Sual/Cavab
HÖRMƏTLİ İSTİFADƏÇİLƏR!

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin internet səhifəsi Konstitusiyanın 57-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciət etmək hüququnun reallaşdırılması vasitəsidir.Hər bir istifadəçinin məktub göndərmək, arzularını bildirmək, onu maraqlandıran məsələlər barədə yazmaq, təklif, ərizə və şikayətlə müraciət etmək imkanı vardır.

SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

2.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

3.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

4.Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

5.Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

Sualınızı yazın


Verilən suallar
Vüqar Soruşur Yazılma Tarixi:19.10.2018 14:27:15

Salam. Bu hissəyə (SHXÇDX-nin həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciət və sənədlərin qəbulu) daxil olduqda iki seçim (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul bundan əlavə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbul olmaq üçün) verir. Bu iki seçimin nə kimi fərqi var? Zəhmət olmasa bu barədə ətraflı şəkildə izah verərdiniz. Həmçinin bundan əlavə mənim 30 yaşım var. 11 illik orta məktəbi bitirmişəm, qiyabi 5 il universitet oxumuşam yəni ali təhsilliyəm, 1 il 6 ay Silahlı Qüvvələrdə hərbi xidmətdə əsgər kimi qulluq etmişəm, 10 il özəl şirkətdə rəsmi qaydada (əmək müqaviləsi ilə) menecer vəzifəsində işləmişəm sonra isə öz xahişimlə işdən çıxmışam və hal-hazırda da qeyri-rəsmi (əmək müqaviləsi olmadan) fiziki şəxsin yanında kommersiya sahəsində işləyirəm. Bu qeyd etdiklərimi nəzərə alaraq mən maxe (çavuş) və gizir olaraq yox, zabit kimi yəni leytenant kimi işə qəbul olmaq şansım varmı? Suallarımla bağlı sizdən ətraflı cavab gözləyirəm və öncədən təşəkkürümü bildirirəm.

Bildiririk ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həqiqi hərbi xidmət keçmiş, sağlam vətəndaşlar müsabiqə (test imtahanı) və müsahibə yolu ilə təhsilinə, ixtisasına uyğun vakant vəzifələrə həqiqi hərbi xidmətə (işə) qəbul oluna bilərlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə qəbulla bağlı müraciət etmiş vətəndaşlar müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçdikdən sonra ixtisaslarına uyğun vakant vəzifələrə yaşadıqları şəhər (rayon) üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə işə qəbul olunurlar. Həqiqi hərbi xidmətə isə qəbulla bağlı müraciət etmiş vətəndaşlar Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə şərtsiz hazır olmalıdırlar. Müraciətinizdə özünüz haqqında ətraflı məlumat (Ali tədris müəssisənin adı, fakültəsi, mülki ixtisas, təvəllüd) vermədiyinizə görə barənizdə qərar qəbul olunması mümkün hesab edilməmişdir.
Cavid Soruşur Yazılma Tarixi:19.10.2018 13:11:23

Salam.Mən oktyabr 2018ci ildə hərbi xidmətə getməliyəm və 24 noyarb 2018ci ildə qardaşmın toyudu.Xidmətdə olan müddət toya gələ bilərəmmi?Gələ bilərəmsə nə etməliyəm?

Bildiririk ki, qeyd etdiyiniz məsələ ilə bağlı xidmət keçəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.
Samir Soruşur Yazılma Tarixi:19.10.2018 11:48:32

Salam. İnşallah bu ay əsgər gedirəm. Mən 1 il 8 ay müddətində leytinant olmaq üçün ətraflı məlumat verə bilərsiz? Təşəkkürlər

