Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
KAMRAN Soruşur Yazılma Tarixi:21.06.2019 21:44:08

Harya dusmusem

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti 30 iyun  tarixdən etibarən aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər.            Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Şahin Soruşur Yazılma Tarixi:21.06.2019 18:04:19

Salam mən oktyabr priziviyem mənə paveska nə vaxt göndəriləcək ?

Bildiririk ki, Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək çağırılırlar.
Əlikram Soruşur Yazılma Tarixi:21.06.2019 16:29:32

Salam. Cənab Nazir Zakir Həsənov son açıqlamasında ordumuzun IT mütəxəssislərinə ehtiyacı olduğunu bildirdi. Mənim də ixtisasım bu yöndədir, həmçinin özüm iyul ayı çağırışçısıyam. Qulluq edəcəyim dövrdə və ya əvvəlcədən bunu hansısa quruma bildirməliyəmmi mən hərbi qulluqumu ixtisasımla bağlı qurumda xidmət etmək istəyirəm. təşəkkürlər

Bildiririk ki, xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb edilən çağırışçılar  Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə göndərilərkən ixtisaslarına uyğun vəzifələrə təyin edilirlər.  
Nicat Soruşur Yazılma Tarixi:21.06.2019 12:36:15

Salam, İyul ayının 2-nə hərbi xidmətə göndərilmək üçün Çağırış Vərəqəsi verilib. Universitetdə Dövlət İmtahanının iyula qədər uzadılması ehtimalı var. Belə olduğu halda nə etməliyəm? Əgər İyul ayı bitənə qədərdirsə yola düşmə müddəti, mən ayın axırı gedə bilərəm?

Bildiririk ki, ali təhsil müəssisəsinin dövlət imtahanında iştirak etməyiniz barədə hər hansı sənədi Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə təqdim etdikdən sonra barənizdə qanunvericiliyin tələblərinə uyğun olaraq qərar qəbul edilə bilər. 
Ağamir Soruşur Yazılma Tarixi:21.06.2019 00:21:21

Salam.Hərbi Komisarlığı işləmək üçün nələr lazımdı?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Amil Soruşur Yazılma Tarixi:20.06.2019 22:14:59

tehsili deniz uzre olanlarin herbi xidmeti denizde olur?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Nazim Soruşur Yazılma Tarixi:20.06.2019 13:52:04

K.Nazim 06.07.1996 Salam,mən müvəqqəti yararsızam və növbəti yoxlanışım 2020ci ildədir.Amma mən hal hazırda sağlam və yararlı olduğumu düşünürəm.Mən gələn ili gözləmədən növbəti çağışırşda hərbi xidmətə gedə bilərəm?

Sizin vaxtından əvvəl təkrar tibbi şəhadətləndirilməniz, dövlət səhiyyə sistemi müəssisələrində və ya digər tibb müəssisələrində müayinə nəticəsində əvvəllər müəyyən edilmiş diaqnozun dəyişdirildiyi və ya sağlam hesab edildiyiniz barədə tibbi sənədlərin hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (bölmə və ya şöbəsinə) təqdim edildiyi halda mümkündür.
Qorxmaz Soruşur Yazılma Tarixi:20.06.2019 11:56:01

Salam. Mən indi 9100 mesaj gondərərək hara dusməyimi oyrənə bilərəm? Və ya nə vaxt tam dəqiq onun vaxtını oyrenə bilqərəm?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti 30 iyun  tarixdən etibarən aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər.            Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Xəyal Soruşur Yazılma Tarixi:19.06.2019 14:13:52

Salam. İkinci dərəcəli skolioz xəstəsi hərbi xidmətə yararlıdır?

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən onurğanın II mərhələ skoliozu olan çağırışçılar “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
ÜLVİ Soruşur Yazılma Tarixi:19.06.2019 00:41:26

Salam 2019 - cu ilin iyun çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri ne zaman acıqlanacaq?

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti 30 iyun  tarixdən etibarən aktivləşir.            Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər.            Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Cədvəldə sətir sayı :14897