Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Nicat Soruşur Yazılma Tarixi:05.10.2018 15:40:12

Salam. İki sualım var. 1.Mən hərbi xidmətə yararsız hesab edilmişəm. Zəhmət olmasa diaqnozu deyə bilərsiz? 2.Yararsız hesab edilməyimə baxmayaraq Bakıya hospitala göndərəcəklərini dedilər. Zəhmət olmasa səbəbini deyə bilərsiz?

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, şəxsi işiniz müayinə nəticələri ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunmuşdur. Şəhadətləndirilmə nəticəsində müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Məhəmməd Soruşur Yazılma Tarixi:05.10.2018 03:51:19

salam meni 3ilden bir yoxlanisa caxiriblar 22yasim var oktiyabirda vayinkomata getdim ordanda respubilkaniski xesdexanasina muayneye yoladilar her kese caxriw geldi mene gelmedi oktiyabirin 28 vayinkomata zeng etdim sorusdumki meni ne vaxt aparasiz dedi senin senetlerin xesde xanadan gelmiyib hele gelende xeber edeciyik dediler indi sentiyabirin 5di helede mene hec bir melumat vermiyibler indi bilmek isdeyiremki men ne zaman caxris gelecey ve ya menim senetlerimin vayinkomata gedib catmamasina gore men hara muraciyet ede bilerem xesde xanaya yoxsam vayinkomata ? birdeki xesdexanadan vayinkomata senetlerimin yeni xesdexanin reyi kecikme sebebi nediki? menim umimiyetle esger gedecem bu ay ya yox?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir.
Elnur Soruşur Yazılma Tarixi:04.10.2018 13:50:12

Salam. Mən 2018-ci ilin iyul çagırışçısıyam həkim komisyasından keçdim hərbi xidmətə yararsız kimi qeydə alındım. Hərbi biletim 3 aydır ki, hələdə hazır deyil. Hərbi biletimi nə vaxta veriləcək ? Məlumat verərdiz zəhmət olmasa.

Bildiririk ki, Siz barənizdə yekun qərarın qəbul edilməsi üçün Xidmətin Nəsimi rayon idarəsi tərəfindən Mərkəzi hərbi həkim komissiyasına 09.10.2018-ci il tarixdə təqdim olunmusunuz.          Müayinənin nəticəsi («Sağlamlıq vəziyyətinin  müayinə edilməsi aktı») Xidmətin Nəsimi rayon idarəsinə daxil olduqdan sonra barənizdə qanunamüvafiq qərar qəbul ediləcəkdir.
Camal Soruşur Yazılma Tarixi:04.10.2018 00:06:45

Salam. Men 22 oktiyabr herbi xitmete gedis kagizi almisam yerim daha melum deyil sms nece gun qalmis gelir ve ya ne zaman sms atsam cavab geler ?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
İsmayıl Soruşur Yazılma Tarixi:03.10.2018 21:29:13

oktaybr 2 cagiriw gelib getmedim dediler 12 nen sonra gedesen cunki 12 si 18 yawm olur indi nevaxt gedecem?

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Rəşid Soruşur Yazılma Tarixi:03.10.2018 12:48:52

Salam hər vaxtınız xeyr mən ehtiyyatda olan leytenantam mülkü ali təhsilim huquq, herbi ixtisasım isə bölük komandirinin şəxsi heyət üzrə köməkçisidir amma hərbi psixoloq vəzifəsində xidmət etmişəm. Səfərbərlik və Hərbi Xidmətə Çagırış üzrə Dövlət Xidmətində işə qəbul ola bilərəmi? Nəzərinizə çatdırımki 30 yaşım var

Nəzərinizə çatdırırıq ki, müraciətinizdə özünüz haqqında ətraflı məlumat vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir. Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında yerləşdirilmiş elektron xidmətlər bölümündəki “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu” alt bölümünə daxil olmaqla, həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət edə bilərsiniz. Özünüz barənizdə təqdim etdiyiniz məlumatlar öyrənildikdən sonra həqiqi hərbi xidmətə (işə) qəbulla bağlı namizədliyinizə baxıla bilər.
Şamil Soruşur Yazılma Tarixi:03.10.2018 09:27:58

Salam, oğlum 01.09.2003 təvəllüdlü Xətai r-da daimi qeydiyyatdadır. Hal-hazırda Naxçıvanda yaşayırıq, ilkin yoxlamanı burada keçə bilərmi?

Bildiririk ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, hər il yanvar - mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşadıqları və olduqları yer üzrə Xidmətin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar. 
Kənan Soruşur Yazılma Tarixi:02.10.2018 01:44:56

0508660439 bu nomreye hara dhwduyumu gondere bilersiz zehmet olmasa oktyabrn 16-si zehmet olmasa gondererdiz

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
İLQAR Soruşur Yazılma Tarixi:01.10.2018 16:57:14

Salam həsənov ilqarin Bakida yoxlanişi oldu və indi isə hərbi xidmətə getmək vaxtidi ama komisarliğ Nə aparacaği barədə nədə aparmiyacaği haqda məlumat vermir bu oğlan Könüllü olaraq herbi xidmetine bele getmək istəyir özüm Respubilka 5 ci sidir güləş üzürə dərəcəsi belə var, xesteliyi olsa indiyə qədər idmanla məşğul olmazdi yəni bunda normal bir şey sayilir xaiş edirik bizə köməylik edin herbi xidmete gedim hər kəs kimi

Məlum olmuşdur ki, barənizdə rayon çağırış komissiyası tərəfindən qəbul edilən qərarın təsdiq edilməsi üçün, şəxsi işinizin müayinə nəticələri ilə birgə Xidmətin Mərkəzi hərbi həkim komissiyasına təqdim olunması nəzərdə tutulmuşdur. Şəhadətləndirilmə nəticəsində müvafiq olaraq hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.
Camal Soruşur Yazılma Tarixi:01.10.2018 15:09:09

Salam. Mene oktiyabrin 22sine gedis yaziblar bilmek isteyirem hara dusduyum sms olaraq ne vaxt gelecek 9100sms atdim cavab gelmedi.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Cədvəldə sətir sayı :14891