Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Şaban Soruşur Yazılma Tarixi:22.01.2019 00:29:00

Salam mənə ayın yanvarın 20 sinə povuska vermişdilər ama sonra geç aparacaqlar dedilər və 20 sindən keçdi bu gün hara düşdüyümü göndərdilər MN-306 nömrəli hərbi hissə dedilər deyə bilərsinizmi bu hərbi hissə hardadır hansı şəhərdədir və nə vaxt getməliyəm əsgərə

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır. 
Əli Soruşur Yazılma Tarixi:21.01.2019 22:07:51

Salam. Men qeydiyyatda oldugum seherde xestexanadan yoxlanısdan kecdim mene keskin pielosistit ve 1 ci 2 ci dereceli varikoz xesteliyi diaqnozu verildi .Hal hazırda yeniden yoxlama ucun Bakı seherine gonderis veribler xestexanaya.Men bilmek isteyirem ki yoxlamadan kecmek ucun ne qeder vaxtım var? Yeni qanunla gonderis ne qeder vaxta kecirilub cavabi bitirilmelidir. Mene deyilene gore serencamda adim var bu cagiris gede bilerem?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
ELMAR Soruşur Yazılma Tarixi:21.01.2019 14:10:19

Herbi xidmete hara dushmushem ?veyada nece oyrene bilerem?

Bildiririk ki, çağırışçılar 21.01.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Şamil Soruşur Yazılma Tarixi:21.01.2019 13:23:46

5 sayli hərbi hissə hardadi

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır. 
Rəşad Soruşur Yazılma Tarixi:20.01.2019 14:40:41

Salam mən ilkin hərbi qeydiyyata alınma zamanı tibbi komissiyanın qərarı ilə M-68 c yazılıb . Bilmək isdərdim ali məktəbi bitirdikdən sonra könüllü olaraq getmək şansım var ? Bildirimki SHXÇDX - nin tabeliyində olan Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin sürücülük şəhadətnaməsi və BC kateqoriyalı sürücülük vəsiqəm var . Könüllü kimi və ya sürücü kimi getmək mümkündür?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68-ci maddəsinin I qrafasının tələblərinə əsasən yastıpəncəliyin dərəcəsindən asılı olaraq aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 68 “c” maddəsinin I qrafasının tələblərinə əsasən: III dərəcə yastıayaqlılıqda (boylama içəri tağın bucağı 155 dərəcədən çoxdur, tağın hündürlüyü 17 mm-dən azdır) çağırışçılar “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3 maddəsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
SÜBHAN Soruşur Yazılma Tarixi:20.01.2019 12:32:05

Salam.sizin sayta yerlesdirdiyiniz melumata esasen 20-25 yanvar tarixinde cagriscilarin heqiqi herbi xidmeti hansi herbi hissede kecireceyi barede heleki bir xeber yoxdur.bu gun ayin 20sidi.ama heleki bir melumat yoxdur.xais edrem bizi melumatlandirasiniz

Bildiririk ki, çağırışçılar 21.01.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Çingiz Soruşur Yazılma Tarixi:20.01.2019 10:52:25

Salam.Mənə yanvar ayının 21 nə çağırış gəlib və hara düşdüyam haqqındada heç bir məlumat çıxmır.Bilmək isdəyirəmki ayın 21i getmiyə bilərəm? Yoxsa 21i mütləq vayenkomatda olmalıyam

Bildiririk ki, çağırışçılar 21.01.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Səbuhi Soruşur Yazılma Tarixi:20.01.2019 08:16:37

Salam 22.01 tarixinda cagiris gelib , amma hara dusduyum haqqinda bir melumayim yoxdur.Artiq ayin 20 sidi.

Bildiririk ki, çağırışçılar 21.01.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Orxan Soruşur Yazılma Tarixi:19.01.2019 20:55:27

Salam size yene müraciyet edirem xetayi rayonun herbi kamisarliqi oz basnaliqi uzunden men esger gede bilmirem usaq vaxti mene yazilmiş diyaqnozu ucabtindan qalmişam esgerliyeden her defe kamisyalardan sağlam cixiram 3 defedi men 2sayli xeste xaniya gedirem men oraliq heç bir parablemim yoxdu xayiş bir tetbir goresiniz

Verilmiş möhlət hüququ bitdiyindən 2019-cu ilin yanvar çağırışına hazırlıqla əlaqədar, Siz Xidmətin Bakı şəhəri, Xətai rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə tibb müəsissəsinə müayinəyə göndərilməniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” qeydiyyatda olduğunuz Xidmətin Bakı şəhəri Xətai rayon idarəsinə təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Saleh Soruşur Yazılma Tarixi:19.01.2019 00:55:45

Salam xahiş edirəm sualımı cavablandırasız. mən yanvarın 20 si hərbi xidmətə getməliyəm bu gün ayın 19 du bilinmir hara düşmüşğm.biznecə bilə bilərikki nə vaxt hərbi xidmətə getəciyik və hara düşmüşük?

Bildiririk ki, çağırışçılar 21.01.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897