Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Taleh Soruşur Yazılma Tarixi:19.04.2018 20:28:13

Salam. Mene aprelin 23 ne cagiris vereqesi gelib. Menim saglamligimla bagli problemim var. Saytda hansi casta dusduyumu bilmekcun cedveli doldururam yazilir ki bele bir cagirirsci yoxdu. Bu barede zehmet olmasa melumat vererdiz

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Arazxan Soruşur Yazılma Tarixi:19.04.2018 18:54:32

Men hal hazirda kollec oxuyuram iyulda heqiqi herbi xidmete çagirilacam 06.03.1998 teveludluyem boyum 1.90.çekim 79 kq men pirizident qvardiyasina duşmek uçun ne etmeliyem

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Ülvü Soruşur Yazılma Tarixi:19.04.2018 13:45:39

Salam. Mən ehtiyatda olan leytenantam.SHXÇDX-də xidmət etmək istəyirəm. Zehmet olmasa deyin hansı sənədlər lazımdı və hara göndərməliyəm. Saq olun

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, istəyinizdən aslı olaraq müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Həsən Soruşur Yazılma Tarixi:19.04.2018 12:05:36

ayin 20 si herbi xidmete gedecem harda xidmet edeciyimi bilmek istyrem sizin saytda melumatlari yaziram gelmir

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 24-26 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Qurban Soruşur Yazılma Tarixi:18.04.2018 15:42:34

Salam men iyulda herbi xidmete gedirem bilmek isteyirdim ki, tibbi muayineden ne vaxt? kececem.

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2018-ci ilin iyul çağırışına hazırlıq may və iyun aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 iyun 2018-ci il tarixdə başa çatdırılır.
Qurban Soruşur Yazılma Tarixi:18.04.2018 15:35:46

Salam men iyulda herbi xidmete gedecem bilmek isteyirdim ki, tibbi komissiyadan ne vaxt? kececem.

Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2018-ci ilin iyul çağırışına hazırlıq may və iyun aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 iyun 2018-ci il tarixdə başa çatdırılır.
Zahid Soruşur Yazılma Tarixi:18.04.2018 15:26:29

Salam. Ayaq dirnaqlarinda xestelik var .dirnaqlar churuk emele gelir.bir nece defe mualice etsekde amma yenede dirnax curuk qalib. Hetta defelernen cixarilsada yerine yenede curuk dirnax bitibdi.daima yungul ve yumshax ayaqqbilardan isdifade edif.zehmet olmasa deyerdiz bilek.bele xesteliknen herbi xidmete yararli sayilir yoxsa yox? Onuda deyimki hett 2 il bu xesteliye gore saxlayiblar ama sagalmayib.indi ise herbi xidmete cagiriblar.bu ne derecede duzgundu xahish edirem etrafli sualimi cavablandirasiz.evvelceden teshekkurler.

“Ayağın digər deformasiyaları: funksiyaların cüzi dərəcədə pozulması ilə” olan çağırışçılar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilirlər.
Həsən Soruşur Yazılma Tarixi:18.04.2018 11:26:53

Ayin 20 si herbi xidmete gedecem harada xidmet edeceyimi bilmek istyrem sizin saytinda gonderilen melumata uygun cagriwci yoxdur yazilir

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 23-25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Elşən Soruşur Yazılma Tarixi:16.04.2018 19:33:45

salam mən əsgərlikdən 68c maddəsi ilə ehtiyyata bıraxılmışam 2012ci ildə indi könül lü olaraq hərbi xidmətə getmək isdəyirəm.necə edə bilərəm?

Nəzərinizə çatdırırıq ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasının Qanunu”nda “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı”dır qərarı ilə vaxtından əvvəl həqiqi hərbi xidmətdən ehtiyata buraxılan vətəndaşların təkrar müddətli həqiqi hərbi xidmətə çağırılması nəzərdə tutulmamışdır. 
İzzət Soruşur Yazılma Tarixi:16.04.2018 15:22:31

Salam mən hara düşmüşəm hansı çasta düşmüşəm bu haqda məlumatı mənə göndərində zəhmət olmasa

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 23-25 aprel tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :13967