Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Zahid Soruşur Yazılma Tarixi:17.09.2019 08:59:53

Salam.Mən MN-də gizir hərbi rütbəsində Bakı şəhərində işləyirəm.Ailə vəziyyətimlə əlaqədar olaraq,iş yerimi SHXÇDX-ya dəyişə bilərəmmi?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə və əksinə ezam olunmaları «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 84-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları rəhbərləri arasında razılaşmaya görə hərbi qulluqçunun razılığı ilə həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, Hərbi qulluqçunun xidmət yerinin başqasına dəyişdirilməsi məsələsinə, hərbi qulluqçunun xidmət etdiyi orqanının rəhbərliyinə özünün rəsmi müraciəti əsasında baxılır.
Şahin Soruşur Yazılma Tarixi:16.09.2019 14:50:28

Salam mən şirvan şeherinde hekim yoxlanisindan kecdim lakin gozum birde ureyime gore baki seher Zerife Eliyeva göz klinikasina birde Kardiologiya inistununa getdim lakin hecbir problem olmadigini dediler gozum menfi 1 urey doyuntum ise 104 cixdi akt geldi dediler urey doyuntusu cox olduguna gore yanvar ayina qalir sizce bu mesele dogrudur ?

Müəyyən edilmişdir ki, Sizə Xidmətin Mərkəzi hərbi həkim  komissiyasının qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edilərək 6 (altı) ay müddətinə möhlət verilmişdir. Bildiririk ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz Şirvan şəhər şöbəsinin çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
Hüseyn Soruşur Yazılma Tarixi:16.09.2019 14:30:39

Salam. Mən magistratura pilləsinin 2-ci kursunda təhsil alıram. Buna görə 30.06.2020 tarixinədək hərbi xidmətdən möhlətim var. Lakin mən indi universitet təhsilimi müvəqqəti dondurub könüllü hərbi xidmətə yollanmaq istəyirəm. Bununla bağlı mən nə etməliyəm?

Bildiririk ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.             Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Ramin Soruşur Yazılma Tarixi:16.09.2019 10:49:34

Salam menim oktyabr ayina cağrişim var və mən bilmək isdəyirəm ki hara dusmusem və harda xidmet edecem bununla bağli mene bir cavab yazardiz zehmet olmasa

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında məlumat 30 sentyabr tarixdən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər.
Məhəmmədəli Soruşur Yazılma Tarixi:16.09.2019 09:35:25

Salam. Mən iyul ayı üçün herbi xidmətə gedəcəm deyə yoxlanışdan keçmişdim, məndə guya ki zülal aşkarlanıb (0.06) və mənə isə bu sənə problem olmaz herbi xidmete getmeye deyib sonradan isə sizə 6 ay möhlət vermişik dedilər. Mən dəfələrlə özüm üçün yoxlanışdan keçdim heç bir zülal aşkarlanmırdı. Mən istəyirəm ki, mənə verilmiş 6 aylıq möhlet leğv edilsin, oktiyabr ayı üçün yoxlanışdan keçim və hərbi xidmətə gedim. Sualım isə Mərkəzi Həkim Komissiyasının qərarını ləğvi üçün kimə müraciət edə bilərəm?

Müəyyən edilmişdir ki, Sizə Xidmətin Mərkəzi hərbi həkim  komissiyasının qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “Hərbi xidmətə müvəqqəti yararsız” hesab edilərək 6 (altı) ay müddətinə möhlət verilmişdir.         Bildiririk ki, Sizə verilmiş möhlət müddəti bitdikdən sonra Xidmətin qeydiyyatda olduğunuz Biləsuvar rayon şöbəsinin çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırışa cəlb olunma məsələnizə qanunvericiliyin tələblərinə uyğun olaraq təkrar baxılacaqdır.
SƏMRAL Soruşur Yazılma Tarixi:14.09.2019 21:58:17

Salam men bilmey istiyerdimki astma bronxit diaqnozu alan biri esgerliye gede biler ancagh nece olur yastig dowey yorgan falan tuk olanda toz olanda qawinma olur asqirma elametleri olur sadece 2 defe xestexanada yatib ve xesteliy kagizini vaynkamata vermishdir vaynkamat ise yoxlanisha gonderdi yoxlanishda hal hazirda hech bir patalogiya ashkar olunmadi ancagh chunki indi hal hazirda xeste deyil cavabinizi gozduyurem.

