Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Rauf Soruşur Yazılma Tarixi:01.04.2018 18:39:48

Salam hara düşdüyümü örgenmek isdeyirem dövlət sərhəd xidmətinə düşmüsüz yazılıb ,amma bilmirəm hansı rayona düşmüşəm

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. 
Elçin Soruşur Yazılma Tarixi:01.04.2018 18:39:19

Quba rayon şöbəsində qeydiyyatda olan Aydın Bəhrəmli Mirağa oğlu əsgərliyini hansı rayon və ya şəhərdə keçirəcək?

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. 
Həsən Soruşur Yazılma Tarixi:01.04.2018 18:32:05

Salam mən aprelin 20-si hərbi xidmətə gedirəm, sizin xidmətin saytına öz məlumatlarını dəqiq yazıram, belə çağrışçı olmadığını deyir. Bunun səbəbi nedir?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rauf Soruşur Yazılma Tarixi:01.04.2018 18:29:27

Düşdüyüm yeri bilmək isdiyirəm hansı rayona

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.           Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması cinayət məsuliyyətinə səbəb olur. 
Natiq Soruşur Yazılma Tarixi:01.04.2018 14:25:53

salam. Öd əməliyyatından sonra ödü götürülmüş şəxs əsgərliyə yararsız hesab edilir?

Cərrahi xəstəliklərə görə aparılmış operativ müdaxilələrdən sonra fəsadlaşmalar olmadıqda, müalicə müəssisəsindən çıxarıldıqdan sonra hərbi xidmətə çağırış zamanı vətəndaşların 3 ay müddətinədək müvəqqəti yararsızlığı haqqında qərar çıxarılır. Əlavə olaraq bildiririk ki, çağırışçıların “Öd kisəsinin çıxarılmasından sonrakı vəziyyət” diaqnozu ilə tibbi şəhadətləndirilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 58 “b” maddəsinin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı çıxarılır.
ZAMİN Soruşur Yazılma Tarixi:01.04.2018 13:43:38

Mən Aprelin 3-ü Xidmətə Gedirəm. Hansı Qoşun Növündə Qulluq Edəcəyimi Bilmək İstəyirəm.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Niyaməddin Soruşur Yazılma Tarixi:01.04.2018 07:21:21

Salam men hara duwduyumu bilmey isdiyirem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
TALEH Soruşur Yazılma Tarixi:01.04.2018 01:00:12

Salam . Menim senetderim hazirdi nece bile bileremki herbiye gedecem ?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1 maddəsinə əsasən, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında həqiqi hərbi xid-mətlərə könüllü daxil olurlar.           Odur ki, müraciətdə qeyd etdiyiniz məsələ ilə əlaqədar topladığınız sənədlərlə şəxsən aidiyyəti dövlət orqanına və ya hərbi hissə komandanlığına  müraciət etməyiniz tövsiyə olunur.
FAMİL Soruşur Yazılma Tarixi:31.03.2018 20:53:15

Salam men bir şeyi bilmey isdiyirdim mənim iyulun 21 i 18 yaşım tamam olur məni ayin axirina kimi aparacaglar ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Namiq Soruşur Yazılma Tarixi:31.03.2018 15:42:21

Salam.Mən ailəliyəm və yoldaşım 1-ci qrup əlildir,hərbi komissarlıqdan sənədləri gətirməyimi istədilər.mənə möhlət hüququ neçə müddətlik veriləcək və yaxud verilməyəcək ? bunun üçün hansı sənədləri təqdim etməliyəm?

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 23 dekabr tarixli 274-IVQ nömrəli Qanununun 19.1.3-cü maddəsinə əsasən, himayəsində I qrup əlil arvad olan çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət (35 yaşadək) verilir. Tələb edilən sənədlərlə bağlı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :13967