Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Mirələm Soruşur Yazılma Tarixi:19.10.2019 11:21:31

salam. Mən Lənkaran rayon Veravul kəndində anadan olmuşam 2011 ci il Oktyabr ayinin 2 si hərbi xidmətə getmişəm. hərbi hissəni özbaşina tərk etdiyim üçün və özünə xəsarət yetirməylə bağli haqqimda cinayət işi acilib və 2013 may ayinin 4 u həps qəti imkan tədbiri gorülüb. cəzami çəkib çixmişam indi vainkamat mənə hərbi bilet vermək üçün deyir əsgər getməlisən men qəbul edirəm gedim göndərsinlər. ama göndərmir heç bir irəliləyiş yoxdur. xaiş edirəm mənə cavab verəsiniz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.5-ci maddəsinə əsasən, Qanunla müəyyən edilmiş qaydada hərbi xidmət müddəti başa çatmamış və müddətli həqiqi hərbi xidmət dövründə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları (şərti məhkum edilmiş şəxslərdən və bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa), məhkumluğu ödənildikdən (üzərindən götürüldükdən) sonra, müddətli həqiqi hərbi xidmətə çağırışın son yaş həddinə çatmamışlarsa və onlar hərbi xidmətə yararlı hesab olunarlarsa, müddətli həqiqi hərbi xidmət müddətinin çəkilməmiş hissəsini keçmək üçün hərbi xidmətə çağırılırlar.             Əlavə olaraq bildiririk ki, Sizin xidmət müddətinizin dəqiqləşdirilməsi üçün Xidmətin Lənkəran rayon şöbəsi tərəfindən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə 06.09.2019-cu il tarixdə sorğu məktubu göndərilmişdir. Sorğunun cavabı Xidmətin Lənkəran rayon şöbəsinə daxil olduqdan sonra xidmətinizin qalan hissəsini keçməyiniz üçün müddətli həqiqi hərbi xidmətə göndərilmə məsələnizə qanunamüvafiq qaydada baxılacaqdır.
Ələs Soruşur Yazılma Tarixi:19.10.2019 02:15:44

Salam sizden sualim odurki men 23 hara gedecem bu sms le bildirilmeyib hara dusduyumude bilmirem ondan elave esgerlik ceki limiti var varsa ne qederdir?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytına (http://www.seferberlik.gov.az/) daxil olaraq “Elektron Xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” altbölməsində çağırışçının adı, soyadı, atasının adı, təvəllüdü və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu idarə, şöbə və ya bölməsini daxil edərək çağırışçının xidmət edəcəyi qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilərsiniz.
Anar Soruşur Yazılma Tarixi:18.10.2019 17:19:23

salam, bilmək istərdim məndə 1ci dərəcəli Skolioz 2ci dərəcəli kifoz ve 2ci dərəcəli bel hiperlordozu var birdə 2ci dərəcəli yastipəncəlik, bilmək istərdim əsgərliyə yararli sayiliram?

Hərbi xidmətə çağırış zamanı “I mərhələ skolioz” aşkar edilən vətəndaşlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 66 “ç” bəndi ilə hərbi xidmətə yararlı hesab edilirlər. Ayağın orta hissəsi oynaqlarının II mərhələ deformasiyaedici osteoartrozu olmadıqda çağırışçılar II dərəcəli yastıayaqlılıqla: boylama içəri tağın bucağı 141-155 dərəcə, tağın hündürlüyü 24-17 mm-dir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır. A-3” hesab edilirlər.
Azər Soruşur Yazılma Tarixi:18.10.2019 11:28:11

Salam. Hansi herbi hisseye duwmeyimi bilmey ucun Tewkilat Seferberlik Idaresinin qaynar xettine zeng etmey mumkundu? Eger mumkunduse elaqe nomrelerini yazardiz zehmet olmasa.

Bildiririk ki, çağırışçılar 21.10.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.           Əlavə olaraq qeyd edirik ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.           Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Elşən Soruşur Yazılma Tarixi:18.10.2019 01:48:53

sizdən xahişim ayn 18 innen o terefe keçməsin tez açıxlıyun hara düşdüymüzü. 1 aydı gözlüyürem hələ gəlib çıxmıyıb mesaj

Bildiririk ki, Siz müddətli həqiqi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin daxili bölgüsünə əsasən müvafiq saylı hərbi hissəyə təyin edilmisiniz. 
Məhəmmədəli Soruşur Yazılma Tarixi:18.10.2019 00:56:01

Salam men oktyabirda esger gedirem amma hele bilinmir hara duwmuwem

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.
Amil Soruşur Yazılma Tarixi:18.10.2019 00:26:04

Salam 20si qeyri iş günüdür.Saytda dəqiq yerləşdiriləcək??

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti 22 oktyabr  tarixdən etibarən aktivləşir. Əlavə olaraq bildiririk ki, çağırışçılar 21.10.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
MURAD Soruşur Yazılma Tarixi:17.10.2019 13:25:31

salam menim 18 yaşim yanvar aynin 23 də tamamlanacaq mənə hərbi çağiriş hamsi ayda gələcək

Bildiririk ki, 18 yaşı 2020-ci ilin yanvar ayının 23-də tamam olan vətəndaşlar həmin ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.  
ilham Soruşur Yazılma Tarixi:16.10.2019 21:41:28

salam mən oktyabrda getməliyəm hələm yerim cixmayib niyə bütün sənədlərim hazrdi

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Elsevər Soruşur Yazılma Tarixi:15.10.2019 12:01:39

Salam mən tərcümə (ingilis dili) fakültəsini bitirmişəm,SHXÇDX-nə iş üçün müraciət edə bilərəm və necə?

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə və ya işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Cədvəldə sətir sayı :14897