Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
tofiq Soruşur Yazılma Tarixi:16.10.2018 04:44:01

Salam. Menim 18 yasim 26 yanvarda tamam olur men yanvarin 1 den 30 na qeder esgerliye gede bilerem?

Bildiririk ki, 18 yaşı 2019-cu ilin yanvar  ayının 26-da tamam olmuş vətəndaşlar həmin ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə cəlb olunacaqlar.  
Əliş Soruşur Yazılma Tarixi:15.10.2018 23:27:50

Salam. Mene 15 oktyabrda herbi xidmete yola dusmeyim barede cagiris vereqesi verilib. Lakin mene rayon herbi komisarligindan bildirdiler ki emrler ayin 15den sonra verilecek. Bilmek isteyirem meni deqiq ne vaxt aparacaqlar herbi xidmete ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəfail Soruşur Yazılma Tarixi:15.10.2018 22:59:26

Salam, mən Rəfail Şərifov Məhəmməd (1997), 08.06.2018 tarixdə Bakakən hərbi komissiyasının göndərişi ilə, Baki şəhərində travmatologiya və ortopediya inistutunda hərbi yoxlamadan keçmişəm. Daha sonra 06.08.2018 tarixində sizə müraciətimdə, haqqımda qərar qəbul olunacaq fikrini bildirmişdiniz. Hətta mənə yerli çağırış məntəqəsindən mənə heç bir məlumat verilməyib. Haqqımda hansı qərarın qəbul olunduğu bilmək istərdim, zəhmət olmasa cavablandırardınız

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın düzgünlüyünün yoxlanması üçün Siz 19.10.2018-ci il tarixdə nəzarət qaydasında Xidmətin Mərkəzi hərbi həkim komissiyasında tibbi şəhadətləndirilmisiniz və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmisiniz.
Elşən Soruşur Yazılma Tarixi:15.10.2018 20:46:25

Salam. Əhmədov Əhməd Mirzəbala oğlu 1988-ci il dekabrın 11 də, təyyarə qəzasında Leninakan da faciəvi surətdə həlak olmuşdur. Mərhum eks prezident Heydər Əliyev bu təyyarədə həlak olmuş şəxslərə Şəhidlik statusu vermişdir. Hal-hazırda olan cənab prezident İlham Əliyev 19 aprel 2018-ci il sərəncamına əsasən, şəhid ailələrinin vərəsələrinə, birdəfəlik ödəmə 11min manat ödənilsin. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində təqdim olunan siyahıda, yuxarıda adı çəkilən şəxsin adı qeyd olunmayıb. Səbəb nədir? 2-ci Sualım isə belədir ki, ümumiyyətlə nəyə görə 1988-ci ildə təyyarə qəzası nəticəsində, Leninakan da faciəvi şəkildə həlak olmuş şəxslərin adı sizin rəsmi veb səhifənin, Veteranlar və Şəhidlər bölməsində, Şəhidlərimiz qeyd olunan bölməsində, Şəhər və Bölgələr üzrə qeyd olunan siyahıda bu şəhidlərin adları qeyd olunmayıb. Xatırladım ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti tərəfindən çağırılaraq məlum yerə yollanılmışdır. Şəhidlik statusu olmasına baxmayaraq, nədənsə ayrı seçkilik olunur. Səbəb nədir? Biz də ailə başçımızı itirmişik. Hansı ki, ata qayğısı nədir bilməmişik. Sizcə bu cür yanaşma doğrudur?

Bildiririk ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin      15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 1.2.2-ci yarımbəndinə əsasən, 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər şəhid hesab edilirlər. Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş   hərbi qulluqçuların ailə üzvlərinə (vərəsələrinə) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən, müxtəlif səbəblərdən həlak olaraq şəhid hesab edilən şəxslərin bir qismi tərtib edilmiş ümumi siyahıya daxil edilməmişdir. Əlavə olaraq bildiririk ki, Xidmətin rəsmi internet saytında aparılan texniki yeniləmələr səbəbindən saytın “Veteranlar və Şəhidlər” bölümündə müəyyən məlumatlar əksini tapmamış və ya düzgün daxil edilməmişdir. Tələb olunan bütün məlumatlar tam dəqiqləşdirildikdən sonra saytın müvafiq bölümündə əlavə və dəyişikliklər ediləcəkdir. Nəzərə almağınız xahiş olunur.  
Tural Soruşur Yazılma Tarixi:15.10.2018 20:32:58

salam men oktyabr ayinda herbi xidmete gedmeliyem bu gun vaenkomata geddim cagiris vereqemi verdiler ama adimi siyahiya yazmadilar dedilerki senin ureyinde az problem var 5 sayli xestexanaya gonderis yazdilar geddim kecdim ama mene dedilerki yanvar cagirisinda gedessen bilmek isteyiremki xestexanadan cavab gelenden sonra oktyabr ayinda gede bilecem ?

Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi akt”ı qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinə (şöbəsinə, bölməsinə) təqdim edildikdən sonra həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Ziya Soruşur Yazılma Tarixi:15.10.2018 09:43:17

salam 15 gedenlerin cavabi havaq cixacaq

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Rəşid Soruşur Yazılma Tarixi:15.10.2018 00:32:38

Salam hər vaxtınız xeyir olsun mən Cəfərov Rəşid Eldar oglu 02.12.1987 ci ildə Bakı şəhərində anadan olmuşam özüm ehtiyyatda olan leytenantam.Mülkü ali təhsilim hüquq və hərbi ixtisasım isə bölük komandirinin şəxsi heyət üzrə köməkçisidir. Hərbi Hava qüvvələrinin məxfi hərbi hissəsində hərbi psixoloq vəzifəsində xidmət etmişəm. Xidmətimi nümunəvi təşkil etdiyimə görə dəfələrlə yuxarı komandanliqlar tərəfindən qiymətləndirilmişəm. 2016 ci ilin avqust ayında öz istəyimlə xidməti müddətim başa çatdığına görə ehtiyyata buraxılmışam. Rus dilini sərbəst şəkildə bilirəm. Ailəliyəm.Sizə yazmaqda məqsədim canini vətən uğrunda fəda etmiş hərbiçi oğlu kimi sizdən xaiş edirem ki mənə xidmətə qəbul olmağa köməklik gostərəsiniz. Azərbaycan Respublikasınin istənilən yerində xidmət etməyə hazıram. Öncədən sizə təşəkkür və minnətdarlığımı bildirirəm. Əlaqə nömrəm 055 928 99 61.Xaiw edirəm imtina olunursa və ya müsbət deyilse biləki səbəbi nədir xidmətə qəbulla bağlı imtina olunmağım bilimki niye imtina almiwam

Sizin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron ünvanına göndərdiyiniz ərizəyə tərəfimizdən baxılmışdır. Bildiririk ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 9-cu maddəsinə müvafiq olaraq zabit heyətindən ehtiyatda olan şəxslər, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zabit vəzifələrində istifadə olunmaq üçün dinc dövrdə həqiqi hərbi xidmətə qəbul oluna bilərlər: könüllü qaydada və ya çağırış üzrə - 1 il 6 ay müddətinə; yaşı 35-dən çox olmayan şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sayda və hərbi uçot ixtisası üzrə. Sizin hərbi uçot ixtisasınız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin komplektləşdirilməsi üçün mövcud olan vəzifələrin ixtisas profilinə uyğun olmadığına görə, həqiqi hərbi xidmətə qəbul olunmağınızla bağlı müraciətinizin müsbət həlli mümkün deyil.
Murad Soruşur Yazılma Tarixi:14.10.2018 14:53:39

Salam. Men Xanmuradov Murad Ayaz Oqlu 27.02.1995 ci ilde Haciqabul rayonunda doqulmusam.Ali tehsilliyem ve herbi xidmetde olmusam.Seferberlik ve herbi xidmete Cagiris Uzre dovlet xidmetine nece ise duzele bilerem

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Məxsud Soruşur Yazılma Tarixi:14.10.2018 14:22:58

Salam. Mən bu il ali məktəbi bitirmişəm. Bəzi problemlərə görə Oktaybr çağırışçısıyam. Lakin mənim bütün yoxlamalardan keçməyimə, sənədlərimin qaydasında olmasına baxmayaraq, hələdə hansı hərbi hissədə qulluq edəcəyim barədə məlumat yoxdur. İstər internet vasitəsi ilə, istərsə də SMS vasitəsi ilə öyrənmək cəhdlərim uğursuz olub. Xahiş edirəm bu barədə məni məlumatlandırasınız. Doğum tarixim 29.03.1997-di. Təşəkkür edirəm öncədən.

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Rabil Soruşur Yazılma Tarixi:13.10.2018 23:46:54

Salam.Qardaşım Quliyev Rafiq Əhəd oğiu (sizin siyahida Əhməd yazilıb.)10.29.92 tarixdə Ağdam rayonu şelli kəndi ətrafında gedən döyüşlərdə çəhid olub.Bir necə aydan sonra oğul dərdinə dözməyən anam vəfat etdi. Ancaq bu hadisədən 26 il kecməsinə baxmayaraq anamın vəfat etməsini əsas gətirərək bu gənə kimi bizə şəhid ailəsi statusu verilməyib. Dövlət tərəfindən hec bir maddi və yamənəvi köməklik göstərilməyib.Qanunculuğa əsasən şəhid ailəsi üzvləri ana. ata..qardaşvə bacıdır və vərəsəl bu şəxslər sayılır. Nəyə görə bizim ailə üzlərimizdən hec kimə .əhid ailəsi statusu verilməyib. Xahiş edirəm bu məsələyə aydınlıq gətirəsiniz.

Bildiririk ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin      15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarının 2.1-ci bəndinə əsasən, şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; 2.1.4. qardaşları və bacıları - uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr - qanunla onları saxlayan şəxs yoxdursa; Qeyd: 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.  
Cədvəldə sətir sayı :14891