Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Əhməd Soruşur Yazılma Tarixi:13.01.2019 10:49:29

Salam bilmək istərdim mənə neçə ay möhlət verilib?

Məlum olmuşdur ki, Siz 2019-cu ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Şəmkir rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 3 (üç) ay müddətinə müvəqqəti “Hərbi xidmətə yararsızdır” hesab edilmisiniz.
Orxan Soruşur Yazılma Tarixi:12.01.2019 21:08:53

HHK tərəfindən xəstəliklər cədvəlinin 1-ci qırafasının 42c maddəsinə əsasən vətəndaşa pensiya düşürmü? Düşürsə nə qədər düşür?

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli 54-IIIQ nömrəli Qanununun 30.1-ci maddəsinə əsasən, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təyin edilir.  Müraciətinizdə qeyd etdiyiniz məsələ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmadığı üçün aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur.
Ramin Soruşur Yazılma Tarixi:12.01.2019 18:29:58

Salam. Səfərbərlik xidmətinə işə qəbul hansı qaydada həyata keçirilir. Əgər imtahan üsulu ilə qəbul aparılırsa bunun üçün hansı fənnlərdən imtahan verilməlidir?

Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə (test imtahanı) və müsahibə yolu ilə təhsilinə, ixtisasına uyğun vakant vəzifələrə işə qəbul olunurlar. Test imtahanında ümumi bilik səviyyəsi və dünya görüşü yoxlanılır.
BİLAL Soruşur Yazılma Tarixi:11.01.2019 23:18:17

Salam meni kamisarliqdan 2 defe cagiriblar amma birin defe mene yanvarin yeddisi getmeliydim herbi xidmete ve menimle birlikde onlar getdi men se qaldim ve meni tezeden cagirib yoxlamadan kecdim ve yoxlamada dediler ki belin eyridir amma ki sorunsanda nece bucaq altindadir demiller 2 skaleroz oldugumu 3 -4il bundan qabax bilirdim,mualice zad eliyirdim amma ki xeyri olmur mualice biraz yuk goturen kimi belim agriyir bele herbi xidmete gede bilerem mi

Məlum olmuşdur ki, səhhətinizlə bağlı şikayətiniz nəzərə alınaraq, Xidmətin Balakən rayon şöbəsinin hərbi həkim komissiyası tərəfindən 28.12.2018-ci il tarixdə aidiyyəti üzrə əlavə müayinəyə göndərilmisiniz. Müayinədən sonra barənizdə tərtib edilmiş “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”ı əsasında Xidmətin Balakən rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Rəşid Soruşur Yazılma Tarixi:11.01.2019 15:54:38

salam məni maraqlandıran bir sual var xidmətə qəbulla bağlı kim sizə yazırsa hər kəsə deyirsiz ixtisasiniz uyğun deyil bes hansı ixtisas uyğundu deyin biz bilək xaiş edirik

Nəzərinizə çatdırırıq ki, verdiyiniz suallın cavabı xidməti xarakter daşıdığına görə açıqlanılmır. Əlavə məlumat almaq üçün bilavasitə Xidmətin Aparatına gələrək Kadrlar və Kadr hazırlığı idarəsinə müraciət etməyiniz tövsiyə olunur. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Mircəlal Soruşur Yazılma Tarixi:11.01.2019 12:52:56

Salam mən 2017-ci il iyul çağırışçısıyam. Belimdə yaranan problemlə bağlı sonuncu dəfə Oktyabr ayında müayinədə olmuşam,tərəfinizdən mənə bildirildi ki, Yanvar ayında barənizdə qərar qəbul olunacaqdır. Bu barədə məlumat almaq istəyirdim.

Barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Sizin Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmağınız nəzərdə tutulmuşdur.
Röyal Soruşur Yazılma Tarixi:11.01.2019 00:19:19

SALAM men 21 yaşımda əskərliyə gedib və 23 də gəldikdən sonra Polis olmağ şansım varmı?.

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (https://www.mia.gov.az) müraciət etməyiniz tövsiyə olunur.
Sübhan Soruşur Yazılma Tarixi:09.01.2019 15:18:08

Salam. Mən 2018-ci il yanvar ayında hərbi həkim komissiasından keçmişəm. Sonra Tromotoloji xəstəxanada yoxlanışdan keçdim. Məndə 2-ci dərəcə skolioz xəstəliyi aşkarlandı və dedilər sənədləri Hərbi Komissarlığa göndərəcəyik, oradan sizə zəng edəcəklər və məlumat verəcəklər. Lakin, Məlumat verilməyib hələdə. Zəhmət olmazsa məlumat verə bilərsinizmi? Sumqayıt hərbi komissarlığında qeydiyyatdayam.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın düzgünlüyünün yoxlanılması üçün, Siz, 26.02.2018-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. 
Lətif Soruşur Yazılma Tarixi:09.01.2019 14:36:53

Salam. Osgood Shlater xəstəliyi ilə çağırışçı yararlı sayılır yoxsa yox?

Məlum olmuşdur ki, Siz 2019-cu ilin yanvar çağırışına hazırlıqla əlaqədar Xidmətin Bakı şəhəri Xətai rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə əlavə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
İQBAL Soruşur Yazılma Tarixi:09.01.2019 13:14:08

Salam. 1987-ci il təvəllüdəm. 1-ci təhsilim NDU mühasibat uçotu və audit, 2-ci təhsilim NDU hüquqşünaslıq ixtisasım var. DİO-da 5 ildən artıq orta rəis heyəti vəzifələrində xidmət etmişəm. SHXÇDX-də işə qəbul olmaq üçün müraciət edə bilərəm?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Cədvəldə sətir sayı :14897