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 58-ci maddəsinin “e” bəndinə əsasən, ehtiyatda olan zabit hazırlığı proqramı üzrə müəyyən edilən imtahanları vermiş ali təhsilli əsgər, matros və çavuşlara, müddətli  həqiqi hərbi xidməti bitirdikdə “leytenant” hərbi rütbəsi verilir. Zabitlərin həqiqi hərbi xidmətinə daxil olmaq istəyinizlə bağlı müddətli həqiqi hərbi xidmət keçəcəyiniz qoşun növünün komandanlığına müraciət etməyiniz tövsiyə olunur.  
Murtuzəli Soruşur Yazılma Tarixi:18.10.2018 20:11:08

Salam mən psoriaz xəstəsiyəm və yararsız sayılıram könüllü ərizə yazıb əsgər gedə bilərəmmi əgər gedə bilərəmsə? bunun üçün hara müraciət edə bilərəm?

Müraciətinizlə bağlı müvafiq araşdırmanın aparılması məqsədilə təvəllüdünüz və qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsi (şöbəsi, bölməsi) göstərilməlidir
Nicat Soruşur Yazılma Tarixi:18.10.2018 11:05:35

Salam.Men bilmek isteyirdim oktyabrin 20 i herbi xidmete yola dusecek cagiriscilarin dusduyu qosun novleri haqqinda melumatlar saytiniza yuklenib yoxsa hele yox.

Bildiririk ki, vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat 20-25 oktyabr tarixindən etibarən Xidmətin rəsmi saytında yerləşdiriləcəkdir.
Fərid Soruşur Yazılma Tarixi:17.10.2018 23:53:04

Salam. Psareoz (dəri xəstəliyi) xəstəliyinə tutulmuş biri hərbi xidmətə yararlıdırmı? Bu xəstəlik sağalmayan xəstəliklər sırasındadır səhv etmirəmsə bununla bağlı möhlət verilirsə bu neçə müddətlik olur?

Çağırışçıların dəri və dərialtı toxumaların xəstəlikləri üzrə tibbi şəhadətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 62-63-cü maddələrinin I qrafasının tələblərinə əsasən dərəcəsindən, yayılmasından, yaratdığı fəsadlardan, orqanların funksiyaların pozulmasından və davamlılığından asılı olaraq aparılır. Siz, qeydiyyatda olduğunuz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarəsinin (şöbəsinin, bölməsinin) hərbi-həkim komissiyasında tibbi baxışdan keçiriləcək, ehtiyac olduğu halda tibb müəssisəsində müayinəniz təmin olunacaq və hərbi xidmətə yararlı olub-olmamağınız haqda rayon çağırış komissiyası tərəfindən qərar qəbul olunacaqdır.
yusif Soruşur Yazılma Tarixi:17.10.2018 14:19:31

Salam. Bu sizə sayca ikinci müraciətimdir. Dünənki müraciətimdə sizə Səfərbərlik Xidmətinin e-xidmətlər bölməsində qeydiyyatdan keçdiyimi lakin mənə Xidmət tərəfindən link gəlmədiyini bildirdim. Mənə sizin tərəfinizdən verilən cavabda göndərilən linkin spam qovluğunda ola biləcəyi ehtimal olundu. Digər bir versiya kimi isə portala giriş hissəsində şifrəmi unutdum bölməsinə daxil olmaq məsləhət görüldü. Nəzərinizə çatdırmaq istəyirəmki link spam qovluğunda deyil. Portala giriş hissədə isə şifrəmi unutdum bölməsinə daxil oluram. Amma mənim yazdığım e-poçt ünvanı düz gəlmir. Hansıki mən bu e-poçt vasitəsi ilə qeydiyyatdan keçmişəm. e-poçtu müvafiq xanaya yazan kimi bu e-poçtun sistemdə qeydiyyatda olmadığı yazılır və ekrana nida işarəsi gəlir. Mən nə etməliyəm. Xahiş edirəm problemin həllində yardımçı olasınız.

