Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Toğrul Soruşur Yazılma Tarixi:23.11.2018 22:27:33

Salam mən 2019-cu il yanvar ayının 7-si həqiqi hərbi xidmətə çağırılmışam və könüllü olaraq cəbhə bölgəsində xidmət etmək istəyirəm.Bunun üçün nə etməliyəm? Zəhmət olmasa cavab verin.

Bildiririk ki, vətəndaşların könüllü olaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi məsələsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır.  Əlavə olaraq qeyd edirik ki, həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində  Silahlı Qüvvələr  üzrə xüsusi kompüter proqramı vasitəsi ilə bölündükdən sonra onlar həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunurlar.
Vüsalə Soruşur Yazılma Tarixi:22.11.2018 18:55:47

Salam.Mən 22.11.2018 ci il tarixdə Sizə Oğlum Hüseynov Həsən Qurbanəli öğlu barədə sual vermişdim və Oğlumla baöğlı aşıqlama istəyirdim tərəfinizdən..Lakin cavab almamışam..Nəzərinizə çatdırım ki,Oğlum Ucar Hərbi Komisarlığı tərəfindən Oktyabr ayı üçün Çağırışçı olaraq qeydə alınıb,lakin Belində yırtığ və Gözündə çəpliə meyillilik olduğu üçün onu Bakı şəhərinə Tibbi müayinədən keçirçək üçün Bakı şəhərinə göndərildi və Beliniin hər iki tərəfində yırtıq qeydə alınmışdır..Lakin rəsmi olaraq bizə nə möhlərt hüququ haqda, nə də ki. Bakı şəhəri Xəstəxanasından Ucar Hərbi Komisarlığına göndərilmiş Diaqnoz sənədini bizə göstərmirlər və yaxud surətini vermirlər.Bu nə dərəcədə Düzgündür? Bir Valideyn olaraq,bunları bilməyə haqqımız yoxdurmu?Xahiş edirəm Oğlum haqda bizə məlumat verərdiniz.Əvvəlcədən təşəkkür edirəm..

Hörmətli Hüseynova Vüsalə Vaqif qızı, müraciətinizə görə təşəkkür edirik. “Vətəndaşların müraciətləri haqqında”  Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə müraciət etdiyiniz məsələ araşdırılaraq cavablandırılması təmin ediləcəkdir. Nəzərə almağınız xahiş olunur.
Şahin Soruşur Yazılma Tarixi:22.11.2018 13:58:50

mutdetden artiq herbi xidmetde olan sexslerin xarici olkeye sefer etmesi mumkundurmu?

“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 154-cü maddəsinin 6-cı hissəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər. Müvafiq icra hakimiyyəti orqanı dedikdə, hərbi qulluqçunun xidmət etdiyi qoşun növü nəzərdə tutulur.
Vüsalə Soruşur Yazılma Tarixi:21.11.2018 21:59:42

Oğlum Hüseynov Həsən Qurbanəli oğlu Oktyabr ayına çağırışçı olaraq qeydə alınmışdır.Qeyd edim ki,Oğlumun gözündə çəpliyə meyilllilik problemini və bel nahiyəsində-yəni hər iki tərəfdə fəqərəarası diskdə 7mm ölçülərində mərkəzi yırtıq olduğunu 2016 cı ildən bilirdik.Rayonda Tibbi müayinədən sonra oğlumda bu problemlər həkimlər tərəfindən qeyd olunmuş və Ucar rayon Hərbi Komisarlığı tərəfindən tibbi müayinədən keçmək üçün Oğlum Bakı şəhərinə göndərilmişdir.Öğlum da Bakıda göz və bel nahiyələrindən müayinədən keçmiş və belinin hər iki tərəfində yırtıqların olduğu həkimlər tərəfindən müəyyən olunmuşdur.Lakin təssüflər olsun ki,istər göz nahiyəsi istərsə də bel nahiyələrində Oğluma Bakıda təyin olunan diaqnozlar barədə və nə qədər möhlət hüququ verilməsi barədə ətraflı məlumat ala bilbirik.Mən özüm şəxsən Ucar Hərbi Komisarlığına getmişəm və mənə bildirilib ki,Öğlunuzun ilkin Hərbi qeydiyyat vəsiqəsini gətirin,Sizə Bakıdan göndərilən sənədlərin surətini verək və möhlət hüququ haqda məlumat verək.Mən də adı çəkilən vəsiqəni apardım,ancaq mənə heç bir sənəd göstərilmədi-deylldi ki,bu sənədi Sizə verə bilmərik,Gərək Oğlunuzun özü gəlsin.Sadəcə olaraq mənə şifahi olaraq bildirildi ki.Oğlunuza möhlət hüququ verilibdir.Bu nə dərəcədə düzgündür?Mən bir valideyin kimi bilməli deyiləm ki,Bakıda Oğluma həkimlər tərəfindən hansı diaqnozlar qoyulub və göndərilən sənədin surəti mənə verilə bilməz? Yaxud bütün bunlaq baraədə bizə rəsmi məlumat nə üçün verilmir?Xahiş edirəm bu məsələyə münasibət bildirəsiniz. Əvvəlcədən təşəkkür edirəm.

