Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Binnət Soruşur Yazılma Tarixi:30.09.2018 23:49:53

Salam men herbi xidmet yerimi öyrenmek isteyirem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Rəhim Soruşur Yazılma Tarixi:30.09.2018 18:55:21

Əvvəla Salam narahatçılığa görə üzür istəyirəm yazıb sizdən maraqlanmaq istədiyim odur ki mənə ayın 3 hərbi xidmətə çağırış vərəqəsi verilib lakin hansı hərbi hissəyə düşdüyüm barədə məlumatım yoxdur ayrıca qeydiyyatda olduğum rayon Herbi Komissarlığına müraciət etmişəm lakin onlarda əsaslı heç bir cavab ala bilməmişəm demək olar ki , orada olan heyətdən heş kimsə bu məsələ ilə maraqlanmadı yazıb sizdən xahiş edirem mənə kömək edəsiniz ve ya ne etmeli olduğum haqda məlumat verəsiniz Hörmətlərimlə.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Nicat Soruşur Yazılma Tarixi:30.09.2018 14:36:05

Salam , məni sentyabrın 27 , hərbi komisarlıqdan - xəstəxanaya göndəriş kaqızlarını verdilər , amma 2 həkimdən keçə bildim , yerde qalan 2 həkim yoxlanışından oktyabrın 1- keçməyimi istədilər , sualım odu ki sentyabrın 30na adlar cixir kimin hara düşdüyündən , mənim halımda təyinatim açıqlanacaq bugünə yoxsa komissiyaların hamısından keçəndən sonra bilinəcək ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Toğrul Soruşur Yazılma Tarixi:30.09.2018 10:10:46

Salam men oktyabirin 3 esgerliye getmeye cagiris almisam hara dusduyumu oyrene bilerem

Bildiririk ki, özünüz haqqında məlumatları dəqiq, Azərbaycan dilində Xidmətin saytına daxil edib cavab ala bilərsiniz.            Əks halda qeydiyyatda olduğunuz idarə, şöbə və ya bölməyə müraciət etməyiniz tövsiyə olunur.
Afiq Soruşur Yazılma Tarixi:30.09.2018 08:45:24

Salam.Mən sizi Şəki şəhərindən narahat edirəm.Mənim qardaşım Mikayılov Firon Vaqif oğlu komissarlıq tərəfindən xidmətə çağırılmış və gözündə yaş kisəsinin olmamasına görə Bakıya müayinəyə göndərilmişdi.O vaxtdan etibarən hər 6 aydan bir çağırıb Bakıya yollayırlar.Bakıdan isə bizə deyirlər ki,bu insanın bir orqanı yoxdur və qeyri-qanuni göndərirlər sizi.Əgər vətəndaş hərbi xidmətə yarayırsa niyə aparılmir,yaramirsa da hər 6 aydan bir niyə göndərilir?Artıq qardaşım 20 yaşa keçib və biz iki ilə yaxındır,eyni süründürməçiliyi yaşayıriq.Biz bu halda nə etməliyik?

Məlum olmuşdur ki, övladınız 1999-cu il təvəllüdlü Mikayılov Firon Vaqif oğlunun 2018-ci ilin iyul çağırışına hazırlıqla əlaqədar Xidmətin Şəki rayon şöbəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş, səhhəti ilə əlaqədar aidiyyəti üzrə əlavə müayinəyə göndərilmiş və nəticədə rayon çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilmisiniz. Barəsində rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün Mikayılov Firon Vaqif oğlunun şəxsi işi 04.10.2018-ci il tarixdə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuş və şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Ceyhun Soruşur Yazılma Tarixi:30.09.2018 00:27:52

Salam mənə çağırış vərəqəsi gəlib oktyabrın 1-ne 9100-a vesiqemin kodunu göndərdim yazdıki bele bir çağırışçı tapılmadı niyə?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Elşən Soruşur Yazılma Tarixi:29.09.2018 22:54:40

Salam Seferberlik esasinda olan hospitalin ( Nesimi bazar yaxinliginda yerlewen) elaqe nomresini deye bilerdiz ?

Sizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin e-mail ünvanına göndərdiyiniz  müraciətinizə  tərəfimizdən baxılmışdır.           Nəzərinizə çatdırırıq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası ilə 012 597-45-98 nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Əlizamin Soruşur Yazılma Tarixi:29.09.2018 22:27:37

Salam ,men oktiyabr ayinin 1 ne herbi xidmete cagirilmisam,hara dusduyum yazilib , yani qosun ,ama herbi hisse ve yerlesdiyi yer hakkinda melumat yoxdur,Birdeki men xaricde Hekimliyi bitirmisem 24 yasim var, herbi xidmeti hekim kimi ceke bilerem ?,

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə  müraciət etməyinizi tövsiyə edirik.
Elnur Soruşur Yazılma Tarixi:29.09.2018 13:00:54

Salam mənim 29 yaşım var hərbiyə maxe kimi düzəlmək istəyirəm özümüzdə sehit aylesiyik əmim sehit olub sizdən xahiş edirəm ki məni isə qəbul edesiz hara müraciyət etmişəm deyirlərki Yasin çoxdu atam ifakt anam 3 qurub elildi artıq dərəcədə xahiş edirəm mənim muraciətimi qəbul edesiz

Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə əsasən, müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar daxil olurlar. Vətəndaşların harada və hansı vəzifədə hərbi xidmət keçməyi Azərbaycan Respublikası Müdafiə, Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar Nazirlikləri, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd, Xüsusi Dövlət Mühafizə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətləri tərəfindən müəyyən edilir. Odur ki, qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti üzrə qulluq (xidmət) etmək istədiyiniz yuxarıda qeyd olunan müvafiq dövlət orqanına müraciət etməyiniz tövsiyə olunur.
Kənan Soruşur Yazılma Tarixi:29.09.2018 10:28:57

Salam Meni Oktiyabrin 1-i hərbi xidmete gedirem . 91 0 0 nömrəsinden qısa mesaj şəklində bildirildi ki , Xidmetimi DTX - de kecirecem . amma Yasamal rayonundan bildirildi ki. Men DSX xedmet edecem. xahiş edirem izah edersiz. Men xidmet edeceyim yer haqqında deqiq məlumati hardan ve yaxud kimden ala bilerem ?

Bildiririk ki, çağırışçılar 25.09.2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmət keçmək üçün təyin olunduqları xidmət yerləri barədə sms vasitəsilə məlumatlandırılmışlar.
Cədvəldə sətir sayı :14891