Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Anar Soruşur Yazılma Tarixi:23.10.2018 21:21:43

Salam Axsamınız xeyir. Menim herbi xidmetimle bagli Serhed Qosunlari oldugu haqda mesaj gelib. ancaq hansi tarixde hara gedeceyim gosterilmeyib. bolge olaraq da hansi bolge oldugunu bilmirem. sistemden giris etdikde ise bele cagirisci tapilmayib cavabi gelir. nece oyrene bilerem. Məhərrəmov Anar Nizami oğlu 15.12.1996

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik.  
Aydan Soruşur Yazılma Tarixi:23.10.2018 21:12:09

Salam.İşə qəbul üçün ünvanladığım ərizə təsdiq olunub və müəyyən sənədlər tələb olunur.Həftənin hansı günləri və saat neçədə təqdim edə bilərəm sənədlərimi?Çox sağolun..

Sizin, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanladığınız məktuba baxılmışdır. Müraciətinizlə əlaqədar həftənin tək günləri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı İdarəsinə gəlməyiniz təklif olunur (özünüzlə şəxsiyyət vəsiqəsi, hərbi bilet, 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil, əmək kitabçası və təhsil haqqında sənədin olması vacibdir).
İlkin Soruşur Yazılma Tarixi:23.10.2018 14:03:31

Salam hərvaxtınız xeyr mən bilmək istəyirəm esgerliyə hara düşmüşəm zəhmət olmasa bu barədə mənə məlumat vererdiniz vəya nece öyrənə bilərəm bu barədə mənə köməklik göstərərdiniz

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Səyyad Soruşur Yazılma Tarixi:23.10.2018 02:33:44

Mənim telefonuma mesaj gəlib hara düşmüşəm burda yoxluyuram yazılır belə cağırışçı yoxdu. Zəhmət olmasa bunu yoxlayardız.Cavab gozləyirəm

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Vüqar Soruşur Yazılma Tarixi:23.10.2018 01:55:48

Salam.Mən SHXÇDX-ya işə qəbul üçün elektron sənəd verdim və müraciətim qəbul olundu.İş orasıdır ki mən səhvən mülki işçi kimi sənəd verdim.Ancaq hərbçi kimi istəyirəm.İmtahana çağırılanda onu dəyişmək mümkündürmü?

Müraciətinizlə əlaqədar həftənin tək günləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kadrlar və Kadr Hazırlığı idarəsinə gəlməyiniz təklif olunur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşların Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbulu, keçirilən müsabiqənin (test imtahanı) və müsahibənin nəticələrinə, eləcə də fiziki hazırlıq göstəricilərinə (qəbul olunmuş normativlərə) uyğun olaraq müəyyən edilir. Test imtahanında ümumi bilik səviyyəsi və dünya görüşü yoxlanılır. Əlavə olaraq bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul edildiyiniz təqdirdə Siz Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalısınız.
Ramin Soruşur Yazılma Tarixi:23.10.2018 01:53:24

Salam. Sualim bu idi ki, 23 iyul cagiris vereqem geldi iyulda getmedim bilmedim niye? Maraqlandim eledim dediler oktyabr bunuda maraqlandm dediler cagris 20 sine yazilib amma yenede hara dusduyum belli deyil. Imkan varsa komeklik ederdizde

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Mahir Soruşur Yazılma Tarixi:22.10.2018 20:05:49

Yerler hele de çıxmayıb,biz ne vaxt yollanacıq ?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Əliş Soruşur Yazılma Tarixi:22.10.2018 15:15:21

Salam. Deyirsiz ki vetendaslarin herbi hisselere yerlesdirilmesi haqda melumat 20-25 oktyabr tarixinde gelecek. Cox xahis edirem deqiq ne vaxt gelecek mesaj ? Eyni cavabi copy edib gondermeyin)

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Xəyyam Soruşur Yazılma Tarixi:22.10.2018 14:42:23

Salam.Hara düşəcəyimiz 20-25 arasi açıqlanacaqdi amma hələdə açıqlanmayıb bəs nə vaxt açıqlanacaq?

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
İlqar Soruşur Yazılma Tarixi:22.10.2018 14:05:38

salam.mən yevlax rayon sakini Mehtiyev İlqar Cəmil oğlu.qardaşım Mehtiyev Rövşən Cəmil oğlu 1994-cü ildə qarabağda şəhid olub. Hansı səbəbə görə Әmәk vә Әhalinin Sosial Müdafiәsi Nazirliyindә tәqdim olunan siyahıda, adı çәkilәn şәxsin adı qeyd olunmayıb.Xahiş edirem bununla bağlı bizi məlumatlandırasız.

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli         1 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı”nda qardaşınız Mehtiyev Rövşən Cəmil oğlunun adı kecmir. Odur ki, araşdırmanın aparılması və müvafiq əlavələrin edilməsi üçün təsdiqedici sənədlərlə (ölüm haqqında şəhadətnamə, bildiriş və s.) Xidmətin Yevlax rayon şöbəsinə müraciət etməyiniz xahiş olunur.
Cədvəldə sətir sayı :14891