Məlum olmuşdur ki, 1993-cü il təvəllüdlü Hüseynov Həsən Qurbanəli oğlu Ucar rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş qanın, sidiyin ümumi analizləri, EKQ, döş qəfəsi orqanlarının flüoroqrafik, qarın boşluğunun ultrasəs müayinələri aparılmış və əlavə olaraq səhhəti ilə əlaqədar aidiyyəti üzrə müayinələrə göndərilmişdir. Müayinələr nəticəsində təyin olunmuş diaqnozlara müvafiq olaraq, Hüseynov Həsən Qurbanəli oğlu rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən 6 (altı) ay müddətinə “Hərbi xidmətə müvəqqəti yararsızdır” hesab edilmişdir. Möhlət hüququ bitdikdə övladınız təkrar tibbi müayinəyə cəlb olunacaqdır.
Kərəm Soruşur Yazılma Tarixi:21.11.2018 18:34:06

Salam. Seferberlik ve Herbi xidmete çağırış üzre dövlet xidmetinin reisi Arzu Rehimov ve diger herbi qulluqçular. Bu erizeni könülsüz yazıram düzü, istemezdim bu fikirle sizlere müraciet edem. Ama yenede, men hal hazırda Berde rayonunun Şatırlı kendinde yaşayıram. Aile terkibimde bir anam birde men varam. Atam vefat edib. Anamında sağlamlığı çoxda yaxşı olmadığından işleye bilmir. Yazıb sizden bilmek isterdimki men kimi ailelere Herbi xidmete çağırış esnasında qanunla nelerse güzeşt olunur?, Hörmetle Kerem

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən, ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində I qrup əlil ata, yaxud ana olan (başqa övladı olmayan) çağırışçılara verilir. Ananızın I qrup əlil olması barədə rəsmi sənəd təqdim etdiyiniz halda müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququna maliksiniz.
Tural Soruşur Yazılma Tarixi:21.11.2018 17:01:24

Salam meni yanvar ayinin 5 i cagiris vereqesi veribler hara dusduyumu ne vaxt oyrene bilerem

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir. Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Rasim Soruşur Yazılma Tarixi:17.11.2018 15:40:14

Salam.Men Ibrahimov Rasim Elman oglu 23.03.2018 tarixinde 18 yasim tamam olur men herbi xidmete hara dusduyumu bilmek isdeyirem.

Bildiririk ki, SHXÇDX-nin internet saytında çağırışçıların məlumatlandırılması xidməti hər il çağırış başlamazdan bir gün öncə - 31 dekabr, 31 mart, 30 iyun, 30 sentyabr tarixlərində aktivləşir.  Bununla yanaşı, çağırışçılar mobil telefonlardan şəxsiyyət vəsiqələrinin nömrələrini 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə hansı qoşun növünə və ya hansı hərbi hissəyə düşdükləri barədə məlumatı öyrənə bilərlər. Əlavə olaraq qeyd edirik ki, çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılacaqlar.
Kənan Soruşur Yazılma Tarixi:17.11.2018 01:44:42

Salam mənim 18 yaşım 2 1 2019 ildə olur mən imşli rayon qaradonlu kədidə yaşayıram tibbi yoxlanış çağrşımı eləelektron öyrənə bilərəm?

Bildiririk ki, 18 yaşı 2019-cu ilin yanvar  ayının 02-də tamam olmuş vətəndaşlar həmin ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.   Bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində 2019-cu ilin yanvar çağırışına hazırlıq 2018-ci ilin noyabr və dekabr aylarında aparılır. Rayon çağırış komissiyasında çağırışçıların tibbi şəhadətləndirilməsi 20 dekabr 2018-ci il tarixdə başa çatdırılır.
Cabir Soruşur Yazılma Tarixi:16.11.2018 19:53:38

Salam.Mən iyul ayında işə qəbuldan bağlı ilk dəfə test imtahanında iştirak etdim,lakin test mərhələsini keçə bilmədim.Yenidən iştirak edə bilərəmmi?

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet portalına daxil olmuş müraciətinizə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, 19.07.2018-ci il tarixdə keçirilmiş müsabiqədə zəif nəticə göstərdiyiniz üçün, Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizə baxılması məqsədəuyğun hesab edilməmişdir.
Murad Soruşur Yazılma Tarixi:15.11.2018 10:21:47

Salam.Mən 2015-ci ilin oktyabır ayında Lerik Rayon Hərbi Komisarlığı tərəfindən tibbi komisyaya çağrılmışam.Mən ağız damağında diş sayının az olduğuna görə Bakı şəhər Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına tibbi müayinəyə göndərilmişəm.Xəstəxanadan mənə hərbi xidmətə yararsız diaqnozu verilmişdir. Sonra məni hərbi qospitala müayinəyə apariblar Hərbi qospitalda mənə 6 ay möhlət verildi. Həmin müddətdən etibarən məni 3 ildir hər 6 aydan bir A.Mirqasımov adına xəstəxanaya müayinəyə gondərirlər. Orda mənə təkrar yarasız diaqnozu verilir, hərbi qospital isə yenidən möhlət verir. Bu səbəbdən məni nə hərbı xidmətə aparırlar nə də ki hərbi biletimi verirlər. Mən nə etməliyəm?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Sizin şəxsi işiniz 26.10.2018-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuşdur. Şəhadətləndirilmənin nəticəsinə müvafiq olaraq Sizin hərbi xidmətə yararlı olub-olmamağınız haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdır.
Cədvəldə sətir sayı :14891