Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mehman Soruşur Yazılma Tarixi:01.07.2019 17:33:53

Evvela salam, menim valideynlerimden (ata) bizden ayri yasıyir uzerindede deyilem (soyad) dunyaya goz açdigimdan beri de uzun bele gormemisem hecbir maddi menevi komek de olmuyub bir tek anam var 3cu qrup elil isleme qabilliyeti yoxdur 1960ci il tevelludlu onun menden menim ondan basqa heckimimiz yoxdu sualim odurki herbi xidmetde olacam? Ozum hal hazırda Azmiu üniversitende 3cu kursu bitirdim normal da 2020 ci ilde bitirim universteti hormetle Mehman

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələblərinə əsasən verilir.
Mirzəcan Soruşur Yazılma Tarixi:01.07.2019 11:06:53

22 iyul herbi xidmete cagrilmiwam hara duwduyumu ne vaxt ve hardan oyrene vilerem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Tural Soruşur Yazılma Tarixi:30.06.2019 23:40:28

Salam. Ehtiyatda olan leytenantam.Seferbrlik xidmətində ise qebulla bagli nece muraciet ed e bilerem? Onceden tesekkur

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, 01.02.2017-ci il və 04.02.2019-cu il tarixlərdə keçirilmiş müsabiqələrdə olduqca zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizə baxılmasını məqsədəuyğun hesab etmirik.
Adilxan Soruşur Yazılma Tarixi:30.06.2019 21:33:40

Salam aleykum , men iyul ayinda esger getmeliyem ama sinemde tatto var deye meshtagada qaldim ve mene helede paveska ve telefonuma kod gelmeyib . Bilmey isteyirem esger gedecem yoxsa yox ?

Məlum olmuşdur ki, Siz 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar Füzuli rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. 
Murad Soruşur Yazılma Tarixi:30.06.2019 20:45:43

Salam.Mənə çağiriş İyun ayinin 3-ə yazilib ama mənə mesaj gəlməyib.səbəbin oyrənmək isdirdim

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Azər Soruşur Yazılma Tarixi:30.06.2019 18:42:45

Hara düşmüşəm?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Tərlan Soruşur Yazılma Tarixi:30.06.2019 17:41:13

Salam məni niyə müayinə üçün çağırmırlar Sabunçu rayon şöbəsindən? May ayında müayinə yazılıb.

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz Sabunçu rayon idarəsinə müraciət etməyinizi tövsiyə edirik.
Elşən Soruşur Yazılma Tarixi:30.06.2019 11:32:19

İyunun 30 dan 9100 ə şəxsiyyət vəsiqənizin nömrəsini qısa mesaj şəklində atmaqla hansı hərbi hissəyə təyin oldunduğumu öyrənmək istəyirəm,ancaq hər dəfə şəxsiyət vəsiqəmin kodunu atsam mesaj göndərilmədi deyir . necə edə bilərəm xahiş kömək edin

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Tamerlan Soruşur Yazılma Tarixi:29.06.2019 23:37:16

Salam mene iyul 22 çağırış gəlib amma hansı qoşun növüne düşmüşem melumat yoxdur ne vaxt olacaq melumat

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Sənan Soruşur Yazılma Tarixi:29.06.2019 22:42:40

Salam mənə SmS gəlməyib amma mənə çağırış vərəqəsi gəlib indi həmin hərbi hissəyə getməliyəm yoxsa yox?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14897