Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Azad Soruşur Yazılma Tarixi:14.07.2019 20:04:14

Salam, mən Azerbaycan Memarlıq və İnşaat universitetindən bu il məzun oldum. Sənədlərimi magistratura pilləsinə qəbul olmaq üçün türkiyə universitetlərinə göndərmişəm. Cavabların isə Avqust ayında açıqlanacağı bildirilir. Mən bunu nəzərə alaraq Zaqatala rayonu hərbi qeydiyyata cəlb edilməsi şöbəsinə məlumat verərək mənə möhlət tanımıları üçün vaxt vermələrini xahiş elədim. Lakin, onlar buna məhəl qoymadılar və İyul ayının 20-nə çağırış vərəqəsi verdilər. Sualım bu kimi hallarda vətəndaşa vaxt tanımaları qanunən mümkündürmü? Onu öyrənmək istəyirdim.

Bildiririk ki, ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul olmağınız barədə tələb olunan qaydada tərtib olunmuş arayışını çağırışa hazırlıq dövründə öyrənilmə zamanı Xidmətin yerli idarə, şöbə və bölməsinə şəxsən təqdim etdiyi halda, çağırışçılara təhsilə görə möhlət verilməsi məsələsinə qanunamüvafiq qaydada baxılır.
Kamran Soruşur Yazılma Tarixi:13.07.2019 21:49:27

Salam. Mən maddi vəziyyətlə bağlı magistraturadan öncə xidmete getmeyime görə könüllü asan xidmətlə arayiş yazib tesdiqledib qeydiyyatda olduğum yere teqdim etdim iyun ayinin 25 i və mene iyulun 22 sine çağrış(paveska) yazıldı. Mənim xidmet edeceyim bölgə menə sms gəlməyib və ya portalda yoxdu. Yəni 8 gün qalib xidmete getmeyimə və hələdə bilinmir. Bunun səbəbi var? yoxsa yer 1 2 gün qalmışda bilinə bilər? Öncədən təşəkkürlər.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cavid Soruşur Yazılma Tarixi:13.07.2019 20:50:42

Salam xaiş edirem deyərdiz gizir hazirlıq kursu nə vaxt başlayir

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən, gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə – ən azı tam orta təhsilli, azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər istisna olmaqla) könüllü daxil olurlar. Nəzərinizə çatdırırıq ki, “Gizir hazırlığı kursu” Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində təşkil edilir. Kursların nə vaxt və hansı müddətə keçirilməsi, kurslara qəbulun qayda və şərtləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Odur ki, SQ TTM-də təşkil ediləcək növbəti kursda oxumaq üçün adınızın namizəd kimi siyahıya salınması və tələb olunan sənədlərin hazırlanaraq təqdim edilməsi üçün qeydiyyatda olduğunuz yer üzrə Xidmətin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməlisiniz.
Cavidan Soruşur Yazılma Tarixi:13.07.2019 14:08:46

Salam menim cagirisim ayin 20.07.19 tarixinedir ama hara dusduyum barede sms gelmeyib bunu nece oyrene bilerem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Orxan Soruşur Yazılma Tarixi:12.07.2019 00:14:46

Salam meni 2018 yanvar ayi liqodunu vayeni bilet veririldi 3il mohletenen 17 b diyaqnozu qoyuldu eqli gerlik indi men müalice alsam ve saq lam olandan sonra vayin kamata yaxinlasib liqodunu leğv ede bilerem ve herbi xidmete yolana bilerem

Portala daxil olan müraciətinizə əsasən bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Xəyal Soruşur Yazılma Tarixi:11.07.2019 23:28:30

Salam. Mənim göz və çəkimlə bağlı problemim var. Mən uzağı yaxşı görmürəm. Gözlərimin dərəcələri (sağ -5 və sol -5 )-dir .Çəkimdə 50 kq-dır. Məni aparmalı nə dərəcədə doğrudur.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 34-ci maddəsinin I qrafasının tələblərinə əsasən hər hansı gözün meridianlardan birində 3,0 DPTR-dən artıq və 6,0 DPTR-ə qədər yaxıngörməsi olan çağırışçılar “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən yaxşı fiziki inkişafı və qidalanması, mütənasib bədən quruluşu olan, boyu 148 sm-dən və bədən çəkisi 45 kq-dan az olmayan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.
Amil Soruşur Yazılma Tarixi:11.07.2019 17:01:30

Salam. Men Herbi Hava Qüvvelerinden ehtiyata çixmiş zabitem. Mülkü ali tehsilliyem. Seferberlik xidmetine ehtiyatda olan zabitlerin işe qebul formasi necedir? Etrafli izah ederdiz, teşekkür qabaqcadan. 28 yaşim var

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Nasif Soruşur Yazılma Tarixi:11.07.2019 12:21:13

Salam. Mən Nasif Əzizov. Masalli rayon vayenkomatinda qeydiyyatdayam. Bilmək istəyirəm ki 2019 iyul çağrişinda əsgər gedə biləcəm yoxsa oktyabr çağrişinda gedəcəm? Hara düşdüyüm yer bilinmir ona gorə soruşuram.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Heybət Soruşur Yazılma Tarixi:11.07.2019 10:51:37

Salam menim belimde 2mm pratruziya var mene agri verir ele vaxt olurki terpene bilmirem. Ama bu ay 20si meni xidmete aparirlar bu duzgundu? 20yawm var

Məlum olmuşdur ki, Siz 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar Sabunçu rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhətiniz ilə əlaqədar 07.05.2019-cu il tarixdə aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilmisiniz.
İbrahim Soruşur Yazılma Tarixi:10.07.2019 11:54:15

Salam. Mən Həsənli İbrahim Absət oğlu Abşeron komisarligi 1998 il... hərbi xidmətə getmək üçün (nevrocerrahiya ehmedli) həkim komissiyasına getdim. Ancaq müayinə zamanı həkim mənə hərbi xidmətə yararli yazib.  3 il bundan öncə İkinci dərəcəli skalioz və 4.5 mm yirtiq diyaqnozu iylə Abşeron rayon kamisarlığı əskərlikdən saxladı. 3 il di yararsiz Amma 25.07.2019 cu il tarixinə mənə çağırış vərəqi verilib.İkinci dərəcəli skolioz və beldə 4.5mm yirtiq var hərbi xidmətə sülh dövründə yararsız sayılır .İndi bu məsələ ilə bağlı zəhmət olmasa məlumat verərdiniz.

Məlum olmuşdur ki, Siz 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar Abşeron rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Cədvəldə sətir sayı :14897