Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Xəyal Soruşur Yazılma Tarixi:09.10.2019 22:03:03

Salam.Mən Əliyev Xəyal Azər oğlu 20.11.1997 . Səfərbərlik xidmətinin Ağdam rayon şöbəsindən may ayının 27 də həkim komissiyasına çağrıldım yoxlanış zamanı döş qəfəsinin sağ şöbəsində 2 çi dərəcəli Skolioz təyin olundu və İyul çağırışnda aparlımadım hərbi xidmətə.Yenidən sentyabr ayının 3də yenidən həkim komissiyasına çağırıldım və yenə 2 ci dərəcəli skolioz təyin olundu bu dəfə hələ deformasiya bucağı birazda artmışdı .Ancaq mənə Səfərbərlik xidmətindən elektron ünvanından sülh dövrünə yararsız deyildi .İndi xahiş edirəm məlumat verərdiniz ki səfərbərlik xidməti yararsız deyirsə necə olur ki mən Daxili Qoşunlara təyin olunmuşam .Sağ olun.Xahiş edirəm müraciətimi nəzərə alasınız.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın düzgünlüyünün yoxlanılması üçün, Siz 11.10.2019-cu il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz. Siz 16.10.2019-cu il tarixdə sərəncamla təyin olunduğunuz Daxili Qoşunların hərbi hissəsinə təhvil verilmisiniz.
Şamil Soruşur Yazılma Tarixi:09.10.2019 21:40:05

Salam. men Həkim rəyinin cavabını hardan və necə ala bilərəm ? Möhlət hüququm var yoxsa yararsız ollaraq qeydə alınmışam?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün şəxsi işiniz Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqdır. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Tural Soruşur Yazılma Tarixi:09.10.2019 03:29:04

Salam mənim 7 il dövət qulluğu stajım var, dərəcəm 2-ci dərəcədir, öz ərizəmlə işdən azad olunmuşam. Fakültəm iqtisadiyyatın idarə edilməsi, ixtisasım isə menecmentdir.Mən SHXÇDX-nın yerli bölməsində hərbi və ya mülki işçi kimi çalışa bilərəmmi?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vakant vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, Sizin işə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün hesab edilməmişdir.




HÜSEYN Soruşur Yazılma Tarixi:08.10.2019 18:26:44

Salam men oktyabrin 21-i esger gedecem.Helede hansi herbi hissede qullug edeceyim belli dour.20-24 u belli olacay deyirler.Men 21-i gedende yolda oyrenecem hara gedeceyim barede?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.




Məhəmməd Soruşur Yazılma Tarixi:08.10.2019 00:39:00

Salam men oktyabr 21 esger gedecem amma mene hec bir mesaj gelmiyib hara dusduyumu deye bilersizmi resmi seyfede melumatlarida doldurdum amma hara dusduyumu gorsetmedi zehmet olmasacavab versizde bu sualima onceden tesekkurler

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.




Ayaz Soruşur Yazılma Tarixi:07.10.2019 23:19:33

Salam mən oktyabr 5 18 oldu mənə vaykamatdan dedilər 2 apravkaya qaldiz indi cavablar nə vaxt çıxacaq hara düşdüyüm nə vaxt bilinəcək və mən dəqiq gedəcəm onun haqqında məlumat almaq istiyirem

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.




Heydər Soruşur Yazılma Tarixi:07.10.2019 21:03:43

Salam mənim çəki azlığına görə getməyimdə prablem var idi indi hansı hərbi hissəyə təyin olmuşam xaiş edirəm cavablandırasız

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz rayon idarə,  şöbə və ya bölməsinə müraciət etməyinizi tövsiyə edirik.




Kənan Soruşur Yazılma Tarixi:07.10.2019 19:16:44

Salam mən hansı hərbi hissəyə düşmüşəm?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.




İkram Soruşur Yazılma Tarixi:05.10.2019 22:13:57

Salam işe qebul imtahani hansi tarixdedir ve qeydiyyatdan nece kecmek olar?

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə və işə qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, işə qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra işə qəbulla bağlı namizədliyinizə baxıla bilər.




Cavid Soruşur Yazılma Tarixi:05.10.2019 18:31:54

evvele salam ayin 8zi esger gedirem ama dusduyum her hakda melumatim yoxdu 9100 mesaj gonderdim sadece DSX dovlet serhet xitmeti yazilmiwdi ama hansi rayonda xitmetde olacaxim hakdaa melumat yoxdu idi seyfenizde eledim eyni sey yazidi yene hansi rayonda olacaxim hakda melumat yox idi siz deye bilersizmi hansi rayonda xitmet edecem ?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik.




Cədvəldə sətir sayı :14891