Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vüqar Soruşur Yazılma Tarixi:10.07.2019 03:30:01

Vayenkomatda sonra həkimlər məndən niyə soruşurlar ki əsgərliyə getmək istəyirsən?

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən çağırışçıların məcburi tibbi müayinədən keçirilmələri barədə rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən qərar qəbul edilir.
İlham Soruşur Yazılma Tarixi:09.07.2019 18:08:15

Cənab general leytenant sualım ondan ibaretdir ki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində gözətçi çağırış bölməsinin bütün işlərini görür . Cagiriscilari herbi hissələrə aparir. Bu nə dərəcədə düzgündür.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələ ilə əlaqədar olaraq müvafiq araşdırma aparılır və araşdırmanın nəticəsinə uyğun olaraq tədbirlər görüləcəkdir.
İbrahim Soruşur Yazılma Tarixi:09.07.2019 16:43:11

Salam menim belimdə 4.5 milli yirtiq ve skalioz var. 2 dereceli onurga eyriliyi.. meni 3 il saxliyib ve bu ay mene (nevrocerrahiye ) hekim saglam yazib . Hekime pul vermediyim ucun meni Herbi xidmete yararli yazib və bu ayin iyul 25 i esgerliye gedecem.. bu ne qeder duzgundur? Belimde agrilar olur hergun tez tez ... men bu agrilar ile esgerlikde ne edecem ??vainkamata deyirem ki bes menim xesteliyim var . Deyir bizdik bişey yoxdur hekim saglam yazib... Bunun mesuliyyetini kim daşayacaq??

Məlum olmuşdur ki, Siz 2019-cu ilin iyul çağırışına hazırlıqla əlaqədar Abşeron rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə müayinəyə göndərilmisiniz. Müayinə nəticəsində təyin olunmuş diaqnoza müvafiq olaraq, Siz rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Hərbi xidmətə yararlıdır” hesab edilmisiniz.
Kamal Soruşur Yazılma Tarixi:09.07.2019 07:43:33

Salam. Mən hazırki tarixdə hərbi xidmət üçün qeydiyyatdan keçmişəm. Lakin mənim ailəmdə sağlamlıq problemləri yaranıb. Anam 2ci qrup əlildir və son vaxtlarda xəstəliyi ilə bağlı problemlər müşahidə edirik. Mənsə evin tək oğluyam və ona görə də valideynim bu xəstəliyi zamanı qayğısına qalmaq üçün yanında olmalıyam . Bu məsələ ətrafında möhlət hüququ ala bilərəmmi ?

Bildiririk ki, həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələblərinə əsasən verilir.
Tural Soruşur Yazılma Tarixi:08.07.2019 21:36:33

Salam Men 1999 Təvəllüdyem fuzuli rayon qediyatındayam kalleci bitirmişem. Hal haxırda men çağlrış bayrede heç ne gönderilmeyim.Men hansı ay çağırş gelecek?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar Xidmətin qeydiyyatda olduğunuz Füzuli rayon bölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Əliəkbər Soruşur Yazılma Tarixi:08.07.2019 20:56:42

Salam.Məndə ürək döyüntülərinin artması ilə müşayiət olunan fobik nevroz adı verilən xəstəlik var.Mənə hərbi xidmətdən möhlət veriləcək?

Diaqnozun təyini stasionar müayinədən sonra qoyulur və hərbi xidmətə yararlılıq kateqoriyası həkim  tərəfindən təyin olunur.
Vaqif Soruşur Yazılma Tarixi:08.07.2019 00:58:54

Salam.Mene iyul ayının 10na çağırış verilib lakin hara dusduyumnen bağlı heçbir melumat verilmiyib.saytinizda axtarış edirəm,9100a şəxsiyyət vesiqemin seriyasını atıram melumatlara uyğun çağırışçı tapılmır deyir.Mene bu haqda melumat vermeyinizi xahiş edirəm.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Ümüd Soruşur Yazılma Tarixi:06.07.2019 22:33:51

men eger 20 si gedecemse niye menim hara duwduyum 20 si melumat verilmelidir men niye evvelceden melumatlanmiram hara duwduyum barede ...?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 iyul tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Əliəkbər Soruşur Yazılma Tarixi:06.07.2019 22:32:16

Salam.Psixoloji olaraq sağlam olmayanlara möhlət hüququna malikdir?Möhlət nə qədərdir?

Diaqnozun təyini stasionar müayinədən sonra qoyulur və hərbi xidmətə yararlılıq kateqoriyası həkim  tərəfindən təyin olunur.
Kənan Soruşur Yazılma Tarixi:06.07.2019 04:23:04

Salam.Men İyul 2019 çağırışçısıyam.25.06.19 tarixinde mesaj geldiki DSX teyin edilmisiniz.Lakin vayonkamatdan ne zeng gelir , ne de birşey ? Menim tanıdığım dsx tanışlarımı ayın 30u zeng edib çağırmışdıla ayın 1i amma hələ ki, mənim DSX təyin edilməyimdən bir xəbər vermirlər vayonkamatdan.Bunu necə öyrənə bilərəm ki , ne vaxt zeng gelecek vayonkamatdan mene o vaxt gedim ? Ayın 10u axrıncı yol avtobusu gedir.

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar olaraq Xidmətin qeydiyyatda olduğunuz Qaradağ rayon idarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Cədvəldə sətir sayı :14897