Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
hüseyn Soruşur Yazılma Tarixi:11.04.2018 23:05:21

salam men hipogonadizm xəstəsiyəm ve her ay 1defe injeksiya olunmaliyam hərbi xitmətdəolmaq istəyirəm sadece mene maraqlidir ki herbi xidmətdə injeksiya istifade etmek mümkündürmü?

“Hipoqanadizm” diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
KƏNAN Soruşur Yazılma Tarixi:11.04.2018 16:12:34

Salam zəhmət olmasa cavablandirardınız mədə ve öd xestəliyi olan şəxs dövlət xəstəxanasından verilən xəstelik haqqında arayışı hərbi komisarliqa versə barəsində qərar çıxardıla bilər yoxsa yenidən hərbi həkim komissiyasından keçməlidi həmin xəstəliyinə görə ki qərar verilsin ki həmin şəxs hərbi xidmətə celb oluna bilər bilməz deyə.

Çağırışçıların həzm orqanlarının xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 54-61-ci maddələrinin I qrafasının tələblərinə əsasən funksiyaların pozulma dərəcəsindən asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
TALEH Soruşur Yazılma Tarixi:11.04.2018 13:57:35

Salam Ikinci serencamda olan vetendaslar ayin necesi gedecey ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir və çağırışçılar təyin olunduqları hərbi hissələrə həmin tarixdən etibarən Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələri tərəfindən göndəriləcəklər.
Təbriz Soruşur Yazılma Tarixi:11.04.2018 12:55:18

Salam. Məndə hepatit C var və mən hərbi xidmətə çağırılıb 9 ay xidmət edəndən sonra sülh dövründə yararsız, müharibə dövründə məhdud yararlı təxris olmuşam. Xəstəlik hərbi xidmət dövründə alınmayıb. Mənə bu iş ilə bağlı təzminat düşür və hansı məbləğdə?

Nəzərinizə çatdırırıq ki, Sizin vaxtından əvvəl tərxis olunmağınıza səbəb “Ümumi xəstəlikdir” (şəhadətləndirilən şəxsdə xəstəlik onun hərbi xidmətə çağırılmasına qədər yaranmışdır) olduğundan, Sizə sığorta ödənişinin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
araz Soruşur Yazılma Tarixi:10.04.2018 23:03:05

salam mene ayin 15 ne cagiris vereqesi veribler ne zaman oyrene bilerem hara dusmusem ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.  Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.  
TALEH Soruşur Yazılma Tarixi:09.04.2018 21:38:04

Salam . Eger 20-25 kimi bilineceyse hara dusduyumuz ,onda bele cixirki ayin 20 -nen sonra aparacaglar hamini ? Zehmet olmasa sualmi cacablandirin

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir və çağırışçılar təyin olunduqları hərbi hissələrə həmin tarixdən etibarən Xidmətin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələri tərəfindən göndəriləcəklər
Yaşar Soruşur Yazılma Tarixi:09.04.2018 15:04:56

Salam.Döş qəfəsi deformasiyasi diaqnozu qoyulan biri hərbi xidmətə yararlidirmi?

Çağırışçıların sümük-əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 64-70-ci maddələrinin I qrafasının tələblərinə əsasən aparılır.
Rəvan Soruşur Yazılma Tarixi:08.04.2018 21:00:45

Salam. Hansi herbi hissede, hansi rayonda qullug edeceymi bilmirem. Sms vasitesi ile bilmek olur deyirler. Indiden bilen usaqlarda var. Bes men nece edim?

Qeyd etdiyiniz məsələ ilə bağlı Xidmətin qeydiyyatda olduğunuz yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Elnur Soruşur Yazılma Tarixi:07.04.2018 16:44:03

Salam. 09.04.2011-ci ildə Suraxanı RHK tərəfindən həqiqi hərbi xidmətə göndərilmişəm. Həmin ilin fevral ayında isə Suraxanı RHK tərəfindən dırnaq arası TİBBİ Müayinədən keçmişəm və mənə yararlı olduğumu bildirib hərbi xidmətə göndərilmişəm.18 ay hərbi qulldan sonra 02.10.2012-ci ildə n sayli hərbi hissədən təxris olmuşam. 2016-ci iln dekabr ayında DSX-ya Azərbaycan Ordusu sıralarinda Vətənə xidmət etmək üçün müraciət etmişəm. 2017-ci ilin mart ayında DSX tərəfindən baş idarəyə çağrılmış ve hemin ilin aprel ayında Tibbi Müayinəyə göndərilmişəm. 11.04.2017-ci il tarixində USM müayinəsindən keçərkən sol böyrəyimdə 4sm (40mm) genişlənmə aşkar olunmuş və hərbi xidmətə yararsız olduğumu bildirmişdirlər. Həkim rəyinə görə mən xidmətə yararsız olduğum üçün hərbi xidmətə göndərilməməli idim. Çünki, bu xəstəlik (böyrək genişlənməsi-Hidronefroz Grade III) sonradan qazanılmış deyil anadangəlmə böyrək genişlənməsidir. Əmin olmaq üçün Modern Hospital USM-dən ve daha dəqiqləşdirmək üçün Bakı Sağlamlıq Mərkəzində Kompyuter Tomoqrafiyasından (KT) keçmişəm. Hər iki klinikadada oxşar nəticələr (böyrək genişlənməsi) aşkar olunmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mənim hüquqlarim pozulmuş və məsuliyyətsiz davranaraq məni yararsız olduğum halda hərbi xidmətə göndərən Suraxanı RHK tərəfindən mənə dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb edirəm. Xahiş edirəm ki, bu məsələnin həllində mənə köməklik göstərəsiniz.

Sizin vaxtından əvvəl tərxis olunmağınıza səbəb “Ümumi xəstəlikdir” (şəhadətləndirilən şəxsdə xəstəlik onun hərbi xidmətə çağırılmasına qədər yaranmışdır) olduğundan, Sizə sığorta ödənişinin verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də səhhəti ilə əlaqədar şikayət bildirməyən vətəndaşlara daxili orqanların ultrasəs müayinəsinin aparılması (məcburi) nəzərdə tutulmamışdır. Böyrəklərin inkişaf qüsurunun aşkarlanması yalnız daxili orqanlarının ultrasəs müayinəsi zamanı mümkündür.
Kərəm Soruşur Yazılma Tarixi:06.04.2018 11:54:03

Salam. Öd kisəsinde polip var. (Ölçüsü 1,6mm) Ərizə yazsam könüllü əsgərliyə gedə bilərərm?

“Həzm orqanlarının qidalanma pozulması ilə müşayiət olunmayan xoşxassəli yenitörəmələri” diaqnozla şəhadətləndirilən çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Cədvəldə sətir sayı :13967