Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Sadiq Soruşur Yazılma Tarixi:20.07.2019 16:39:20

Salam.Bu il BDU Hüquq fakültəsini bitirmişəm.İnşəAllah hara düşməyimlə bağlı məlumat gəlsə xidmətə gedəcəm.Sualım odur ki,Hüquqşünas olaraq nə kimi faydam ola bilər?İş təklif edə bilərlərmi?Məsələn Bakı DTX FHN

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.   Digər sulaınızla əlaqədar olaraq bildiririk ki, xidmət keçəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Kamran Soruşur Yazılma Tarixi:20.07.2019 02:14:07

Salam, qardasimla eyni gedirik xidmete 22 si. Ona sms gelib ama men yox(qeyd ozumde sms gondermisem) sebebi nedi? Esgere yararliyam men. Vayenkomat ikinizde eyni yere dusubsunuz deyir ama niye mene sms gelmir?

Bildiririk ki, Siz və qardaşınız Əsgərov Əlibaba Yadigar oğlu sağlamlıq, ailə vəziyyətinizə görə və digər əsaslarla həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnuz olmadığına görə müddətli həqiqi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daxili bölgüsünə əsasən müvafiq saylı hərbi hissəyə təyin edilmisiniz.        Əlavə olaraq qeyd edirk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.
Lətif Soruşur Yazılma Tarixi:19.07.2019 22:33:22

Salam, men Yasamal Rayon qeydiyyatindayam, Azerbaycan Dovlet Neft ve Senaye Universitetini bu il bitirdim ve magister tehsili almaq ucun Italiyanin Sapienza Universitetine oz akademik neticelerimi ve IELTS neticemi gonderdim ve gostericilerime gore Universitetden qebul aldim. Sapienza Universiteti terefinden mene gonderilen qebul kagizinda menim neticelerimin hemin universitetin 2019-2020 ci il Magister Tehsili ucun teleblerine cavab verdiyim ve Sentyabr ayinin ortasinda qeydiyyat ucun cagirildiqim qeyd edilmisdir. Lakin Yasamal Rayonu Herbi Komisarliqi bu qebul kagizinin kecersiz olduqunu ve universitetin telebesi olduquma dair arayis getirmeyimi teleb edir. Lakin men Sentyabr ayinin sonlarinda qeydiyyatdan kecmemis Universitetin telebesi olduquma dair arayis ala bilmirem. Xais edirem problemi nece hell ede bileceyim haqqinda vaxt az olduquna gore 24 saat erzinde cavab veresiniz.

Bildiririk, xarici ölkələrin ali təhsil müəssisəsinin magistratura səviyyəsində oxuyan vətəndaşlar təhsilə görə həqiqi hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün tərcümə olunaraq notarial qaydada təsdiq olunmuş təhsil haqqında arayışı Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və ya bölməsinə şəxsən təqdim etdikləri halda barələrində qanunamüvafiq qərar qəbul edilir.
Məmməd Soruşur Yazılma Tarixi:19.07.2019 22:20:23

Salam.Hara düşdüyümüz barədə məlumat hələ verilməyib digər çağırışçıların sualına cavab olaraq əvvəl 20-25 iyul aralığında məlumat veriləcəyi deilirdi amma son olaraq 25 iyul yazmısız məlumat veriləcəyini bugün yenə bəzi çağışırçılara mesajla hara düşəcəyi bildirilib mən mesaj atanda çağışırçı tapılmır deilir niə?

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Tahir Soruşur Yazılma Tarixi:19.07.2019 21:02:32

herbi hissenin nomresi var ama harada yerlesdiyin bilmirem nece oyrene bilerem komek ede bilersiz siz?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz qoşun növünə müraciət etməyiniz tövsiyə olunur.
Tofiq Soruşur Yazılma Tarixi:19.07.2019 20:16:41

Salam. Men MN- nin 950 saylı herbi hissedine duşmüşəm. Mümkünse deyin herbi hisse harada yerləşir.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Azad Soruşur Yazılma Tarixi:19.07.2019 17:42:46

Salam, mən iyul ayının 14-ü sizə yazıb məsələmlə bağlı probləmi dilə gətirmişdim. Magistratura pilləsində təhsil ala bilməyim üçün mənə hərbi xidmətdən möhlət tanımaları barədə Zaqatala rayonu həqiqi hərbi çağırış şöbəsinə bildirməyimə baxmayaraq məsələmə biganə yanaşıldı və məndən qəbul olduğum universitetdən arayış gətirmələri barədə göstəriş verildi. Mən də öz növbəmdə qəbul olduğum universitetlə(Samara Dövlət Texniki Universitet) əlaqə saxladım. Arayışı verə bilmələri üçün mənim şəxsən gəlib işturak etməyim bildirildi. Mən də öz növbəmdə İyul ayının 20-nə çağırış vərəqəsi aldığımı və ölkədən kənara çıxa bilməyəcəyimi bildirdim. Universitet mənə dəvət məktubu göndərdi və bunun yerli hərbi xidmətə çağırış şöbəsinə təqdim etdiyim halda möhlətin veriləcəyini bildirdilər. Lakin, bu gun sənədi Zaqatala rayonu hərbi xidmətə çağırış şöbəsinə təqdim etdikdə yenə heç bir əhəmiyyət verilmədi. Arayışın lazım olduğu vurğulandı. Mənsə öz növbəmdə arayışı almağım üçün universitetdə qeydiyyatdan keçmək lazım olduğunu bildirdim, buna görə universitetin göndərdiyi sənəd əsasında mənə möhlət tanımalarını xahiş etsəm də məsələmə heç bir əhəmiyyət verilmədi. Bununla bağlı qanuna əsasən tədbirin görülməsini sizdən xahiş edirəm. Təşəkkürlər.

Bildiririk ki, Sizin sağlamlıq, ailə vəziyyətinə görə və digər əsaslarla həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnuz olmadığına görə müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə təyin edilmisiniz.
Razi Soruşur Yazılma Tarixi:19.07.2019 15:28:01

Salam mən işə qəbulla bağlı müraciət etmişəm amma mənə heçbir cavab gəlməyib qəbul olunub olunmaması ilə bağlı.mənə bu barədə mail vasitəsilə məlumat versəniz yaxşı olardı.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.
Tural Soruşur Yazılma Tarixi:19.07.2019 15:09:51

Salam, mən 22.07.2019 tarixindən Gədəbəy rayon vayenkomatına çağırılmışam yəni ayın 22i mənim vaxtımdı getməliyəm halbuki ayın 19u hələdə mənə bildiriş gəlmiyib hara düşdüyümlə əlaqədar...Birdəki burda yazıbsız bəzi suallara cavab kimi ayın 25i bilinəcək hara düşdüyünüz, indi 22i gedən çağırışçılar nə vaxta bilinəsidi zəhmət olmasa bu haqqda məlumat verərdiz? Sağolun.

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Nəsib Soruşur Yazılma Tarixi:19.07.2019 13:08:21

2ci sərəncamda olan çağırışçılar, iyulun 25-dən sonra gedəcək? Ya tez getmək ehtimalımız da var?

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Cədvəldə sətir sayı :14897