Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Arzu Soruşur Yazılma Tarixi:26.07.2019 11:30:44

Salam.Hərbi hissələrdə könüllü və yaxut da rəsmi işçi olaraq fərq etməz iş üçün müraciət etmək istəyirdim. Bunun üçün hansı elektron ünvana müraciət edə bilərəm?

Qeyd etdiyiniz məsələ ilə bağlı xidmət etmək istədiyiniz qoşun növünün rəhbərliyinə müraciət etməyiniz tövsiyə olunur. 
Tərlan Soruşur Yazılma Tarixi:23.07.2019 00:10:19

MN-212 saylı hərbi hissənin çağırışçıları nə vaxt Şəkidən xidmət üçün yola düşəcək? Rayondakı çağırış mərkəzindən bilmədiklərini deyirlər. (Hərbi sirr olmasını nəzərə alaraq) Cavabı email və ya 0707454542 nömrəsinə göndərsəniz şad olaram. Əvvəlcədən təşəkkürlər

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz Şəki rayon şöbəsinə müraciət etməyiniz tövsiyə edirik. 
Hacıağa Soruşur Yazılma Tarixi:22.07.2019 14:52:12

salam, menim cekime gore,(126 kq) Şamaxi rayonundan Bakiya gonderdiler. Respublika xestexanasina. orda bir sira analizder verennen sora dediler ki, analizler, her sey normaldi. mene amma cagiris gelmiyib. iyul ayinda getmey şansim var? oktyabr ayina qalmaq istemirem. onceden tesekkurler.

Məlum olmuşdur ki, Siz 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar Şamaxı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz, təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
SƏMRAL Soruşur Yazılma Tarixi:21.07.2019 17:38:03

SALAM MƏN 9 CU SİNİFDƏ OXUYANDA ÖZ ŞƏHƏR RAYON VAYNKAMATIMIZA GETDIM QEYDIYYATA ALINMA HAQQINDA KİTABÇADA QEYD ELƏDİLƏR ADIMI SOYADIMI VƏ HƏRBI XİDMƏTƏ MƏHDUD YARARLI YAZILDI MƏN ƏSGƏR GEDƏCƏM? BİLMƏY İSTİYƏRDİM MƏNİM 18 YAŞIM OKTYABRN 1İ TAMAM OLACAĞ MƏNİ RAYON ŞƏHƏR ÜZRƏ VAYNKAMAT NƏ VAXT HANSI TARİXDƏ YOXLANIŞA ÇAĞIRILACAĞAM

Bildiririk ki, 18 yaşı 2019-cu ilin oktyabr ayının 1-də tamam olmuş vətəndaşlar həmin ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.  
Asim Soruşur Yazılma Tarixi:21.07.2019 14:47:26

Salam. Mən iyul ayının 23-ü hərbi xidmətə yola düşməkçün çağırılmışam. Lakin hərbi xidməti hansı hərbi hissədə keçəçəyim barəsində heç bir məlumat verilməyib. Buntu nə vaxt öyrənə biləcəm?

Bildiririk ki, ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunduğunuz üçün Sizə Xidmətin Quba rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilmişdir. 
Rövşən Soruşur Yazılma Tarixi:21.07.2019 14:35:32

Salam demeli men tehsilimin magistatura pillesin dondurub könüllü olaraq xidmete gedirem çağırış vereqimde 21 i yazilib ancaq hele ki heç kim demir hara getmeliyem.Düşdüyüm yerde bellidir MN-950 ancaq harada yerleşditini falan bilmirem xahiş edirem mene köməklik göstərəsiniz.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Xasay Soruşur Yazılma Tarixi:21.07.2019 12:14:03

Salam bilmek isteyirem men niye oktyabir ayinda gedecem esgerliye halbuku bu ay getmeli idim

Məlum olmuşdur ki, Siz Xidmətin Saatlı rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmisiniz və səhhətiniz ilə əlaqədar 12.06.2019-cu il tarixli müvafiq göndərişlə 1 saylı Respublika Psixiatriya xəstəxanasına müayinəyə göndərilmisiniz.          Müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Saatlı rayon şöbəsinə 16.07.2019-cu il tarixdə daxil olduğu üçün sizin adınız “Tibbi şəhadətləndirilməsi və öyrənilməsi başa çatdırılmış vətəndaşların dəqiqləşdirilımiş adlı siyahısı”na daxil edilməmişdir.
XƏYAL Soruşur Yazılma Tarixi:21.07.2019 09:48:48

Salam. Mənə çağırış iyulun 1-nə gəlib. Biraz ürəyimdə yüngül probləmlər çıxdığına görə mənə vaynkamat iyulun 15-dən sonra gedəcəyimi bildirdilər. Yani 2-ci sərəncamla. Amma hələdə heç bir xəbər yoxdu. Telefonuma mesaj da gəlmir. Braz narahat olmuşam. Oktyabra salınmağından qorxuram. Bu ay getmək istəyirəm. Məlumat verə bilərsinizmi mən əsgərliyə bu ay mütləq gedəcəmmi və ayın neçəsi ?

Məlum olmuşdur ki, Siz 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq Siz, rayon çağırış komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tatixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmisiniz. Möhlət hüququ bitdikdə Siz təkrar tibbi müayinəyə cəlb olunacaqsınız.
Eldar Soruşur Yazılma Tarixi:20.07.2019 22:49:30

Hara dushmushem

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Bayram Soruşur Yazılma Tarixi:20.07.2019 17:12:23

Salam, 25i hərbi xidmətə gedəcəm, lakin hələ də hara düşdüyüm məlum deyil. Bir çoxunun yerləri bilinir, mən də hələ də heç bir məlumat yoxdur. Nəsə problem ola bilər?

Bildiririk ki, ali təhsil müəssisəsinin magistratura səviyyəsinə qəbul imtahanlarında iştirak etməyiniz barədə sənədi çağırışa hazırlıq dövründə öyrənilmə zamanı Xidmətin qeydiyyatda olduğunuz Cəlilabad rayon şöbəsinə təqdim etdiyiniz üçün sizin adınız "Tibbi şəhadətləndirilməsi və öyrənilməsi başa çatdırılmış vətəndaşların dəqiqləşdirilmiş adlı siyahısı"na daxil edilməmişdir. 
Cədvəldə sətir sayı :14897