Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Məhəmməd Soruşur Yazılma Tarixi:30.09.2019 10:28:27

Salam.Mən əsgərliyə getmək üçün sənədlərin hamısını toplamışam və Voynkomata təqdim etmişəm amma bu saytdakı elektron xidmət vasitəsilə hara düşdüyümü öyrənmək istədikdə məlumat gəlmir. Belə olan təqdirdə hara düşdüyümü necə öyrənə bilərəm ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.




Ülfət Soruşur Yazılma Tarixi:30.09.2019 00:56:17

Oktyabr ayının 15i xidmətə çağırılan şəxslərin harada xidmət edəcəkləri nə vaxt açıqlanır. Səfərbərlik.gov.az saytında baxmışam, belə çağırışçı yoxdur deyir.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.




Əli Soruşur Yazılma Tarixi:29.09.2019 19:44:56

Salam mən 06.08.2001 ildə doğulmuşam. Oktyabr 2019 xidmətə yollanmalıyam. Xaiş xidmət edəcəyim hərbi hissə haqqında məlumat verərdiniz.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.




Arif Soruşur Yazılma Tarixi:29.09.2019 11:32:09

Hansı Hərbi HissəyəbTəyin Olunmuşam?

Bildiririk ki, Sizin sağlamlıq, ailə vəziyyətinə görə və digər əsaslarla həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnuz olmadığına görə müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə təyin edilmisiniz.
Samir Soruşur Yazılma Tarixi:28.09.2019 19:13:19

Salam gerbi hisseye yola dusen cagirisci herbiye yola dusmemisden bir nece gun evvel zedelenerse nece olur?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz Saatlı rayon şöbəsinə müraciət etməyinizi tövsiyə edirik.




Əli Soruşur Yazılma Tarixi:27.09.2019 16:45:46

Salam mənə oktyabrın 1-nə çağrış gəlib mən sms göndərdim cavabda deyir belə çağırışçı mövcud deyil

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.




Davud Soruşur Yazılma Tarixi:27.09.2019 14:03:18

Oktyabırın 1-i hərbi xidmətə gedirəm hansı hərbi hissədə xidmət edəcəm ?

Bildiririk ki, Sizin sağlamlıq, ailə vəziyyətinə görə və digər əsaslarla həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnuz olmadığına görə müddətli həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə təyin edilmisiniz.
Tacir Soruşur Yazılma Tarixi:27.09.2019 13:16:38

SALAM MƏNƏ MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏTİ HARDA KEÇƏCƏYİM BARƏDƏ MƏLUMAT VERİLMİYİB DAXİLİ QOŞUNLARA TƏYİN EDİLMİŞƏM AMA HARDA KEÇƏCƏYİM GƏLMİYİB ZƏHMƏT OLMASA DEYƏ BİLƏRSİZ?TƏŞƏKKÜRLƏR

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına müraciət etməyinizi tövsiyə edirik.
seymur Soruşur Yazılma Tarixi:27.09.2019 13:13:12

Salam.Ailənin tək oğlan övladı və ali təhsili olan həbi çağırışda nisbətən də olsa ön cəbhəyə düşməməsi nəzərə alınırmı

Övladınız Əkbərli Orxan Seymur oğlu müddətli həqiqi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daxili bölgüsünə əsasən 193 saylı hərbi hissəyə təyin edilmişdir. Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.
Cümşüd Soruşur Yazılma Tarixi:27.09.2019 12:48:19

Siz muddetli həqiqi hərbi xidmət keçmək ucun daxili qosunlara təyin edilməsinin Vətənin keşiyində mərd dayan Azərbaycan əsgəri mən bilmək istəyirəm hansı hərbi hissədə xidmət edəcəm xaiş edrem deyerdizde

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına müraciət etməyinizi tövsiyə edirik.
Cədvəldə sətir sayı :14897