Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nicat Soruşur Yazılma Tarixi:19.07.2019 11:56:09

Bu il qəbul olduğum magistratura təhsilimi dondurub iyul çağırışında hərbi xidmətə gedə bilərəm?

Bildiririk ki, Sizin eyniməzmunlu müraciətiniz 19.07.2019-cu il tarixdə tərəfimizdən cavablandırılmışdır.
Cəlal Soruşur Yazılma Tarixi:19.07.2019 04:09:51

salam yazmisiniz ki 25 i bilinecek hara dusmusen lakin men 22si yazilib poviska nece olur

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Cahangir Soruşur Yazılma Tarixi:19.07.2019 03:18:36

Salam 22iyul tarixinə çağırış gəlib lakin universitetdə oxuyuram(magistr 1ci kurs) maddi vəziyyətlə əlaqədar olaraq ərizə yazaraq könüllü şəkildə xidmətə yollanmaq istəyirəm sadəcə ərizə yazmaq kifayət edir? dəqiq hərbi xidmətə yola düşəcəm ?Allahın izni ilə

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
İlham Soruşur Yazılma Tarixi:19.07.2019 02:22:06

Salam cagiris veregesinde iyulun 22 si yazilib, 22 si voenkomata gedsem aparacaglar yoxsa hara dusduyum yeri bilennen sonra aparacaglar telefona sms gelmiyib

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Elxan Soruşur Yazılma Tarixi:18.07.2019 20:30:50

2ci çağırışçılar üçün yerlərin təyin olunması 20-25 iyul tarixlərində açıqlanacaq yoxsa sadəcə 25 iyul tarixində?

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Məmməd Soruşur Yazılma Tarixi:18.07.2019 20:06:52

Salam.Digər suallara cavab olaraq hara düşdüyümüz barədə növbəti məlumat 20-25 iyul tarixində veriləcəyi deyilirdi indi amma 25 iyul tarixənnən etibarən deyilir 20-25 aralığında sms vasitəsiylə bildiriləsi deyil?

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Rahib Soruşur Yazılma Tarixi:18.07.2019 19:11:47

Salam Men xirdalanda yasiyiram. Nizami Rayon Vayinkamatina prapskayam Onlar meni Herbi xidmete Cagiris edibler. Aile vezyetimi agirdir ailede 2neferik anamla yasiyiram anam xestedir Eve men baxiram. ev seraitimiz Ve aile vezyetimiz Pis oldugu ucun herbi xidmetden mohlet almaq ucun yaxud Aile vezyetimiz yaxsi olmadigina Herbi xidmete getmemek ucun hara muraciet ede bilerem mene komek etsinler?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələblərinə əsasən verilir.
Zakir Soruşur Yazılma Tarixi:18.07.2019 19:09:26

Mən 2019 cu ildə magistatura pilləsinə daxil olmuşam, hərbi xidmətə getmək üçün könüllü olaraq ərizə yazmışam bilmək isdəyirəmki univəristetdən mölət hüququ almaq üçün valideyinlərimə hansı sənətlər lazımdı?

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Cavid Soruşur Yazılma Tarixi:18.07.2019 15:17:58

salam men qanunen ayin 20si esger getmeliyem amma helede hara dusduyum haqqinda mene melumat gelmeyib ne etmeliyem?

Bildiririk ki, çağırışçılar 19.07.2019-cu il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Həmid Soruşur Yazılma Tarixi:18.07.2019 14:50:51

Salam. Mən Rzayev Həmid Rəşid oğlu.Hərbi Biletimi itirmişəm. Sabunçu rayonunda qeydiyyatdayam. 2008-2009 illərdə hərbi qulluqda olmuşam. Hərbi biletimi necə bərpa edə bilərəm.

Portala daxil olan müraciətinizlə bağlı bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən etinasız saxlanılması nəticəsində hərbi bilet korlandığı və ya itirildiyi halda, inzibati məsuliyyətə cəlb edilməklə (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 607-ci maddəsi: xəbərdarlıq edilir və ya əlli manat məbləğində cərimə edilir) tələb olunan sənədlər əsasında hərbi vəzifəlinin hərbi qeydiyyatda olduqları yer üzrə Xidmətin struktur bölmələri tərəfindən yeni hərbi bilet verilir. Qeyd: İtirilmiş və ya korlanmış hərbi biletin əvəzinə yeni hərbi biletin verilməsi üçün hərbi qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinə şəxsən müraciət etməyiniz məqsədəuyğundur.
Cədvəldə sətir sayı :14897