Bildiririk ki, çağırışçıların “bronxial astma” xəstəlik üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 52-ci maddəsinin I qrafasının tələblərinə əsasən tənəffüs çatışmazlığının dərəcəsindən asılı olaraq aparılır. Çağırışçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəsi təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmaması haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
Tahir Soruşur Yazılma Tarixi:02.09.2019 22:29:59

Salam. Mən 2017 ci il dekabr ayında SHXÇDX qulluğa qəbulla bağlı elektron qaydada müraciət etmişəm müraciətimə baxılıb və məni kadrlar şöbəsinə dəvət etmişdilər.Ailə vəziyətimlə əlaqədar olaraq həmin müddətdə gələ bilməmişəm.Bilmək isdərdim ki mən yenidən elektron qaydada müraciət etməliyəm yoxsa kadrlar şöbəsinə tapşırılan sənədləri götürüb yaxınlaşa bilərəm?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulu, keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrinə, eləcə də fiziki hazırlıq göstəricilərinə (qəbul olunmuş normativlərə) uyğun olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyəsi və dünya görüşü yoxlanılır. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi – 30.
Emil Soruşur Yazılma Tarixi:30.08.2019 10:58:06

Salam mən İsayev Emil Əli oğlu Lerik rayonu Mondigah kənd sakiniyəm , ali təhsilliyəm bu il ali təhsilimi başa vurmuşam iyul ayinda əsgər getməliydim , lakin 16 yaşda aktim olum xəstə olmusam deyə , məni yoxlanisa göndərdilər hazirda sap- saglamam hecnəyim yoxdur ,lakin Rayon səfərbərlik xidmətindən mənə deyirlər yenidən yoxlanişa gondərəcəyik səni ,yenidən göndərəcəklər problem deyil saglamam hec bir qusurum,xəstəliyim yoxdur . Hamı kimi məndə Vətənimə xidmət etmək istəyirəm, özum BDU riyaziyyat müəllimliyini bitirmisəm və mən dərs dediyim məktəbdə şagirdlərimə vətən ikinci anadir , vətənə xidmət etmək hamımızın borcudur deyə bilim , xidmətə getməsəm mən bir vətandaş kimi öz borcumu yerinə yetirə bilməyəcəm və bir muəllim kimidə şagirdlərə hansi haqla vətənə xidmətdən danisa bilecem , Xahis edirəm çox xahis edirəm ki, bu barədə tədbir görulsun və mən xidməti borcumu yerinə yetirim . Bilmək isdəyirdim mən oktyabr ayinda əsgər gedəcəm ? 22.09.1997 təvəlludluyəm İsayev Emil Əli oglu

Bildiririk ki, Sizin barənizdə yekun qərarın təsdiq edilməsi üçün Xidmətin Lerik rayon şöbəsi tərəfindən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız.          Müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Lerik rayon şöbəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Emil Soruşur Yazılma Tarixi:29.08.2019 22:45:57

Salam mən İsayev Emil Əli oğlu Lerik rayonu Mondigah kənd sakiniyəm , ali təhsilliyəm bu il ali təhsilimi başa vurmuşam iyul ayinda əsgər getməliydim , lakin 16 yaşda aktim olum xəstə olmusam deyə soradan sagalmisam hec bir problemim qalmayib dəfələrlə muayinədən kecmisəm, məni yoxlanisa göndərdilər hazirda sap- saglamam hecnəyim yoxdur ,lakin Rayon səfərbərlik xidmətindən mənə deyirlər yenidən yoxlanişa gondərəcəyik səni ,yenidən göndərəcəklər problem deyil saglamam hec bir qusurum,xəstəliyim yoxdur . Hamı kimi məndə Vətənimə xidmət etmək istəyirəm, özum BDU riyaziyyat müəllimliyini bitirmisəm və mən dərs dediyim məktəbdə şagirdlərimə vətən ikinci anadir , vətənə xidmət etmək hamımızın borcudur deyə bilim , xidmətə getməsəm mən bir vətandaş kimi öz borcumu yerinə yetirə bilməyəcəm və bir muəllim kimidə şagirdlərə hansi haqla vətənə xidmətdən danisa bilecem , Xahis edirəm çox xahis edirəm ki, bu barədə tədbir görulsun və mən xidməti borcumu yerinə yetirim , Təşəkkürlər Bilmək isdəyirdim mən oktyabr ayinda əsgər gedəcəm?

Bildiririk ki, Sizin barənizdə yekun qərarın təsdiq edilməsi üçün Xidmətin Lerik rayon şöbəsi tərəfindən şəxsi işiniz ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqsınız.          Müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Lerik rayon şöbəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Xəlil Soruşur Yazılma Tarixi:13.08.2019 21:53:05

Salam 07.08.2001 Təvəllüdlüyəm Avqustun 7 si 18 Yaşım Tamam Oldu Bilmek İstiyiremki Vayonkamantdan Cağırış Vereqesini Vermek Ücün Hansı Tarixde Cağıracaqlar

Bildiririk ki, 18 yaşı 2019-cu ilin avqust ayında tamam olmuş vətəndaşlar həmin ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.
Cədvəldə sətir sayı :14897