Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Elnur Soruşur Yazılma Tarixi:03.07.2019 23:16:09

Salam.Məndə onurğu əyriliyi skalyoz var.Ərizə yazaraq könüllı xidmət edə bilərəmmi?

Bildiririk ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Əlavə olaraq qeyd edirik ki, həqiqi hərbi xidmətə çağırılmış çağırışçılar  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin sağlamlıq vəziyyətinə dair əlavə tələblər cədvəli nəzərə alınmaqla tibbi müayinə olunurlar.
Kənan Soruşur Yazılma Tarixi:03.07.2019 12:16:47

Salam aleykum men imisli rayonundanam men MN100 HERBI HISSEYETEYIN OLMUWAM AMA BILMIREMKI (MN) nedi ne demekdi yaqinki melumat vereceksiz bu barede birdeki 100 herbi hissenaxcivandi ama bilmirem ki ordamenzunyet nece defe verilir xayiw edjrem melumat veresiz evvelcedenvar olun

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
İlkin Soruşur Yazılma Tarixi:03.07.2019 11:35:38

salam ,bilmək istəyirdim ki, magistratura səviyyəsində ali təhsilin hərbi xidmət keçirmək üçün müsbət tərəfləri varmıdır və varsa nələrdir?

Bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər. Ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Əliman Soruşur Yazılma Tarixi:02.07.2019 20:12:57

Salam. Mən iyul ayı çağırışçısıyam lakin nə qədər yoxlasam da har düşdüyümü öyrənə bilmirəm. Bunu nə zaman öyrənə biləcəyimi deyə bilərsiz?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
İmran Soruşur Yazılma Tarixi:02.07.2019 18:23:50

Salam,mən Xəıilov İmran Qacar oğlu,01.06.2019 tarixinə çağırış vərəqəsi gəlib.Universitet bitirmişəm və dörd il ərzində kəsrim yoxdu.Lakin diplom alacağım üçün verdiyim imtahandan keçə bilməmişən,indi əsgərlik müddətim 1 il 6 ay olacaq?

Bildiririk ki, Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsinə əsasən, ali təhsilli çağırışçılar təqvim hesabı ilə 1 il, qalan çağırışçılar isə 1 il 6 ay müddətli həqiqi hərbi xidmət keçirlər. Ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları təhsil müəssisəsindən verilmiş diplomun notarial qaydada təsdiq edilmiş kserosurətini xidmət etdikləri hərbi hissəyə təqdim etdikdə onlar 1 ildən sonra ordu sıralarından tərxis olunurlar.
Məzahir Soruşur Yazılma Tarixi:02.07.2019 15:41:33

Salam mənim adim qasimov məzahirdi xais edirem mənə hara duseceyim haqda məlumat veresiz

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz. Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Nicat Soruşur Yazılma Tarixi:02.07.2019 13:01:31

Salam,mənim atam 1ci qrup əlildir,qardaşım isə hərbi məktəbdə təhsil alır, bu zaman mənə möhlət hüququ verilə bilərmi?

Bildiririk ki, sizə ailə vəziyyətinə görə möhlət verilməsi məsələsi Mərkəzi Çağırış Komissiyasına təqdim ediləcəkdir.
Faiq Soruşur Yazılma Tarixi:02.07.2019 12:30:28

Salam. Men sizi Bilesuvar Rayonundan narahat edirəm.herbi xidmətə yararlı olub ,olmadığımı bilmək istəyirəm.oxudugunuz uçun təşəkkür edirəm.

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın düzgünlüyünün yoxlanılması üçün, Siz Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilmiş və səhhətiniz ilə əlaqədar təkrar aidiyyəti üzrə müayinəyə göndərilməniz məqsədəuyğun hesab edilmişdir. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi Aktı” Xidmətin Biləsuvar rayon şöbəsi tərəfindən Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim edildikdən sonra Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmaması barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Elvin Soruşur Yazılma Tarixi:02.07.2019 05:22:03

Salam.Men Edliye Nazirliyine duwmuwem sadece duwduyum yeri oyrenmek isdeyirdim yeni yer olaraq hara duwmuwem

Bildiririk ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qoşunların dislokasiyası (yerləşdiyi ərazi) barədə məlumat hərbi sahədə dövlət sirri təşkil edən məlumatlara aid edilir.  Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, dövlət sirri təşkil edən məlumatların yayılması qadağandır. 
Ehtibar Soruşur Yazılma Tarixi:02.07.2019 00:32:40

İyun ayın 13 tramtologya müayüneden kecmişem cavap ne ücün gecikir ?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün şəxsi işiniz Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunacaqdır. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır. 
Cədvəldə sətir sayı :14897