Salam. Zəhmət olmasa indi yoxlayın. 
Hikmət Soruşur Yazılma Tarixi:16.10.2018 16:21:58

Salam .Mən Eyvazzadə Hikmət Telman Oğlu. Bu ilin iyul ayinda Suraxani Voyinkamatindan Cağırış gəldi .Qolumdaki kəsiklər və capığlara görə 2 saylı xəstəxanaya göndərdilər və 3 aylığ möhlət verdilər və 17c yazdılar.oktyabırın əvvəli tezdən 2 saylidan həkimlərdən keçdim .Hələ cavan gəlməyib deyirlər .mən 17c olarag könülu yaza bilərəm?

Məlum olmuşdur ki, möhlət hüququ bitdiyindən, 2018-ci ilin oktyabr çağırışına hazırlıqla əlaqədar Siz Xidmətin Suraxanı rayon idarəsinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilmiş və səhhətiniz ilə əlaqədar aidiyyəti üzrə tibb müəsissəsinə müayinəyə göndərilmisiniz. Dövlət səhiyyə müəssisəsi tərəfindən tərtib edilən “Sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı” Xidmətin Suraxanı rayon idarəsinə təqdim edildikdən sonra, Sizin həqiqi hərbi xidmətə yararlı olub-olmamağınız barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən qərar qəbul ediləcəkdir.  
yusif Soruşur Yazılma Tarixi:16.10.2018 14:40:45

Salam. 15 oktyabr 2018 tarixində Səfərbərlik Xidmətinin rəsmi saytının e-xidmətlər bölməsinin qeydiyyat tələb edən xidmətlər hissəsinə daxil olmaq üçün qeydiyyatdan keçdim. Qeydiyyatdan qabaq təlimatla tanış oldum. Təlimatda qeydiyyatdan sonra mənim elektron poçtama link gələcəyi deyilsədə link hələdə göndərilməyib. Hansıki bu link vasitəsilə mən qeydiyyatımı təstiqləməli və portala giriş əldə edə biləcəm. Problemin nədən ibarət olduğunu bilmək istərəm. Göstərəcəyiniz diqqətə görə qabaqcadan təşəkkür edirəm.

Sistemdə sizin smayilov1993@mail.ru email ünvanı ilə qeydiyyatdan keçdiyiniz göstərilir. Təsdiq linki ola bilərki inbox-a deyil spam qovluğuna düşüb. Əgər orda deyilsə, yenidən elektron xidmətlərə daxil olarkən aşağı sağ küncdə şifrəmin unutdum bölməsini seçin və nösbəti açılacaq pəncərədə yeni şifrənin göndərilməsi üçün emailinizi daxil edin. 
Vüsal Soruşur Yazılma Tarixi:16.10.2018 12:53:32

Salam, Mehdiyev Tağı Qərib oğlu 1993 cü il tarixindә, Qarabağ uğrunda gedәn döyüşlәrdә şәhid olmuşdur. Möhtәrәm Prezidentimizin 19 aprel 2018-ci il sәrәncamına әsasәn, şәhid ailәlәrinin vәrәsәlәrinә , birdәfәlik 11 min manat ödәnilsin. Әmәk vә Әhalinin Sosial Müdafiәsi Nazirliyindә tәqdim olunan siyahıda, adı çәkilәn şәxsin adı qeyd olunmayıb.Xahiş edirem bununla bağlı bizi məlumatlandırasız

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli         1 nömrəli Fərmanının icrası ilə əlaqədar tərtib olunmuş “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların siyahısı”nda Mehdiyev Tağı Qərib oğlunun adı kecmir. Müraciətdə mərhum Mehdiyev Tağı Qərib oğlunun əvvəllər qeydiyyatda olduğu yer göstərilmədiyi üçün ətraflı araşdırmanın aparılması mümkün deyil. Odur ki, müvafiq təsdiqedici sənədlərlə (ölüm haqqında şəhadətnamə, bildiriş və s.) Xidmətin aidiyyəti idarə, şöbə və ya bölməsinə müraciət etməyiniz xahiş olunur.
Cədvəldə sətir sayı :14891