Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Ravil Soruşur Yazılma Tarixi:27.06.2019 12:10:54

Salam Men Ravil Yusifli 1998-ci il daxili qowunlara duwmuwem amma hansi bolgeye duwduyum bilinmir zehmet olmasa deye bilersiz???

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır. 
MƏHƏMMƏD Soruşur Yazılma Tarixi:27.06.2019 11:16:52

Salam dünən 950 saylı hərbi hissəyə düşməyimlə bağlı mesaj gəldi lakin yerini tapa bilmirəm xahiş edirəm məlumat verəsiziniz.

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır. 
Cavid Soruşur Yazılma Tarixi:27.06.2019 10:39:11

Salam, mən bilmək istəyirdimki, toxumluğunun biri əməliyyatla götürülmüş, qrijadan əməliyyat olmuş, kəllə-beyin travması almış və başından əməliyyat olunmuş bir şəxs həqiqi hərbi xidmətə yararlıdır ya yox? Xahiş edirəm mümkünsə əlaqə saxlayın 055 394 17 24

Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinə olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır. 
Rəşad Soruşur Yazılma Tarixi:26.06.2019 18:09:58

Salam Mən apel çağırışçısıyam amma hərbi xidmətə göndərilmədim mənə nə zaman zəng olunsa xərbi xidmətə göndəriləcəyim barədə məlumat vermişdilər bilmək istəyirəm iyulda xidmətə göndəriləcəyəm?...

Müəyyən edilmişdir ki, Siz Xidmətin Mərkəzi hərbi həkim  komissiyasının qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən hərbi xidmətə müvəqqəti yararsız hesab edilərək 6 ay müddətinə möhlət verilmişdir. Bildiririk ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz Nizami rayon idarəsinin çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
Fərid Soruşur Yazılma Tarixi:26.06.2019 18:00:53

Salam dünən fövqəladə hallar nazirliyine düşdüyünü bağlı sms gəldi ama hansı şəhərə rayona dusmusem

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır. 
Kamil Soruşur Yazılma Tarixi:26.06.2019 17:45:53

Salam. Qeyd edilən nömrəyə iyul çağırışçılarının hansı hərbi qoşun növündə xidmət edəcəyi barədə məlumat gəlməyibsə onu necə öyrənmək olar? Çünki ayın əvvəli üçün çağırış verilib və sadalanan mövzuda məlumatım yoxdu.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Təbriz Soruşur Yazılma Tarixi:26.06.2019 15:23:03

MN-306 saylı herbi hissede xidmet edeceyim barede mesaj aldim ama herbi hissenin harda yerlesdiyini öyrene bilmedem. Bilmek istiyiremki MN-306 saylı hərbi hisse harda yerleşir?

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır.
Emin Soruşur Yazılma Tarixi:26.06.2019 14:13:57

men hara dusmusem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Nasif Soruşur Yazılma Tarixi:26.06.2019 12:00:03

Salam mən Nasif Əzizov -Masalli rayon vayenkomatinda qeydiyyatdayam. Məni gözümdə zəiflik olduğu üçün Zerife Eliyeva adina goz klinikasina gonderdiler ve Iyun ayiinin 12 -si men Zerife Eliyeva adina goz klinikasina getdim ve muayineden kecdim eger burada cavab yaxsi cixsa yeniden Seferberlik hospitalina gondereceyler? Qeyd klinakadan cavab hele vayenkomata gelmeyib bilmek isterdim cavab ne vaxt gelecey? 01.07.2019 tarixinde mene cagiris vereqesi verilib. bilmek isteyirem ki Iyulda men xidmete gede bilecem. Xidmet yerimde hele cixmayib

Məlum olmuşdur ki, Siz 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar Masallı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Nadir Soruşur Yazılma Tarixi:26.06.2019 11:21:54

Hara duşmuşem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897