki, yaxın zamanlarda sizi hərbi xidmətə çağıracaqlar. Xahiş edirəm məsələnin hüquqi cəhətdən mənə aydın olması üçün köməklik edəsiniz.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 3.2-ci maddəsinə əsasən,  Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. Həmin Qanunun 28.3-cü maddəsinə əsasən,  hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 23 sentyabr tarixli 739 nömrəli Sərəncamının 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedralar yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 465 nömrəli Fərmanına əsasən,  “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”nin 5.3.13-cü yarımbəndində “xüsusi rütbələr” sözlərindən sonra “, Polis Akademiyasının məzunlarına ilkin zabit hərbi rütbəsi” sözləri əlavə edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, 2018-ci ilədək Daxili İşlər Nazirliyinin Polis Akademiyasından məzun olmuş və daxili işlər orqanlarından qulluqdan (xidmətdən) xaric edilmiş 35 yaşınadək şəxslər çağırışçı kimi qeydiyyata alınır və qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçmək üçün çağırışa cəlb edilirlər.
Cədvəldə sətir sayı :13967